1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşgul olurdular.
Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi.
20-ci əsrin 30-cu illərindən başlayaraq kolxoz
təsərrüfatı getdikcə möhkəmlənirdi. Azərbaycan
Q(b)P MK
bölğələrdə kolxoz təsərrüfatının inkişafı üçün müxtəlif tədbirlər həyata
keçirir, MK katibləri rayonlara səfər edib, yerlərdə işin təşkili ilə şəxsən
maraqlanırdılar. O illərdə Zərdabda çıxan
“Zərdab staxanovçusu” qəzetinin 1
iyul 1939-cu il tarixli 37-ci (251)
sayında yazılmışdır ki, “Azərbaycan Q(b)P
MQ və Bakı komitəsinin katibi Mir
Cəfər Bağırov yoldaş iyunun 23-də rayonumuza
gəlmişdir. Bağırov yoldaş Zərdabda Zərdab işçi və qulluqçuları ilə bir saatdan
çox may plenumunun qərarları haqqında və
pambığın yay beçərilməsinin gedişi haqqında söhbət etmişdir. Bağırov yoldaş
Şahsünlü “Əkinçi”, Şəftəhal Stalin adına
və Seyidlər “Qırmızı Oqtyabr”
kolxozlarına getmiş, kolxozçularla may
plenumunun qərarları və pambığın yay beçərmələri haqqında söhbət etmişdir.”
1935-1940-cı
illərdə kəndlərdə ictimai təsərrüfatlar yaradılırdı. Bu təsərrüfatlar əvvəlcə tək
təsərrüfatda fəaliyyət göstərib, yetişdirdikləri məhsulun bir hissəsini dövlətə satan kəndli təsərrüfatları hesabına təşkil olunurdu. Əhalinin mal-qarası, digər varidatı ümumi istifadə üçün əvvəlcə artellər--kommunalar, sonralar isə kolxoz təsərrüfatları halında (kolxoz
sözü rus dilindən azərbaycancaya tərcümədə kollektiv təsərrüfat mənasını verir)
birləşdirilirdi.
Əlbəttə,
bu cür ümumiləşdirməyə heç də bütün kəndlilər, xüsusilə əhalinin varlı təbəqəsi həvəs göstərmirdi. Belələrinə qarşı
ciddi tədbirlər görülür, çoxlarına “kulak” damğası vurularaq sürgünə göndərilir,
onlara qarşı “səskəsdi”lər (səsvermə hüququndan, seçib-seçilmək hüququndan məhrum
etmək) tətbiq olunur, daha sonralar isə onlar hətta “xalq düşməni” elan
edilirdilər.
O dövürdə Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları
sovetinə çevrilmiş,
1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər.1933-cü ildə Zərdab bölğəsində 2180 təsərrüfatda 11846 nəfər əhali yaşayırdı. Onların 99,5 faizi
azəri
türklərindən ibarət idi. Ən iri
yaşayış məskənləri Çallı (819 nəfər), Alıcanlı (726 nəfər), Xələc (676 nəfər), Gəlmə (618 nəfər), Yarməmmədbağı (602 nəfər), Zərdab (594 nəfər), Qaravəlli (413 nəfər)
kəndləri idi.
Maraqlıdır
ki, əldə olunan məlumatlara əsasən 1831-ci ildən 1940-cı ilədək həmişə kişilərin sayı qadınların sayından çox
olmuşdur. 1933-cü il də bu sahədə istisnalıq təşkil etmir. 1933-cü ildə
Zərdab
bölgəsində yaşayan 11846 nəfərdən
6235 nəfəri kişilər idi. Hazırda qadınların çoxluq təşkil etməsi, görünür, müharibələrin soy- kökümüzə vurduğu dəhşətli zərbənin, kişilərin qanlı döyüşlərdə kütləvi qırılmasının nəticəsidir.
«Azərbaycan Sosialist Şuralar Cəmiyyətinin,
Naxçıvan Sosialist Şura Cəmiyyətinin, Dağlıq Qarabağ Muxtar Oblastının inzibati
bölünüşü»nə aid cədvəlin Zərdab bölgəsinə aid hissəsini dərc edirik:
Yaşayış məntəqələri
|
Təsərrüfatlar
|
Əhalinin sayı
|
Cəmi
əhali
|
||
Ümumiləşmiş
|
Fərdi
|
Kişilər
|
Qadınlar
|
||
1. Burunlu
2. Məlikli
3. Qoruqbağı
4. Qoruqbağı 2
5. Qoruqbağı 3
6. Sarıqaya
7. Yarməmmədbağı
8. Gödəkqobu
9. Köhnə Gəlmə
10. Lələağacı
11. Məmmədqasımlı
12. Pərvanlı
13. Böyük Dəkkə
14. Dəli Quşçu
15. Dəkkoba
16. İsaqbağı
17. Qaravəlli
18. Bala Dəkkə
19. Qoşoba
20. Təzəkənd
21. Vəlixanlı
22. Zərdab
23. Alıcanlı
24. Çallı
25. Nəcəfallı
26. Xələc
27. Ağabağı
28. Gəndəbil
29. Nəzərallı
30. Şıxbağı
31. Allahqulubağı
32. Əlibəyli
33. Gəlmə
34. Hüseynxanlı
35. Salahlı
36. Xanməmmədli
|
39
74
--
--
--
--
20
18
--
15
18
25
--
16
--
--
16
--
--
32
--
67
35
37
--
52
34
69
36
45
--
--
44
15
26
--
|
2
14
54
78
34
44
92
33
30
56
67
43
33
27
33
65
64
20
33
7
14
44
73
98
15
84
3
3
8
11
55
53
71
9
3
28
|
100
243
138
228
98
144
331
161
92
230
234
202
161
120
160
167
228
66
90
98
50
298
398
442
28
354
96
211
121
127
178
171
345
54
66
81
|
86
210
129
206
89
121
271
130
80
198
214
168
89
112
89
149
185
62
100
80
62
296
328
377
38
322
82
167
93
94
140
142
273
51
47
89
|
186
453
267
434
187
265
602
291
172
428
448
370
250
232
249
316
413
128
190
178
112
594
726
819
66
676
178
378
214
221
318
313
618
105
113
170
|
Qeyd: Göründüyü kimi, bu siyahıda rayonumuzun Əlvənd,
Otmanoba, Şahhüseynli, Aşağı Seyidlər, Şəftəhal, Bıçaqçı, Siləyli, Yuxarı
Seyidlər, Körpükənd kəndlərinin adlarına rast gəlmirik. Bunun səbəbi 1935-ci
ilin inzibati ərazi bölgüsündə həmin kəndlərin başqa ərazi vahidlərinin tərkibinə
daxil edilməsidir. Siyahıda göstərilən Xələc kəndi isə hazırda Ucar rayonunun tərkibinə
daxildir.
Zərdab - XX əsrin 30-cu İllərİ
Reviewed by Camil Asad
on
24.4.17
Rating:
