"Payız görməyə getmişdim"
...Kəndimizə getmişdim - payızı görməyə. Darıxmışdım payızdan ötrü. Şəhər məndən inciməsin. Mən burda payızı görə bilmirdim. Hara baxırdımsa, yaşıl zeytun ağacları, həmişəyaşıl şam, küknar ağacları görürdüm. Parklardakı yamyaşıl gül kolları mənə baharı xatırladırdı, payızı yox. Hərdən asfaltın üstünə səpələnən sarı yarpaqları görəndə payızın çoxdan girdiyini xatırlayırdım. Amma payızı görə bilmirdim, payızın nəfəsini duya bilmirdim şəhərdə. Arabir vıy-vıy vıyıldayan Bakı küləyi nəsə pıçıldamaq istəyirdi mənə payız haqda. Amma küləyin öz vıyıltısı qoymurdu onun mənə dediklərini eşidəm.
Payızın sonlarında payızı görməyə getmişdim. Payız- sevdiyim fəsil! Niyə bu qədər çox sevirəm payızı? Deyə bilmərəm. Bəlkə də ona görə ki, şeirlərimin çoxunu bu fəsildə yazmışam.
Şeirlərimin doğum tarixidir payız! Küləyin, yağışın dumanın, sarı, qızılı yarpaqların, ayaqaltda qalıb əzilmiş otların mənə şeir pıçıldadıqları fəsildir payız! Şeirlərimdənpayızın iyi, payızın nəfəsi gəlir...
Ardını elektron kitabdan oxu...
3d formatlı eıektron kitabı yüklə (səhifələrin vərəqlənməsi effektli)
PDF formatlı elektron kitabı oxu
PDF formatlı elektron kitabı oxu
Sevil Gültən "Mən rəssam olsaydım..."
Reviewed by Camil Asad
on
23.11.15
Rating: