ZƏRDAB HAQQINDA
"Zərdab mənim üçün dünyanın başladığı yerdir. Əvvəllər elə bilirdim ki, dünya elə Zərdab boydadır. Sonra öyrəndim ki, Zərdab xəritədə belə, çətin tapılan kiçik bir yer imiş. Amma onun mənim öz dünyamdakı yeri elə uşaqlıq düşüncəmdəki kimi sonsuzdur. Mübaliğəsiz deyirəm: Zərdab mənim üçün kənddir, şəhərdir, ölkədir, qitədir. Bəzən dükan-bazardan bir köynək, paltar alanda satıcı başlayır malını tərifləməyə ki, təmiz Türkiyə malıdır. Həmin vaxt onun sözünü kəsib deyirəm ki, varsa mənə təmiz Zərdab malı ver.
ÜRFAN MƏMMƏDLI
"Kürün üstündə istirahət etməli bir yerdə oturduq. Özüm də hiss eləmədən xəyalım qanadlanıb haralarasa uçub getdi. Harada olduğumu unutdum. Mənə elə gəldi ki, tanımadığım bir yerdəyəm. Kür nə qədər gözəl imiş? Deməli, adam əlində olan bir şeyin qiymətini çətin dərk edir. Şəxsən mən öz qəlbimdə Kürə öz dəyərini verə bilməmişəm. Kür Zərdab üçün Allahın bəxş etdiyi bir sərvətdir. Onun qədrini bilməliyik."
ÜRFAN MƏMMƏDLI
Hiç yorum yok: