Weather forecast for Zardab

Təssisçidən

ZƏRDABIN BƏLƏDÇİSİ


 Burada Zərdab rayonu haqqında toplanmış materialların tarixinin köhnəliyi yəqin ki, sizi təəcübləndirəcək. Nəyə görə bu materialları yenidən virtual məkana yuklənir?
Bunun “niyə?”-sini cavablandırmaq ilk olaraq 2006-2009—cu illərdə uğurla fəaliyyət göstərmiş  zardab.com.az saytı haqqında qısaca məlumat vermək istyirəm.  Sayt 2006-cı ilin sonlarından hazırlanmağa başlayıb, rəsmi fəaliyyətə başlaması isə 2007-ci ilin iyul ayına təsdaüf edir. Biz - mən və Yaşar Xəlilov -  İlkin olaraq bu saytı rayon haqqında bələdçi sayt kimi fikirləşmişdirk. 
O vaxtlar, İnternetdə Zərdab haqqında bir –iki cümlədən başqa heç nə tapmaq mümkün deyildi və biz qərara gəldik ki, bu böşluğu dolduraq. Layihə uğurli alındı və tez bir zamanda zərdablılar arasında popluyarlaşdı. Bu bizi ruhlandırdı və  saytın əhatə dairəsini genişləndirdik. Zərdab və zərdablılar haqqında məlumatları , son xəbərləri, müxtəlif insanların müsahibələrini,  digər maraqlı informasıyanı özündə cəmləşdiriən bir resurs alındı. 
  Əvvəl iki nəfərin əməyinin nəticəsi olan saytın hazırlanmasına sonradan Nicat Məmmdov qoşuldu. Həmyerlimiz Sevil Gültənin sayt üçün  təmənnasız tərcümələr etməsi bizim üçün göydən düşmə oldu. Nəzticədə əvvələr internet məkanda cəmi bir –iki sözlə təmsil olunan Zərdab , artıq 3 dildə azərbaycan, rus və ingilis diində təmsil olunmağa başladı. Rus və ingilis dilinə Zərdaba bələdçilik edə biləcək  məlumatlar ( qısa tarixi , cografiyasl və sair bu kimi məlumatlar) mənim (rus dilində) və Sevil Gültənin (ingilis dilində) tərcüməsində təqdim olundu. Müntəzəm dəyişən xəbərlıər, müsahibıələr və digər məlumatlar isə azərbaycan dilində təqdim edilirdi. Sonradan saytın işçi heyyətinin sırasına  Elçin Eyvazov və Elyar Əhmədov da qoşuldu. 
  Bakıda yaçayan həmyerlimiz jurnalist həmyerlimiz Nicat İsmayılovun (Nicat İntiqam)sıralarımıza qatılması isə saytımızı yeni səviyyəyə qaldırdı – saytımız regionda ilk  xəbər saytına çevrildi. 
   Növəti illərdə saytın dizaynını dəyişdik . 2009-cu ildə isə zərdab.com.az saytının adı artıq Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Microsoft Azerbaijan şirkətinin dəstəyi ilə keçirilən  "Netty"   Azərbaycan Milli İnternet Mükafatı müküfatçlrı sırasında idi (“Azrbaycan” nominasiyasında üçüncü). İndi fəxrə xatırlayıram ki, 45 nominat arasında cımi 2-3 region saytı var idi ki, onlardan biri də biz idik. Qaliblər sırasında isə www.mct.gov.az , mektebli.president.az, www.anspress.com, www.azerisport.com, İnternet-ödəmə sistemi Golden Pay  kimi profesionallar var idi. Heç bir yerdən (saytımızın qonqlarından aldığımız mənəvi dəstək istisna ilmaqla ) heç bir dəstək almayan  həvəskarlar  üçün bu həqiqətən də qürurverici hadisə idi. 
  Sorüşa bilərsiz ki, bəs sonrası necə oldu? Necə olmalı idisə elə də oldu – həvəskarların zəhməti hesabına ərsəyə gələn sayat  öz fəaliyyətini dayandırdı - davam etdirmək üçün maddi dəstək olmadı. Hər kəs bir-bir öz əsas işinə daha çox vaxt ayırmağa (mən bunu təbii qəbul edirəm) başladı.   
  3 il ərzində bizim şəxsi itkilərimiz – vaxt, pul, sağlamlıq və sair – üzırində fəliyyət göstərən sayt – fəaliyətini dayandırdı.
 Amma bu gün geriyə baxdıqda etdiklərimiz üçün peşiman deyiləm . Bilirsiz niyə görə peşiman deyiləm?:
- bizə “ Zərdabın internetdə yerləşdiriləsi nəyi var ki..” deyənlərə, vəzifəli şəxslərə sübüt etdik ki, Zərdabın taixi var, ziyalısə, respublika səviyyəsində tanınan insanları var. 
- özümüzə sübut edtdik  ki, insan istəsə və çalışsa nəsə qura bilər, qurduğunu-bizim nümunədə saytı – yüksək səviyyəyə qaldıra bilər. Sadəcə istək və əzmkarlığ lazımdır.
  Eyni zamanda sayt üzərində işlədiyim müddətdə yeni biliklər əldə etdim - sayt nədir, saytın kodalşadırılmasl, optimizasiyası, domenin , hostinqin idarə edilməsi və sair.
  Bu gün zardab.com.az fəaliyyət göstərməsə də,  sevinirəm ki, şəbəkədə onun davamçııları var. Onların hər birinə uğurlar arzulayır, işlərinin davamalı olmasınında güc və səbr diləyirəm.
  Zardob.blogsopt.com isə çalışacaq ki, zardab.com.az-ın ilkin funksiyasını – bələdçiliyini layiqincə yerinə yetirsin.  Bunun üçün isə “velosipedi yenidən icad etməyə” zərurət görmədim. 
Mən həmin köhnə illərin materiallarını yenidən yükləməklə öz ilkin missiyamızı – Zərdabən bələdçisi olmaq – bərpa etmək istədim. Yəqin ki, alınar inşallah. 

Hamımıza arzularımızn hıyata keməsində Yardanın 
dəstək olması arzusu ilə Cəmil Əsədov
Təssisçidən Təssisçidən Reviewed by Camil Asad on 1.8.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.