Weather forecast for Zardab

Kütləvi kommunikasiyanın kütləvi təsir effektləri

Kommunikasiya nədir – söhbət, ünsiyyət yoxsa ... ?
kütləvi informasiya effekti
  Kommunikasiya anlayışından iki anlamda istifadə edilir: nəqliyyat, rabitə, şəhər təsərrüfatı şəbəkəsini anlatmaq üçün və informasiyanın ötürülməsini,  mübadiləsini təsvir etmək üçün.
   Kommunikasiyanın ikinci anlamından danışaq.
  Söhbət, ünsiyyət zamanı da informasiya mübadiləsi baş verir. Bunlar kommunikasiyanın bir növüdür, amma anlayışı tam əhatə etmir.
  “Kommunikasiya nədir?” sualını cavab verərkən, unutmayaq ki, onun müxtəlif  növləri var. Bu növləri fərqləndirən  iki əsas şərtdir:
-          müəyyən insan yaxud təşkilati qruplar daxilində formalaşan ünsiyyət qaydaları, daxili  yaxud  korporativ kommunikasiya;
-          hədəf auditoriyasına yönəlmiş və onun təsir etmək mexanizmlərinə malik olan xarici kommunikasiya.
 Bəzən kütləvi kommunikasiya dedikdə göz önünə kütləvi informasiya vasitələri gəlir. KİV kütləvi kommunikasiyada bir texniki vasitədir, onu əvəz etmir. Digər kütləvi kommunikasiya vasitələri aşağıdakılardır:
-          kütləvi təsir vasitələri – kino, sirk, ədəbiyyat, sərgi və tamaşalar;
-          xüsusi texniki vasitələri (poçt, telefon, telefaks, modem)

  Kütləvi kommunikasiyada psixoloji effektlər

 Kommunikasiya hədəf auditoriyasına təsir zamanı hansısa psixoloji effektlərdən istifadə edirmi? Hazırda iki tendensiya mövcuddur. Birincilər belə effektlərin mövcudluğunu inkar edir.
  Amma sosial araşdırmalar və praktika belə effektlərin mövcud olduğunu göstərir. Bunun ən parlaq nümunəsi televiziyaya münasibətdə  kəskin pozitiv və kəskin neqativ münasibətin mövcudluğudur.
  Bunu mütəxəssislər iki psixoloji effektlə izah edirlər – “Halə effekti” (yaxud “nimba effekti”) və “bumeranq effekti”.
 Nimba müqəddəslərin başının ətrafında təsvir edilən, dairəvi işıq saçan halədir. Gündəlik həyatdan məlumdur ki, tez-tez televizorda görünməsi ilə tanınan insan, sadə tamaşaçılar tərəfindən “ulduz” yaxud “rəis” kimi qəbul edilir. Hətta o da mümkündür ki, nə qədər səy edilsə belə adi auditoriyaya bunun əksini sübut etmək çətindir.
  Amma bəzən bunun əks təsiri də olur. İnsanın tez-tez ekranda görünməsi auditoriyaya yaxud ayrıca götürülmüş şəxsə əks təsir göstərir. “Bumranq effekti” o vaxt özünü göstərir ki, informasiya mənbəyinə etibar azalıb. Təqdim edilən informasiyanın məzmunu uzun müddət dəyişməz qalıb, dəyişən şərait nəzərə alınmır, informasiyanı təqdim edən auditoriyada qıcıq doğurur.

  Yüz ölç, bur biç                                          

 Müasir araşdırmalar kütləvi kommunikasiyada müxtəlif psixoloji təsir alətindən istifadə edildiyini göstərir. Kütləvi kommunikasiya zamanı KİV, İnternet qavrayışımızın xüsusiyyətindən ( bax. Beynimizin ), mənəvi durumumuzdan, qorxu, narahatçılıq hisslərindən,  davranışımızdan istifadə edərək bizə müxtəlif formada təsir edir.
  Əlbəttə, bu gün kütləvi kommunikasiyadan imtina etməyə çağırış gülüş doğurar. İnsanın bunsuz inkişafı mümkünsüzdür, bizi əhatə edən dünya və ünsiyyət vəhdət təşkil edir.
  Bəs nə etməli?    
  Bir çox ölkələr mediasavadlılıq anlayışını geniş tətbiğ edir, müxtəlif formatda fənn kimi təhsil ocaqlarında öyrədilir.
  Biz isə informasiyanı qəbul edib, qərar verməzdən öncə yaxşıca düşünməliyik:
- bu informasiya nəyə yönəlib, onun əsasında verdiyim qərar qərəzli deyil?
- bəlkə bu qərarı fərqli düşünən biriylə müzakirə edim?
- bəlkə məsləhət uçun qərəzli yanaşması olmayan kimindənsə məsləhət alım?
  Unutmayaq, kütləvi kommunikasiyada tərəflərin biri-birinə təsir mexanizmlərin var. Bu təsir mənfi yaxud müsbət ola bilər. Yalnız bilikli insan mənfini müsbətə, müsbəti isə özünə faydaya çevirə bilər.

Bilikli olaq!
Cəmil Əsədov
asadovcamil@gmail.com

Kütləvi kommunikasiyanın kütləvi təsir effektləri Kütləvi kommunikasiyanın kütləvi təsir effektləri Reviewed by Zardob on 17.9.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.