Zərdabda nələr olub?
Zərdabın yaxın tarixini zardab.com.az-ın arxivində qorunub saxlanılan xəbərlər əsasında araşdırmaqda davam edirik. Təqdim etdiyimiz bu məlumatlarda kəndlərimiz, zərdablılar haqqında məlumatlar əks olunub.
Xatırlatmaq istərdik ki, əvvəlki yazılarımızda "Əkinçi" və digər mənbələrdən müxtəıif dövürlərə aid olan Zərdab xəbərlərini sizinlə bölüşmüşdük. Növbəti məlumatlar 2009-cu ilin iyun ayına aiddir.
/03.06.2009/ Zərdab gəncləri arasında intellektual oyun keçirildi
15-25 may 2009-cu il tarixlərində Zərdab rayonunda gənclər
arasında intellektual oyun keçirilib. "Gəncliyə Dəstək" İctimai
Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə ümumilikdə 16 komanda qatılıb.
Bu barədə www.zardab.com.az-a təşkilatın sədri Eldar Xəlilov məlumat verib.
Eldar Xəlilovun sözlərinə görə, 1 saylı orta məktəbin akt zalında keçirilən
intellektual oyunun final mərhələsinə 4 komanda vəsiqə qazanıb: "Onlardan
I yeri "786" komandası, II yeri "Titanik" komandası, III
yeri "Azərbaycan" komandası, VI yeri "Zet" komandası
tutublar.
Tədbirin sonunda "Gəncliyə Dəstək" İctimayi
Birliyinin sədiri Eldar Xəlilov və idarə heyətinin üzvü Zamiq Abdullayev qalib
komandalara diplomlar və qiymətli hədiyyələr veriblər.
/05.06.2009/ Məktəb-liseydə son zəng
/05.06.2009/ Məktəb-liseydə son zəng
Illlərlə müxtəlif ölkələrdə ayrı- ayrı formalarda qeyd olunan
son zəng tədbiri bu il də həmişə olduğu kimi respublika miqyasında çox təntənəli
şəkildə qeyd olundu. Bu tədbirin təntənəsi Zərdab rayondan da yan keçmədi.
Rayonun bütün məktəblərində son zəng tədbirinə çox yüksək səviyyədə hazırlıq
işləri görülmüşdü. 30 may 2009 cu ildə rayonun 28 orta məktəbində 625 nəfər məzun
son zəng tədbiri keçirildi. Zərdabi adına məktəb-liseyin tarix müəllimi Zamiq
Abdullayevin www.zardab .com.az-a verdiyi məlumatda son zəng tədbirlərinin bu təhsil
ocağında yüksək səviyyədə təşkil olunduğu qeyd olunub. Z.Abdullayevin sözlərinə
ğörə tədbir günü məktəbin qonağı olan Rayon Icra Hakimiyyətinin Başçısının
müavini A.Səfərov, şəhər İN H.Kərimov və RTŞ-nin numayəndəsi G.Novruzova öz
çıxışlarında tədbiri belə yüksək səviyyədə təşkil etdikləri üçün məktəb-liseyin
direktoru T.Ağayevə, məktəbin müəllimlərinə və məzunlara təşəkkür ediblər.
Tədbir ənənəvi olaraq “son zəng”in çalınması ilə başa çatıb.
/10.06.2009/ Yeni Azərbaycan: "Zərdab
rayonu yüksək templə inkişaf edir"
Bir neçə gün öncə (06.06.2009) "Yeni Azərbaycan" qəzetində
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008) çərçivəsində son 5
ildə Zərdab rayonunda görülmüş işlərə həsr edilmiş məqalə dərc olunub. Məqalədə
proqram çərçivəsində son illər Zərdabda görülən quruculuq, abadlıq işlərinə
toxunulub. "Yeni Azərbaycan" qəzetində dərc edilən həmin yazıda qeyd
olunur ki, Dövlət Proqramının icrası Zərdab rayonunun da həyatında mühüm yeniliklərlə
müşahidə edilib. Məqalədə Zərdabda pambıqçılıq və baramaçılığın, heyvandarlığın
və quşçuluğun, suvarma-drenaj şəbəkələrinin, aqrotexservis xidmətinin, təhsilin,
su təchizatı və kanalizasiya sisteminin, nəqliyyat infrastrukturunun, əhalinin
elektrik enerjisi və qazla təminatının, səhiyyənin inkişafından bəhs edilir. Məqalə
bu fikirlərlə yekunlaşır: "Zərdablılar hər zaman ölkəmizdə Prezident İlham
Əliyevin rəhbərliyi altında aparılan inkişaf prosesində fəal yer tutmağa
çalışır. Rayon sakinləri inanır ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi
altında daha böyük uğurlara imza atacaq".
