Azərbaycanda ilk teatrın əsasını qoyan zərdablı
1872-ci ildə Şamaxı quberniyasının Zərdab bölgəsinin Əlvənd kəndində dünyaya göz açan Məhəmməd bəy Məlikov - Əlvəndi H.Zərdabinin qardaşı oğludur. (Səhv olaraq “Azərbaycan sovet ensiklopediyası”-nda doğulduğu yer Şamaxı göstərilmişdir). Uşaqlıqdan mütərəqi ziyalıların əhatəsində olan Məhəmməd bəy , Azərbaycan dilini mükəmməl bilməklə rusca da yaxşı danışır və yazırmış.
XIX əsrin sonlarına yaxın Məhəmməd bəy Bakıya gəlir və
o dövrün qabaqcıl, ziyalı insanları ilə ünsiyyət yaradır. Müstəntiq yanında
dilmanc işləyir, vəkillik də edir.
Azərbaycan xalq artisti Hacıağa Abbasovun
yazdıqları.
Məhəmməd bəy Əlvəndi ucaboylu, möhkəm bədənli, sağlam düşüncəli bir şəxs idi.. Sözün əsl mənasında səhnə dəlisi idi Onun bu “dəliliyi” ağıllı zəhmətindən qidalanan qüvvətli istedadından doğurdu...
M.Əlvəndi Midhəd bəy (H.Zərdabinin oğlu),
Rəhim bəy, İsgəndər bəy (Məlikovlar nəslinin
nümayəndələri) ilə bərabər müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq
etmişdir.
Məhəmməd bəy səhnə fəaliyyətinə 1890-cı
illərdə başlamış, tamaşalarda zəngin obrazlar yaratmışdır. Bu teatr fədaisi gah
inzibatçı, gah rejissor olmuş,
aktyorların geyim-kecimlərini hazırlamış, hətta qrimçini əvəz etmişdir.
Müsəlman dram teatrı cəmiyyətinə birinci üzv yazılan Hüseyin Ərəblinski, Əbülfət Vəli və Məhəmməd
bəy Əlvəndi olmuşlar.
H.Zərdabinin redaktorluğ
ilə çıxan “Kaspi” qəzetində 1908-ci il noyabrın 4-də Məhəmməd bəy bir dəstə
müsəlman ziyalısı ilə “Nicat” cəmiyyəti
nəzdində teatr qrupu təşkil emək təşəbbüsü ilə çıxış etmiş, imkanlı
müsəlmanları bu işə maddi və mənəvi kömək göstərməyə çağırmışdır. İki gün sonra- noyabrın 6-da Bakı şəhər teatrında
N.Qoqolun “Müfəttiş” əsərinin tamaşaya
qoymuş, M.Əlvəndi Osipi, H.Ərəblinski Dobçinski rolunu oynamışlar.
“Azərbaycan teatrının
salnaməsi” kitabında “Tərəqqi” qəzetinin
1909-cu il sentyabrın 16-da dərc
etdiyi bir məlumatda oxuyuruq:
“Nicat” cəmiyyətinin heyəti teatr seksiyasını ləğv edib, əvəzində sədr İ.Aşurbəyovun məsuliyyətli və sədrliyi ilə yeni mövsüm üçün dram truppası təşkil etmişdir. Truppaya Ərəblinski, Əlvəndi, Vəli Muradov, Rzayev və Sarabski daxildir”...
Məhəmməd bəy
Mehdi bəy Hacinski, sənət korifeyimiz Nəsibə Zeynalovanın atası Cahangir
Zeynalov və başqa səhnə nəhəngləri ilə birlikdə dəfələrlə səhnəyə cıxmışdır. O,
hətta ucqar rayon və kəndlərə gedərək tamaşalar göstərir, teatrı təbliğ edir,
savadsızlığın, nadanlığın, mövhümatın və cəhalətin hökm sürdüyü əyalətlərdə
mədəniyyət toxumu səpirdi. Məhəmməd bəy xalqa xidmət edirdi, irticanın düşməni
idi. Və nəhayət, irtica qüvvələri dövrün vicdanlı, namuslu sənətkarlarını
səhnədən qovdu, təqib etdi, məşəətlərə
saldı. Nəticədə o dövür teatrının 4 nəhəng siması Cahangi Zeynalov, Əbülfət
Vəli, Hüseyin Ərəblinski və Məhəmməd bəy Əlvəndi təqribən eyni vaxtda ayrı-ayrı
şəraitdə fəlakətə düçar oldular.
Müasirlər xatirələində yazırlar ki, Əlvəndi
Bakıda Qurbanov küçəsində çay fabrikinin yanında ikinci mərtəbədə yaşayıdı. O,
həyatda çox sadə və səmimi, səhnədə isə çox
“sərt”, “hiyləğər”, “paxıl” idi.
Məhəmməd bəy müxtəlif
vaxtlarda M.F.Axundovun “Hacı Qara”
komediyasında Heydər bəy, H.B.Vəzirovun
“Yağışdan çıxdıq, yağmura düşdk” və “Müsübəti Fəxrəddin” əsərlərində Əsrəf bəy
və Rüstəm bəy, N.Nərimanovun “Nadir şah”
faciəsində şah Təhmas,
Ə.Haqvediyevin “Ağaməhəmmədşah Qaçar” dramında Murtuzaqulu xan, Ş.Saminin
“Dəmirçi Gavə” əsərində Qəhtan, N.Qoqolun
“Müfəttiş”ində Osip, V.Şekspirin
“Otello” faciəsində Yaqo, J.Molyerin “Zorən təbib” komediyasında təbib və digə
tamaşalarda parlaq obrazlar yaratmışdır.
