Weather forecast for Zardab

Rayonumuz

    Mərkəzi Aran coğrafi rayonunda yerləşən Zərdab Azərbaycanın ən dəyərli övladlarından biri Həsən bəy Məlikov - Zərdabinin vətənidir. Respublikamızın ən böyük çayı olan Kürün sahilində yerləşən rayonumuz  paytaxt Bakıdan 231 km məsafə yerləşir. Bir rayon kimi 05.02.1935-ci il tarixdə formalaşan Zərdabın adına XVI əsrə aid tarixi mənbələrdə rast gəlinir. Rayonumuz barədə daha çox məlumatları   buradan oxuya bilərsiniz.   
   Bu gün informasiya məkanını İnternetsiz təsəvvür etmık mümkün deyil. Zərdabın İnternet adlanan virtual məkanda yerini muəyyənləşdirən mənbələr barədə məlumatlar  buradan tanış ola biləcəyiniz  "Virual Zərdab"da yerləşdirilib. Siz buradan  rayonumuz haqqında məlumatlar əks olunmuş saytların ünvanlarını əldə edə və Zərdabın ilk saytı zərdab.com.az haqqında məlumatlarla tanış ola bilərsiz. Həmçinin Zərdabın adının  www.nepogoda.ru-nun xidmətinə necə daxil edilməsi,  “google maps”-da yerləşdirdiyimiz Zərdaba aid obyektlə barədə məlumatları da "Virtual Zərdab"dan  tapa bilərsiniz.      
 Bütün azərbaycanlılara məxsus olan qonaqpərvərlik zərdablılara da xasdır. Əgər  Zərdabda qonaqsınızsa, onda otel və restoranlarımız barədə yazı yəqin ki, sizi maraqlandıracaq.
  Zərdaba avtomobillə bir neçə istiqamətdən getmək olar. Bu istiqamətlər barədə məlumatlar, həmçinin həmin istiqamətlərdə yerləşmiş yolkənarı kəndlərimiz, onalrın insanları barədə məlumat əldə etmək istəyirsiniz? Onda  "Zərdaba gedirəm.... " silsilə yazılarımız məhz sizin üçündür. Bu yazılarda Ucar - Zərdab marşurutu barədə, tarixən   Çöl-Ərəb yolu kimi tanınan, Möllakənd - Zərdab yolu və bu yol üzərindəki kəndlər barədə məlumatlar öz əksini tapıb. Bu yazıların bəzilərinə aşağıdakı keçidlər vasitəsi ilə də keçmək olar. Bütün yazılarımızı isə özündə kartın xəritəsini əks etdirən, "Bütün yazılarımzı buradan oxuyun" bölməsinapmaq olar.  
   
Zərdaba gedirəm (1-ci yazı)
  Ölkəmizin müxtəlif nöqtələrindən Zərdaba gəlmək üçün yalnız avtomobil nəqliyyatından istifadə etmək mümkündür. Harada yerləşmənizdən aslı olaraq  Zərdaba bir-neçə istiqamətdən gəlmək olar. Ucar - Zərdab marşurutu... >>>    
    
Zərdaba gedirəm-Çöl Ərəb yolu
  Bu dəfə Kürdəmir - İmişli avtomobil yolundan, tarixən Çöl-Ərəb yolu kimi tanınan, Möllakənd-Zərdab yoluna dönərək Zərdaba üz tutacaq, eyni zamanda yöl kənarında yerləşən bəzi kəndlərin tarixləri ilə də tanış olacağıq.>>>


Zərdaba gedirəm-"Böyük kənd" Əlvənd

   1500-cü ildə Ağqoyunlu dövləti Əbhər sazişinə əsasən iki yerə parçalanır və bu məhz  hadisə ərəfəsində Ağqoyunlu mənbələri Zərdabın adını çəkir və Əlvən kəndi də Əlvənd Mirzənin dövründən iri yaşayış məskəninə çevrilmişdir.>>>


Zərdaba gedirəm: Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndləri

  Hazırda isə Mollakənd-Zərdab yolu ilə Zərdaba səyahətimiz davam etdiririk. Yolumuzun üstündəki növbəti kəndlər Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndləridir  kəndlər Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndləridir >>>

Zərdaba gedirəm: Kürqırağı kəndlərimiz
 Zərdabi həmin məktubda Kürqırağı kəndlərin formalaşmasını aşağıdakı kimi təsvir edir : “50-ci illərdə Zərdab kəndlilərinin bir neçəsi bəylərin asılılığından azad oldular

Zərdaba gedirəm. Mollakənd yolu, Qaravəlli kəndi
  Zərdabın Kürqırağı kəndlərinə qısa səyahətdən sonra (bax: Zərdabın Kürqarağı kəndləri) Zərdaba doğru istiqamətlənmiş yolumuzda növbəti kənd Qərəvəllidir >>> 

Zərdaba gedirəm:Böyük Dəkkə, Bala Dəkkə, Dəkkəoba kəndləri
  Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş statistik məlumatda Böyük Dəkkə kəndində 250 , Bala Dəkkə kəndində 128, Dəkkəoba kəndində isə 249 nəfərin yaşadığı bildirilir. >>> 

Zərdaba gedirəm:İsaqbağı kəndi
  Salonikidə Zərdabın adını tanıdan təkcə İzzət deyildi. Yarışların ilk günündən www.zardab.com.az saytının öz qonaq dəftəri vasitəsi ilə bizi ruhlandırması həm bizə mənəvi dəstək idi, həm də Zərdabın tanınmasında böyük xidmətlər göstərirdi. İlk günlər Zərdabın belə bir saytının olması Azərbaycan komandasının üzvlərində təəccub qarışıq bir maqraq oyatmışdı. >>> 

Zərdaba gedirəm:Dəliquşçu kəndi
  Kənddin ərazisində hələ də sirri açılmamış, çoxlu insan sümükləri olan Ağtəpə adlı bir böyük, bir kiçik təpə də var. Ərazidə arxeoloji qazıntılar aparılmadığı üçün, bu təpələrin tarixi barədə konkret fikir bildirmək bir qədər çətindir. Amma mütəxəsislər burada ilkin ehtimalla məzarlığın olması qənaətindədirlər. >>> 
Rayonumuz Rayonumuz Reviewed by Camil Asad on 21.7.18 Rating: 5
Blogger tarafından desteklenmektedir.