/19.06.2009/ İrəvan Dövlət Teatrının
kollektivi Zərdabda "Xilaskar"ı səhnələşdirib
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının
kollektivi bugünlərdə 15 iyun Milli Qurtuluş Günü münasibətilə Zərdab rayonunda
qastrol səfərində olub. Qonaqlar və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli
liderin adını daşıyan Heydər Əliyev parkında olub, onun büstünü ziyarət edib,
önünə gül çələngləri qoyublar. Daha sonra onlar Zərdab Mədəniyyət Evinin səhnəsində
Aqşin Babayevin "Xilaskar" əsərini səhnələşdiriblər. Qeyd edək ki,
"Xilaskar" əsərində müəllif ötən əsrin 90-cı illərində
respublikamızda yaranmış ziddiyyətli hadisələri, ümummilli lider Heydər
Əliyevin siyasi fəaliyyətini və xilaskarlıq missiyasını göstərməyə çalışır. O
dövrün tarixi və Milli Məclisin stenoqramı əsasında hazırlanmış bu tamaşa ulu
öndərin anadan olmasının 86-cı ildönümünə həsr edilib. Tamaşanın quruluşçu
rejissoru əməkdar incəsənət xadimi "Qızıl Dərviş" mükafatı laureatı
Oruc Qurbanovdur. Ulu öndər Heydər Əliyevin bədii obrazını səhnədə çox
ustalıqla yaradan əməkdar mədəniyyət işçisi, İrəvan Teatrının direktoru İftixar
Piriyevdir. On illik fasilədən sonra yenidən səhnəyə qayıtmış İftixar Piriyevin
bu rolu ulu öndərin parlaq obrazının səhnəyə gətirilməsi istiqamətində atılmış
ilk yaradıcılıq nəailiyyəti sayıla bilər.
/22.06.2009/ "Kamaz"ın
altında qalaraq öldü
Geofiziki Elmi Tədqiqat İnstitutunun işçisi Xəlil Qurbanov Zərdab
rayon Dəkkəoba kənd sakini Faiq Hüseynova məxsus "Kamaz" markalı
maşının təkərləri altında qalaraq ölüb. www.zardab.com.az-ın xəbərinə görə, bu
barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Hadisə Zərdab rayonunun Dəkkəoba
kəndində baş verib. Daxili İşlər Nazirliyinin məlumatında Xəlil Qurbanovun
"Kamaz"ın altında gündən qorunmaq məqsədilə dincəldiyi qeyd olunur.
Bundan xəbərsiz olan sürücü maşını hərəkətə gətirib və Xəlil Qurbanov təkərlərin
altında qalaraq dünyasını dəyişib. Faktla əlaqədar araşdırma aparılır.
/22.06.2009/ Zərdabda
istedadlı gənclərlə görüş olub
İyunun 19-da Zərdab rayonunda Heydər Əliyev parkında orta məktəb
məzunları və istedadlı gənclərlə görüş keçirilib. www.zardab.com.az-ın məlumatına
görə, tədbir Zərdab rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev də iştirak edib. Tədbirdə
istedadlı gənclərə müxtəlif hədiyyələr verilib. Tədbirin sonunda istedadlı gənclərin
konserti olub.
/01.06.2009/ Dünyanı
uşaqlara verək
Respublikamızda 2009-cu ilin uşaq ili elan edilməsi uşaqlara
olan diqqət və qayğını daha da artırmışdır. "Uşaq ili" şərəfinə Zərdab
uşaq incəsənət məktəbində bir-birindən maraqlı tədbirlər keçirilir. İlk belə tədbir
bu ilin fevral ayında məktəbin şagirdlərinin hesabat konserti olmuşdur. Həmçinin
may ayının 15-də şəhər mədəniyyət evində şagirdlərin böyük konserti
keçirilmişdir. İyunun 1-də isə uşaq incəsənət məktəbi "Dünyanı uşaqlara
verək" adlı ədəbi-bədii məclis təşkil etməyi planlaşdırır.
Zərdabın yaxın tarixi xəbərlərdə: iyun, 2009-cu il
Reviewed by Camil Asad
on
2.9.18
Rating:
Hiç yorum yok: