Zərdabın Dəkkəoba, Bala Dəkkə, Böyük Dəkkə kəndləri
Müasir Zərdab rayonu ərazisində mövcud olan üç kəndin adı - Böyük Dəkkə, Bala Dəkkə və Dəkkəoba - “Dəkkə” toponimi ilə bağlı olub. Onlardan ikisi hazırda mövcudluğunu davam etdirir .Zərdab rayonu |
Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatında Böyük Dəkkə kəndində 250 , Bala Dəkkə kəndində 128, Dəkkəoba kəndində isə 249 nəfərin yaşadığı bildirilir. Bu məlumtlar toplusunda həmin kəndlər ayrıca ərazi vahidləri kimi qeyd olunub.
Zərdab ərazisindəki Dəkkəoba yaşayış məskəninin
1700-cü illərdə yarandığı söylənilir. Rayon mərkəzindən 5 kilometr şərqdə
yerləşən Dəkkəoba ötən dövrlərdə ən
çox Məscidli oba adı ilə tanınmışdır. Maldar icma üzvlərinin müvəqqəti birliyinə
adətən oba deyilir. Obalar maldarləq təsərrüfatının yaylağa və qışlağa
köçürülməsi ilə əlaqədar yaradılırdı.
Professor, kənd təsərrüfatı üzrə
fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə
professoru, zərdabişünas, həmyerlimiz Eldəniz Həsənova görə Dəkkəoba (Məscidli oba) kəndi Lələ Əhmədin
özü ilə bağlı olan yaşayış məntəqəsi olaraq təsərrüfatın kiçikliyinə, camaatın
(əhalinin) sayına görə dəngə-(dəkkə), Dəkkəoba kimi adlanan yaşayış məntəqəsinə
çevrilmişdir. Dəngə sözünə hazırda Zərdab rayonu ərazisində yerləşən əhalinin danışığında da rast gəlinir.
Tanınmış
tətqiqatçı-jurnalist Əjdər Fərzəlinin “Dədə Qorqud yolu” kitabında Zərdabın indiki Dəkkəoba
kəndinin (keçmiş Məscidli oba) adı ilə bağlı isə belə yazır:
Burada “oba” məlum, özü də türk sözü, “dəkkə” isə dək/dak- daq/deh-dek/dekabr, dekada, deka-meron/, dək/dəg-dəhnə, dəyirman-dəgirman-dib, başlanğıc məzmununda/, dekabr-qədimdə onuncu ay məzmunu daşıyıb, necə ki, dekada, ongünlük deməkdir. Dəkkə oba da Onuncu obadır. Gördüyümüz kimi burada müxtəlif dillərə aid sözlər var. Lakin türk dilinin və doğma “dağ”-uca, hündürlük, böyüklük və bundan əvvəl çarpaz dağlamaq, yanıb qovrulmaq, ürəyinə dağ çəkmək məzmunlu sözü də var. Hər halda ulu kod unudulmamalıdır.
Dəkkəoba məktəbi |
Müasir Dəkkəobanın əhalisi əsasən maldarlıq, taxılçılıq, bostançılıq və s. ilə məşğul olur. Kənddə İcra
Nümayəndəliyi, məscid, bələdiyyə, tibb
məntəqəsi , orta məktəb var. Prezident cənab İlham Əliyev 2006-cı il iyunun
30-da ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyeva ilə birlikdə
Zərdaba səfəri çərçivəsində Dəkkəoba kəndində Heydar Əliyev Fondunun vəsaiti
hesabına tikilən 360 yerlik müasir məktəb binasının təntənəli açılışı
mərasimində iştirak etmişdir.
Zərdabın Bala Dəkkə yaşayış məntəqəsini hacıəsədli nəslinə mənsub ailələr salmışlar. Boyük Dəkkədən fərqləndirmək üçün kənd belə adlandırılmşdır. hazırda Təzəkəndlə birləşdiyinə görə kənd ləğv olunmuşdur.
Zərdabın Təzəkənd yaşayış məntəqəsi 20 əsrdə - Sovet Hakimiyyətinin ilk illərində Zərdab şəhərindən köçüb gəlmiş ailələr tərəfindən yeni salındığı üçün belə adlandırılmışdır.
Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatına əsasən kəndə 32 ümumiləşmiş təsərrüfat, 7 fərdi təsərrüfat olmuşdur. Həmin dövrlərdə əhalisinin sayı 178 nəfər təşkil edib. Sonradan Bala Dəkkəni də özündə birləşdirən kənd, Zərdab ərazi inzibati vahidinin tərkibinə daxil edilmişdir. Təzəkənd əslində bu gün Zərdab şəhərinin məhəllələrindən birinə çevrilib. Təzəkənddən şəhəri ayıran həmişə dolu axan böyük su kanalıdır.