O dövrün teatr
rezeniyalarında yazırdı ki, Əlvəndinin yaratdığı obrazlar həyatiliyi, bədii
dolğunluğu ilə fərqlənir...
“Obozeniye teatrov” jurnalı
1910-cu ildə çıxan ikinci nömrəsində “Otello”
tamaşası haqqında dərc edilmiş rezensiyada Ərəblinki, Əlvəndi və Vəlinin
oyununa yüksək qiymət vermişdir.
“Kaspi” qəzetinin 4 dekabr 1910-cu il tarixli sayında
dəc edilmiş bir xəbərdə deyilir:
Başda Ərəblinski, Əlvəndi və Muradov olmaqla müsəlman artistlərinin oynadığı “Pulsuzluq” etüdü yaxşı keçdi.
“Yeni həqiqət” qəzetinin 6
mart 1911-ci il tarixli sayında “Kəblə Qubad” tamaşasında Mirzağa Əliyevin,
M.Əlvəndinin, S.Səlimbəyovun və Əli İslamov cənablarının öz rollarını gözəl
oynadıqları xəbər verildi.
Bütün varlığı ilə Azərbaycan teatrının tərəqisinə xidmət
edən M.Əlvəndinin ömrünün son illəri ehtiyac və üzüntü içində keçdi. “Baku”
qəzeti 31 mart 1911-ci il tarixli ayında yazırdı:
"Nicat" cəmiyyəti teatr işinə bir gəlir mənbəyi kimi baxır. Və bu səbəbdən opera tamaşalarına əhəmiyyət verib dram səhnəsini başına buraxıb. Nəticədə dram artistləri şəhər və kəndlərə dağılıb çörək qazanmaq xatirinə sənətkarlığı peşəçiliyə çevirməyə məcbur olurlar. Ərəblinski, Vəli, Əlvəndi kimi atistlər ehtiyac içində dolanmalı olurlar.
Məhəmməd bəy zəmanənin haqsızlıqından, “Nicat”
cəmiyyətinin aktyorları dəyərdən
salmasından, artistlik qabiliyyəti olmayanların teatrda meydan
sulamasından və bunun nəticəsi olaraq müsəlman teatrının bərbad hala
salınmasından incidi və ehtiyac içində yaşasa da sonda sənətdən üz döndərdi.
“Azərbaycan teatrının salnaməsi”
kitabında deyilir: “İqbal” qəzeti
1914-cü il 30 aprel sayındakı baş məqaləsində belə yazır:
... “Nicat” cəmiyyəti öz günahı üzündən artıq teatr işindən əl çəkməyə məcbur oldu... Vaxtı ilə çox parlaq olan səhnəmiz pəişan bir hala düşdü. Qabil və məharətli artistlərimiz özlərini kənara çəkdilər. Müqtədir aktyorlarımız qürbətə getdilər... Çünki dram oynamağa artıq qüvvə qalmadı. Camaat da artıq dramdan bir növ iyrəndi...
Millətini çox sevən,
qüvvətli səhnə obrazları ilə insanları ədalətə və birliyə çağıran Məhəmməd bəy
Əlvəndi həyatının son illərində küskün, incik bir ömür yaşadı. 1918-ci ilin
mart qırğınlarını gözləri ilə gördü və erməni vəhşiliyindən, bu soyqırımdan
sarsıldı, havalandı, ruhi xəstəliyə düçar olaraq ağlını itirdi və tənhalıq
icərsində, elə ruhi xəstə vəziyyətində
ürəkgöynədən bir şəraitdə vəfat etdi
Məhəmməd bəyin öz doğma
kəndinin adını təxəllüs kimi
götürməsinin bir səbəbi də o
illərdə Bakı teatrlarında Məlikov soyadlı bir neçə aktyorun - Mahmud bəy, Əhməd
bəy və başqa eyni familiyalı aktyorların soyadlarının tamaşaçıları çaşdırması
və bir də o dövürdə artistlərin təxəllüs götürməsinin dəbdə olması ilə izah
edilməlidir.
Məhəmməd bəy Əlvəndinin məzarı haradadır? Onun yaxınlarından, doğmalarından həyatda
kimsə alıbmı?
Bu suallara hələ cavab
tapılmayıb. Nə yaxşı ki, öz həmyerlilərini üəkdən sevən, arayıb-axtaran
istedadlı həmyerlimiz, Azərbaycanın əməkdar incəsənət xadimi Məbud İsmayıladə tədiqatçı alim
İnqilab Kərimovun “Elm” nəşriyyatında çapdan çıxmış “Məhəmməd bəy Əlvəndi”
əsərinin surətini müəllifin avtoqrafı
ilə əldə edərək Zərdab tarix diyarşünaslıq
muzeyinə hədiyyə etmişdir. Və həmin əsərdə müəllif öz əli ilə Məhəmməd bəy Məlikov
Əlvəndinin Zərdabın Əlvənd kəndində doğulduğunu yazıb təsdiq etmiş, əvvəıki
səhv məlumata görə üzr istəmişdir.
“Sərt”, “hiyləğər”, “paxıl” səhnə dəlisi
Reviewed by Camil Asad
on
5.11.16
Rating:

Hiç yorum yok: