Zərdab xəbərləri: 20-ci əsrin 30- 40-cı illəri
Tarix bir qayda olaraq yazılı mənbəələrdən öyrənilir. Rayonumuz üçün belə mənbələrdən biri Zərdab xəbərlərini özündə əks etdirən rayonunun “Əkinçi” qəzetidir. Qəzet 1983-cü ilin fevralın ayının 1-dən bu adla nəşr edilir. Əvvəlki illərdə müxtəlif adlarla nəşr olunub. Rayon qəzetinin qısa taruxi ilə buradan tanış ola bilərsiniz.
1935-ci ildən “Zərdab kolxozçusu”, 1937 illdən isə “Zərdab staxanovçusu” adlanan qəzetin arxivdə qorunub saxlanmış səfufələrindən seçilmiş xəbərləri sizə təqdim edirik.
1939-cu il № 1 (215): Zərdab orta məktəbinin müəllim və şagirdləri M.F.Axundovun anadan olmasının 125 illiyi münasibətilə “Hacı Qara” əsərini pulsuz tamaşaya qoymuşlar. Müəllimlərdən Yunis Rəhimov, Xaspolad Məcnunov, komsomol təşkilat katibi Abdullayeva, tələbə Seyidməmməd Cəfərov oynamışlar.
№ 3 (217): Əlvənd, Dəkkoba, Zərdab, Məlikli, Gəlmə, Gödəkqobu, Pərvanlı kəndlərində Leninin ölümünün 15 illiyi münasibəti ilə abidə qoyulmuşdur.
№ 6 (220): 26 yanvar 1939-cu ildə Xanməmmədli kənd sakinləri Ağacan Dünyamalıyev və Allahverdi Babayev 5 gündə əlli əmək günü qazanmışlar.
№ 23 (226): 23 fevral 1939-cu il partiya fəallarının yığıncağında Muradov qeyd etmişdir ki, Zərdab—Ucar şose yolu 3-cü beşillikdə dövlət hesabına çəkiləcəkdir. Zərdab yöndəmsiz evlərdən ibarətdir. Bir neçə kilometr şimalda planlı şəkildə yenidən tikilməsi təklif olunmuşdur.
№ 15(229): Gödəkqobu Maarif kolxozunun sədri Bədirnisə Əliyeva pambıq tədarükü planını 135 faiz yerinə yetirmişdir.
Rayonun məktəblərində 1392 qız, axşam savad məktəblərində 509 qadın oxuyur.
Rayonun mərkəzində 36 carpayılıq bir uşaq yaslası, kolxozlarda 7 yasla vardır. Rayonun mərkəzində 1 nümunəvi bağça, burada 60 nəfər fəhlə və kolxozçu uşağı var. Kolxozlarda 22 bağça var. Burada 290 kolxozçu balaları tərbiyə edilir.
Zərdab kənd sovetinin sədri Yetər Mikayılovadır.
№ 22 (237): Staxanovçulardan Həyat Abdullayeva, Siyatel Lətifova və ən yaxşı pedaqoq Zeynal Bünyadov partiya üzvlüyünə namizəd qəbul edilmişlər.
16 oktyabr 1944-cü il № 4 :
Azərbaycan SSR Zərdab rayon Partiya Komitetinin katibi Nəriman SÜLEYMANOV yoldaşa,
rayon İcraiyyə Komitetinin sədri Abdulla MƏMMƏDOV yoldaşa,
rayon İcraiyyə Komitetinin dövlət təminat və hərbi qulluqçu ailələrinə yardım üzrə müavini
Niyazi ABDULLAYEV yoldaşa
Cəbhəçi uşaqlarına kömək fonduna 8000 manat pul və 800 pud taxıl toplayan Zərdab rayon partiya, sovet və kənd fəallarına mənim qardaşlıq salamımı və Qızıl Ordunun təşəkkürünü yetirməyinizi xahiş edirəm!
İ. V. STALİN №...: 8 oktyabr 1948-ci il.
Zərdab rayonu Misir növü olan pambığın yığılıb təhvil verilməsində fərqləndiyinə görə Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan K(b)P MK-nın keçiçi Qırmızı bayrağını almışdır.
Pulsuz tamaşa, Zərdab staxanovçusu və Satlinin məktubu
Reviewed by Camil Asad
on
7.6.17
Rating: