Weather forecast for Zardab

Zərdab rayonu: tariximiz-taleyimiz

 
Zərdab RAYONU kəndləri tarixi xəritəlırdə

Haradan gəlir Zərdabın tarix karvanı?  

  Tarix adlı əbədi yol gedən karvan öz ylunun başlanğıcını min illiklərin dərinliklərindən götürür. Tarixin əbədi yolunda Zərdabın öz yolu , öz iz-sorağı var. 
   Hazırki Ucar rayonunun ərazisi ilə birlikdə müasir Zərdab e.ə. IV əsrin sonlarında Şimali Azərbaycan ərazisində meydana gəlmiş Qafqaz Albaniyasının tərkibindəki Əcəri vilayətinə daxil olmuşdur. Tədqiqatlar göstərir ki, Zərdab ərazisi Əcəri vilayətinin cənub hissəsini əhatə etmişdir. Vilayətin tarixi adı isə müasir Ucar toponimində özünü qoruyub saxlamışdır. Zərdab ərazisi antik və erkən orta əsrlər dövrünü əhatə edən  Alban-Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsidir
 Bu gün "Haradan gəlir Zərdabın tarix karvanı?" sualına cavab vermək çox çətindir. Təssüf ki, bu yurdun tarixini qələmə alan, keçmişlərini arayıb-araşdıran, demək olar ki, olmayıb Baxmayaraq ki, zərdablıların yaddaşında bu diyarın qədimliyi haqqında xeyli rəvayətlər, deyimlər, nişanələr var. Bizim də məqsədimiz məhz bunları bir araya toplamaq, oxucularımızn nəzərinə çatdırmaqdır.
 Bu elektron resursda yerləşdirdiyimiz yazılar Zərdab rayon dövlət arxivinin müdiri işləmiş Mirağa Bağırovun, Zərdabda nəşr edilən " Əkinçi" qəzetinin redaktoru İsaməddin Əhmədovun, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru Eldəniz Həsənovun araşdırmaları əsasında qələmə alınıb. Həmçinin yazılarımızda Nazim Tapdıqoğlunun(Vəlişov) “Zərdab enisklopediyası” kitabından, Taleh Əliyevin "Zərdabın tarixi-siyasi cofrafitası" (Arxeologiya və Etnoqrafiya - Тarix və onun problemləri, № 1, 2014,307)  adlı məqaləsindən istifadə edilib. 
  Zərdabın tarixinin bir yerə tolanmasında vaxtı ilə virtual məkanda uğurlu layihələrimizdən olan zərdab.com.az və hazırda Nicat İntiqamın təssiçiliyi ilə fəaliyyət göstərən zerdab.com saytlarının səyləri də danılmazdır. 

zardob.blogspot.com-un yazarı Bəxtiyar Əsədovun Zərdab, zərdablılar haqqında həvəskar araşdırmaları rayonunumuzun tarixinə, bu tarixin açılmamış səhifələrinin araşdırlmasına bir ipucu, peşəlkarlar üçün bir çağırışdır. 

Rayonumuzun tarixinin qısa icmalı haqqında buradan oxuya bilərsiz.
   
   Babalarımızın yurd yeri  Zərdab  Kür çayı ilə Qarasu çayının yaratdığı yarımadaya bənzər bir ərazidə yerləşir. Zərdabın 42 kəndindən 22-si məhz Kürün cahilindədəir>>>

   Tarix əbədi yol gedən bir karvana bənzəyir. Bəs tarixin əbədi yolunda Zərdabın izi-sorağı hardan başlanır, hara gedir? >>>

   Yerləşdiyi əraziərdab bütün dövrlərdə Qarabağa qapı rolunu oynayıb. Hələ qədim zamanlarda  Zərdabın kəndlərindəki bərələrlə Qarabağa üz tutmuşlar.>>>

   Azərbaycanın tarixi xalq üsayan və etirazları iıə zəngindir.  Təbii ki, bu etirazlar Zərdabdan da yan ötməyib.>>>

    Zərdab rayonu tarix boyu yerli tayfaların məskunlaşdığı ərazilərdən olmuşdur. Bunu xəritələrdə də izləmək olar >>>

   Tarixin müəyyən mərhələlərində "Böyük kənd" adlanan Əlvənd  nəinki Zərdabın, eyni zamanda Azərbaycanın ən qədim kəndlərindəndir.   Zərdabın bu qədim kəndinin tarixi ilə>>> 

    Yəqin ki, Mollakənd yolu ilə gələnlər fikir verib. Bu yolla gələrkən cəmi iki kənd,   Şahhüseyinli və Dəli Quşçu, yolun sağında yerləşib?  Səbəbini bilirsiniz?>>>

Abasquluağa Bakıxanov: "“Gülüstani İrəm” əsərində yazır ki,  Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hökmran oldu". Nəyə görə məhz Əlvənd? Şamaxı xanları nə üçün Əlvəndi seçmişdilər>>>

 Zərdab rayonu, onun kəndləri haqqında daha çox oxumaq istəyirsiniz? Buraya keçin >>>
Zərdab rayonu: tariximiz-taleyimiz Zərdab rayonu: tariximiz-taleyimiz Reviewed by Camil Asad on 26.3.19 Rating: 5
Blogger tarafından desteklenmektedir.