Hazırda Zərdab
rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması
məqsədlə Kür çayı sahilində, Zərdab rayonunun Təzəkənd kəndi yaxınlığında məhsuldarlığı
saniyədə 3 kubmetr olan sugötürücü qurğunun və nasos stansiyasının tikintisinə
başlanılıb.
Təzəkəndin sakinlərinin bir çoxu Zərdab
şəhərində işləyir. Kənddə isə
heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq,
baramaçılıq, bostançılıq və s. inkişaf etmişdir.
Kəndin Təzəkənd adlanması buradakı əhalinin ötən əsrin əvvəllərindən başlayaraq Zərdab yaşayış məntəqəsindən daimi yaşayış üçün bu əraziyə köçərək məskunlaşması ilə əlaqədardır.
Təzəkənd haqqında başqa bir maraqlı hadisə barədə isə . Zərdabın tarixi:xalqetirazları adlı yazımızda qeyd etmişdik.
Dəkkə toponimi ilə bağlı digər kənd Böyük Dəkkədir. Nazim Tapdıqoğlu(Vəlişov) “Zərdab enisklopediyası”-ında yazır:
Əgər kəndlərimiz barədə sizdə əlavə məlumat varsa bizə göndərin.
Zərdabın Bala Dəkkə yaşayış məntəqəsini hacıəsədli nəslinə mənsub ailələr salmışlar. Boyük Dəkkədən fərqləndirmək üçün kənd belə adlandırılmşdır. hazırda Təzəkəndlə birləşdiyinə görə kənd ləğv olunmuşdur.
Zərdabın Təzəkənd yaşayış məntəqəsi 20 əsrdə - Sovet Hakimiyyətinin ilk illərində Zərdab şəhərindən köçüb gəlmiş ailələr tərəfindən yeni salındığı üçün belə adlandırılmışdır.
Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatına əsasən kəndə 32 ümumiləşmiş təsərrüfat, 7 fərdi təsərrüfat olmuşdur. Həmin dövrlərdə əhalisinin sayı 178 nəfər təşkil edib. Sonradan Bala Dəkkəni də özündə birləşdirən kənd, Zərdab ərazi inzibati vahidinin tərkibinə daxil edilmişdir. Təzəkənd əslində bu gün Zərdab şəhərinin məhəllələrindən birinə çevrilib. Təzəkənddən şəhəri ayıran həmişə dolu axan böyük su kanalıdır.
Su ötürücü qurğu |
Kəndin Təzəkənd adlanması buradakı əhalinin ötən əsrin əvvəllərindən başlayaraq Zərdab yaşayış məntəqəsindən daimi yaşayış üçün bu əraziyə köçərək məskunlaşması ilə əlaqədardır.
Təzəkənd haqqında başqa bir maraqlı hadisə barədə isə . Zərdabın tarixi:xalqetirazları adlı yazımızda qeyd etmişdik.
Dəkkə toponimi ilə bağlı digər kənd Böyük Dəkkədir. Nazim Tapdıqoğlu(Vəlişov) “Zərdab enisklopediyası”-ında yazır:
Böyük Dəkkə kəndi adının əsasını təşkil edən dəkkə sözü “oba, oymaq” mənasında işlədilir.Böyük Dəkkə “Böyük oba, oyamaq” mənasındadır. Böyük Dəkkədə qəhrəmanlılar, hacıəsədlilər, məmmədlilər, cəfərilər, əhədilər adlı nəsil, tayfa və tirələr yaşayır.Tərixi səndələrdən aydın olur ki, XIX əsrin sonlarında Böyük Dəkkə 25 evli kənddən ibarət imiş. Dəkkəlilər yaxşı baramaçı və balıqçı sayılmışlar. H.Zərdabi də XIX əsrin sonlarına yaxın Zərdabdakı Dəkkə kəndinin balıq vətəgəsini bir neçə illiyə icarəyə götürdüyünü və ov yerlərini pulsuz olaraq dəkkəlilərə verdiyini yazmışdır.
Əgər kəndlərimiz barədə sizdə əlavə məlumat varsa bizə göndərin.
Zərdaba gedirəm : "Dəkkə" toponimi və bizim kəndlər
Reviewed by Camil Asad
on
7.5.17
Rating:
Hiç yorum yok: