Weather forecast for Zardab

Zərdaba gedirəm: otel və restoranlar

Zətdab: harada istirahət etmək olar ?

Zərdab hotelBütün azərbaycanlılara məxsus olan qonaqpərvərlik zərdablılara da xasdır. Əgər Siz Zərdaba qonaq gəlsəniz çəkinmədən istənilən qapını döyə bilərsiniz: sizi gülərüzlə qarşılayıb, içəri dəvət edəcəklər. Əgər siz kimisə narahat etmək istəmirsinizsə rayonun mərkəzində lazımi rahatlığı olan mehmanxana istənilən anda Sizi qəbul edə bilər. Mehmanxana Zərdab rayon mədəniyyət evi ilə üzbə-üz yerləşib. 
Mehmanxananın birinci mərtəbəsində vaxtı ilə  "Beko"-ya məxsus satış mərkəzi oldugundan, elə bu mehmanxana da xalq arasında "Beko" kimi tanınır. Mehmanxan zövqlə təmir edilib. Otqlarda qonaqların rahatlığı üçün hər şərait yaradılıb. Otaqlar müxtəlif tələbatlı qonaqların ehtayaclarını ödəyə bilər. Təsadüfü deyil ki, təkcə Zərdabın deyil, qonşu rayonların qonaqları da gecələmək üçün buraya üz tuturlar.
  Mehmanxananın qarşısındakı kiçik fəvvarənin ətrafında isti yay aylarında çay içib, dincəlmək olar. Bundan başqa burada fəaliyyət gostərən "Çay evində" simovar çayı sifariş edib, geniş formatlı ekranda maraqlı futbol oyunlarını, əyləncəli verlişləri seyr edə bilərsiniz. Mehmanxanada həmçinin milli yeməklərimizi təklif edən, qış otaqlarına və yay zalına malik restoran fəaliyyət göstərir.     


Zərdab restoran

 Zərdab yeməkxanaları əsasən Kür çayı boyunca yerləşib. "Dalga" və "Tural" restoranları zərdablıların və onların qonaqlarının yay aylarında ən çox üz tutduqları məkanlardandır. Burada sakit axan Kürün könül sakitləşdirən mənzərəsini seyr edərək milli yeməklərimizi sifariş etmək olar. Rayonun qonaqları isti yay günlərində bu restoranlarda dincəlməyə həmişə üstünlük veriblər. "Tural" restoranı isti yay günlərində ailə şənlikərini, toy və nişan məclislərini keçirmək üçün əvəzedilməz yerdir.

      Rayonun mərkəzində yerləşən "Kür" şadlıq sarayı öz qapılarını istər yay, istərsə də qış aylarında zərdablıların, qonaqların, ailə quran gənclərin üzünə açıb. Nisbətən kiçik otaqlar, 80-100 nəfərlik banket zalı, 250-300 nəfərilik böyük zal istənilən səviyyəli tədbirlər keçirmək, kiçik və böyük məclisləri təşkil etməyə imkan verir.

     Öz rahatlığı ilə seçilən digər restoran rayon mərkəzindən nisbətən uzaqda, Zərdab və Ağcabədi rayonlarının sərhəddində yerləşən "Kür" restoranıdır. Kürün sahilində yerləşən, böyük ərazini əhatə edən bu restoran istər qış, istərsə də yay aylarında öz müştərilərinə göstərdiyi yüksək keyfiyyətli xidmətlə seçilir. Qış və yay otaqlarından başqa, birbaşa Kürün üzərində yerləşdirilmiş bərənin üzərində çayın zümzüməsinə qulaq asaraq istirahət etmək insanın əhval-ruhiyyəsinə öz müsbət təsirini göstərir. 
  Zərdablıların sevimli yerlərindən biri də öz işinin usatsı Gündüz bəyin yeməkxanasıdır. Gündüz bəyin bişirdiyi dadlı yeməklərdən dadmaq istəsədniz, qarşınıza çıxan istənilən zərdablıdan onu soruşun - ünvanı deyəcək.  

   Qısa bir zamanda təkcə gənclərin deyil, bütün zərdablıların və onların qonaqlarının sevimli məkanına çevrilən H.Əliyev adına mərkəzi parkın ərazisindəki çayxana öz yüksək keyfiyyətli xidməti ilə seçilir. Əsasən yay aylarında fəaliyət göstərən çayxanada yaşıl ağacların kölgəsində dincəlmək mümkündür. 

Zərdab park

Bunlardan başqa, rayonun mərkəzində, zərdablıların "bağ" adlandırdığı H.Zərdabi adına istirahət parkının ərazisində də keyfiyyətli xidmət göstərən yeməkxanalar vardır. Bu ərazidəki çayxanlar isə zərdablıların və onların qonaqlarının ən çox toplandığı istirahət yerlərindəndir.

Zərdab Həsən bəy parkı, Зардоб Zardab






 "Bağ" adlandırılan bu ərazinin özünəməxsus tarixi var. Belə ki, H.Məlikov-Zərdabinin əmisi oğlu , ötən əsrin ortalarında sürgündən qayıdan Həmdullah bəy tərəfindən genişləndirilib qulluq edilən bu sahə sonradan Zərdabinin adı ilə adlandırılmışdır. Sonradan təkcə bağa deyil, burada ucaldılmış Zərdabinin heykəlinə qulluq edən Həmdullah bəy ömrünün son anlarını da burada başa vurmuşdur.

zərfab çay evi
  Rayonun mərkəzində yerləşən "Ana Kür" çay evində də həmişə sizi görməyə şaddırlar. Öz zövqünüzə uyğun olaraq iki mərtəbəli çay evinin ümümi zalında yaxud ayrı otaqlarda çay içə, dostlarınızla söhbət edə bilərsizniz. Bura həm də siqaretsiz bir məkandır:çay evində olduğunuz müddətdə siqareti və onun tüstüsünü unudacaqsınız.
 İsti yay aylarında Zərdabın girəcəyində yerləşən "Ərik bağı" deyilən ərazidə fəaliyyət göstərən yenəkxanada çay içərək sərinləyə, təbiətin qoynunda milli mətbəximizin təamlarəndan dada bilərsiniz.

     
Zərdaba gedirəm: otel və restoranlar Zərdaba gedirəm: otel və restoranlar Reviewed by Camil Asad on 23.10.16 Rating: 5
Blogger tarafından desteklenmektedir.