Weather forecast for Zardab

Zərdablılar

    Bu bölmənin hazırlanmasında məqsədimiz vətənimiz və xalqımız qarşısında az-çox xidmətləri olmuş həmyerlilərimiz haqqında məlumatlar toplamaq və Sizləri, saytın dəyərli oxucularını tanış etməkdİr. Düşünürük ki, tanınmış həmyerlilərimizin həyat yolu gənclər üçün örnək ola bilər. 
   Bizim dünyaya göz açdığımız Zərdab torpağı böyük vətəndaş Zərdabinin məskənidir, amma yalnız Zərdabinin yox. Həsən bəy Zərdabinin qardaşı oğlu, Rəhim bəy Məlikov Kazan Universitetinin fizika-riyaziyyat fakultəsini bitirmiş, Azərbaycanın ilk professor-fizik olmuşdur.    Müsəlman dram teatrı cəmiyyətinə Hüseyn Ərəblinski və Əbülfət Vəli ilə yanaşı ilk üzv yazılanlardan biri həmyerlimiz Məhəmməd bəy Əlvəndidir. 
  Tiflis qız gimnziyasını bitirən Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım maarif sahəsində fəaliyyətinə görə "Lenin ordeni" ilə təltif olunmuş ilk azərbaycanlı qadındır. Bakıda Təzəpir məscidinin axundu olmuş, Zərdabın Qərəvəlli kəndində dünyaya göz açan, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Mustafa bəy Topçubaşovla dostluq əlaqələri olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu dövrünün mütərəqqi fikirli insanlarından olub. 
  1967-cı ildə ilk dəfə rəsmi keçirilən Novruz bayramının ssenari müəllifi və qurluşçu rejisoru həmyerlimiz Məbud İsmaylzadə idi. 
  1997-ci ildə Amerika biblioqrafik mərkəzin araşdırmalarına əsasən "İlin adamı" diplomuna və qızıl medala layiq görülmüş görkəmli akademik Böyükkişi Agayev Zərdabın Əlvənd kəndində dünyaya göz açıb. 
  Bu siyahını artırmaq da olar. Cinsindən, yaşından, vəzifəsindən aslı olmayaraq hər bir zərdablı bizim üçün əzizdir. Bu bölmədə biz müxtəlif sahələrdə çalışanların həmyerlilərimizin bəziləri ilə sizləri tanış etməyə çalışacağıq.    

Həsən bəy Zərdabi (Məlikov) -1837-ci il noyabrın 12-də qədim Şirvanda, Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Onun babası Rəhim bəy və atası Səlim bəy elmə, maarifə xüsusi maraq göstərən insanlar idilər. Atasının təşkil etdiyi məclislərdə iştirak edən o dövrun savadlı insanları, bu məclislərdəki söhbətlər, mübahisələr balaca Həsənin formalaşmasınə təsirsiz otməyə bilməzdi. Həsənin təhsili ilə ilk öncə atası Səlim bəy məşğul olur, sonradan o, Zərdab kəndindəki....    >>>>

Məhəmməd bəy Məlikov -Əlvəndi -  1872-ci ildə Şamaxı quberniyasının Zərdab bölgəsinin Əlvənd kəndində dünyaya göz açan Məhəmməd bəy Məlikov  Əlvəndi H.Zərdabinin qardaşı oğludur. (Səhv olaraq “Azərbaycan sovet  ensiklopediyası”nda doğulduğu yer Şamaxı göstərilmişdir ). Uşaqlıqdan mütərəqi ziyalıların əhatəsində olan Məhəmməd bəy , Azərbaycan dilini mükəmməl bilməklə rusca da yaxşı danışır....  >>>


Məlikova Qəribsoltan xanım Həsənbəy qızı, Hüseynov Hacı Hacıbabab oğlu, Rəhimova Püstə Nüsrət qızı və başqaları "Zərdablılar təhsil sahəsində" yazısında  >>>
Zərdablılar Zərdablılar Reviewed by Camil Asad on 21.7.18 Rating: 5
Blogger tarafından desteklenmektedir.