Weather forecast for Zardab

Hüqonun “Səfillər”-i və onun əlavələri: “Kozetta”

Hüqo əsərlərinə əlavələr 

viktor hüqo kozetta

  Viktor Hüqonun “Səfillər” romanı öz mənəvi fikirlərinə görə dünya ədəbiyyatının incilərindən biri hesab edilir. Onun əxlaqi təsiri danılmazdı. Mərhəmət və şəfqət, xeyir və şərin mübarizəsi romanın əsas aparıcı xəttidir. Hüqonun səfilləri sırasında on doqquz il katorqa həyatı yaşamış Jan Valjan da var, balaca yetim Kozetta da var, Paris küçələrinin övladı Qavroş da.

“Səfillər”-in motivləri əsasında müxtəlif dövrlərdə Rusiya İmperiyasının (rus dövləti. 1917-ci ildə respublikaya çevrilib), sonralar isə SSRİ-nin (SSRİ — Sovet Sosialist Respublikalar İttifaqı, qısaca Sovetlər İttifaqı yaxud SSRİ, 1922-1991-ci illərdə əsasən indiki MDB dövlətlərinin ərazisində mövcud olmuş dövlət, Rusiya İmperiyasının varisi. MDB — Müstəqil Dövlətlər Birliyi, keçmiş SSRİ respublikalarının birləşdiyi dövlətlər arası birlik) əhatə etdi ərazilərdə bu romanın çoxlu sayda əlavələri tərtib edilərək çap edilib. Azərbaycan SSRİ-nin tərkib hissəsi olduğu üçün həmin əlavələr burada da geniş yayılmışdı.

Hüqonun əsərlərinin motivləri əsasında əlavələrin  nəşrinə on doqquzuncu əsrin ortalarından başlanıb. İlk vaxtlar varlı ailələrin övladları üçün nəzərdə tutulan bu əlavələr, sonradan, iri həcmli kitabları almağa vəsaiti çatmayan xalq kütləsi arasında da geniş yayıldı. Ötən yüz əlli ildən artıq müddətdə Hüqonun müxtəlif əsərlərinin yeniyetmələr üçün adaptasiya olunmuş əlavələri çap edildi.

Çap edilmiş bu əlavələr ““Səfillər” romanından parçalar” kimi təqdim edilirdi, amma əslində bunlar romanın ayrıca hissənin birbaşa tərcüməsi deyil, ayrı-ayrı epizodlar əsasında tərtib edilmiş tərcümələrdir. 

“Kozettanın” tarixçəsi

 İlk dəfə onun əsrlərinin uşaqlar üçün əlavəsi Rusiyada 1860-cı illərin sonundan çap edilməyə başlayıb. Bunlar Kozetta və Qavroşa həsr olunub. Sonradan Hüqonun qəhramanlarına həsr edilmiş çoxlu sayda əlavələr nəşr edildi.
Bu ənənə SSRİ-nin dövründə də davam etdirilib. 1960-1980-cı illərdə onlar hətta “Səfillər”-in özündən daha tez-tez çap edilirdi və bütün SSRİ ərazisinə, o cümlədən Azərbaycana da yayılmışdı.
“Səfillər”-in Kozettasına və Qavroşuna həsr edilən əlavələr müxtəlif adlarda çap olunsa da, bunlar, əsasən, qəhrəmanların öz adı ilə -  “Kozetta“ və “Qavroş“ kimi tanınıb.
“Kozetta” 2017-ci ildə (tərcüməçi M.Rəfili),  “Qavroş“ 2018-ci ildə (tərcüməçi C.Əsədov) “Qanun“ nəşriyyatı tərəfindən azərbaycan dilində yenidən nəşr edilib.
Kozetta (fr. Cosette) “Səfillər”in əsas qəhrəmanıdır. Onun adı Fransada istismar olunan yşaqların simvoluna çevrilmişdi. Kozettadan romanda Urusla, miss Madlen, Torağay, madmazel Lanuar kimi də bəhs edilir. 

Mərhəmətə çağırış

 Hüqo həmişə olduğu kimi, qəhrəmanını real həyatdan seçib. Kozettanın timsalında Hüqo Fransanın Morbian departamentinin Kolpo kəndində yaşayan Mari-Jannet adlı kiçik qızın taleyini qələmə alıb.
Dolanışıq üçün vəsait tapmayan anası onu yad insanların himayəsinə verməli olur. Qəddar və kobud olan bu insanlar onu, bu kiçicik qızı işləməyə məcbur edir. O, yeməkxanada döşəmə yuyur, ağır yük daşıyır. Soyuq qış günlərində əlində güclə saxladığı iri süpürgə ilə küçə süpürür.
Bütün xeyirxah nağıllarda olduğu kimi, Kozettanın da onu qoruyacaq, həmişə kiçikləri müdafiə edən  xeyirxah sehrbazı ortaya çıxır. O, Kozettaya kukla hədiyyə edir və zalımların yaşadığı bu evdən onu aparır.
Romantik Fransız yazıçısı Viktor Hüqo (1802-1885) insanları xeyirxahlığa, özgə  kədərinin yanından laqeydcəsinə keçməməyə, kiçik və köməksizlərə kömək etməyə çağırır.
“Qanun” nəşriyyatının “Dünya uşaq ədəbiyyatı” silsiləsindən nəşr etdiyi “Kozetta” həm də böyüklər üçün də faydalı ola bilər.
Kitabı nəşriyyatın saytından sifariş etmək mümkündür.
İstəsəniz bu işdə biz də sizə kömək edərik. Qiymətinə heç bir əlavə etmədən kitabı sizə çatdıra bilərik. Arzulayanlar facebook səhifəmizə yaza bilərlər.


Hüqonun “Səfillər”-i və onun əlavələri: “Kozetta” Hüqonun “Səfillər”-i və onun əlavələri: “Kozetta” Reviewed by Camil Asad on 8.9.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.