Weather forecast for Zardab

Gələcək peşəniz: iqtisadi yönümlü ixtisaslar

Sizin peşə iqtisadiyyat

Maliyyə iqtisadi ixtisasları birləşdirən əsas amildir

Hazırda respublikamızın, o cümlədən Zərdab rayonunun orta təhsil müəssisələrində oxuyan şagirdlər məzun olmağa hazırlaşır. Bu zaman onlarda bəzi suallar yaranır, bunlardan biri də peşə seçimi ilə bağlıdır. Odur ki, iqtisad yönümlü bəzi peşələr barədə qısa məlumat verməyi qərara aldım.

Qeyd edim ki, bu peşələrə müxtəlif təhsil ocaqlarında yiyələnmək, Bakıda və regionlarda fəaliyyət göstərən kurslarda səriştələrinizi artıra bilərsiniz.  

Çox vaxt gənclər müəyyən peşə sahiblərinin gördükləri işləri dəqiq təsəvvür etmirlər, bu da  ixtisas seçimi zamanı onlara problemlər yaradır. İqtisadi ixtisas sahiblərinin fəaliyyət sahəsi o qədər genişdir ki, onların supermarketlərdə kassirdən tutmuş iri neft şirkətlərində baş mühasib yaxud İqtisadiyyat nazirliyində rəhbər vəzifələrdə çalışdığını əminliklə demək olar. Onlar Zərdab rayonunun müxtəlif sahələrində də  uyğun iş tapa bilərlər. İqtisadi ixtisasları birləşdirən əsas amil maliyyədir. Bu sahədə çalışan mütəxəssislərin işinin əsas məqsədi:

  • maliyyə - pul axınlarının idarə edilməsi;
  • maliyyə göstəricilərinin təhlili;
  • maliyyə və resurs bazarlarında əlverişli və çox da əlverişli olmayan vəziyyətlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasıdır.

İqtisadi peşələrin tərkibi müxtəlif və genişdir. Eyni zamanda cəmiyyətin inkişafı yeni peşələrin də yaranmasına səbəb olur, çünki iqtisadiyyat mahiyyət etibarilə cəmiyyətin əsasını təşkil edir. Dünya elə qurulub ki, əsas maliyyə münasibətləri olmadan mövcud ola bilməz. Məhz buna görə iqtisadi və ya pul əməliyyatları ilə bağlı peşələrə, başqa sözlə, maliyyə-iqtisadi münasibətlər sahəsində mütəxəssislərə istənilən cəmiyyətdə tələbat olacaqdır.

 Ən çox tələb olunan 6 peşə

Ən çox tələb olunan 6 iqtisadi peşənin siyahısı belə tərtib edə bilərik:

Auditlə bağlı peşələr. Auditor mühasibat sənədlərini yoxlayır, maliyyə fəaliyyətinin qiymət verir. O, həmçinin   sahibkara keyfiyyətli mühasibat təminatı üzrə də məsləhətlər verir.

Mühasibat uçotu. Təsərrüfat fəaliyyətində uçotun aparılması vacibdir, fərq etməz, istər kiçik şirkət olsun yaxud  istər ən böyük holdinq. Bunu həm də qanun da tələb edir. Bu peşənin sahibləri dövlət və özəl müəssislərdə maliyyə vəziyyətinə nəzarət edir, vergiləri hesablayır və vaxtında ödənməsini təmin edir,  müxtəlif dövlət orqanları üçün hesabatları hazırlayır,  rəhbərliklə maliyyə məsələləri üzrə daim təmasda olur. Respublikamızın regionlarında, o cümlədən Zərdabda da bu sahədə peşəkrlara ehtiyac var.

Marketinq mütəxəssisləri. Onlar müəssisə üçün daha çox gəlir gətirən mal yaxud xidmətlərin yaradılması, təşviqi və satışı ilə bağlı prosesləri həyata keçirirlər. Satış bazarının öyrənilməsi, bazara uyğun reklam fəlsəfəsinin hazırlanması ilə də bu peşə sahibləri məşğul olur.

Maliyyə meneceri. Maliyyə resurslarının formalaşması və bölüşdürülməsi bu peşə sahiblərinin əsas funksiyalarıdır. İlk öncə daxili ehtiyatlar səfərbər edilir, sonra isə cəlb edilmiş vəsaitlərin səmərəliliyi qiymətləndirilir.

İqtisadçılar. Bu peşə sahibləri pul vəsaitlərinin hərəkəti ilə əlaqəli məsələlərin nəzəri təhlili üzrə mütəxəssis hesab olunur. Onlar maliyyə planları hazırlayır, onalrın icrasına nəzarət edir.

Satış menecerləri. Təsərrüfat fəaliyyətinin effektivliyi satışların həcmindən asılıdır. Bu peşənin sahibləri mal və ya xidmətlərin satışını idarə edən mütəxəssisədirlər. Satış menecerləri ilə Zərdabın ticarət obyektlərində işləyənlər tez-tez rastlaşırlar.

Maliyyəçi – universal peşə sahibi

 Maliyyə ixtisasını bitirən şəxs mühasib, menecer, iqtisadçı kimi peşələrə də yiyələnə bilər. Əslində İqtisadçı və maliyyəçi bir-birindən ayrılmazdır. Müasir dünyada maliyyə və iqtisadiyyat bir növ siam əkizləridir və onları hər birindən ayırmaq mümkün deyil. Həyatımın bir hissəsi keçən sovet dövrünün bir deyimini uyğunlaşdırıb, deyə bilərik ki, “maliyyə” deyəndə iqtisadiyyat, “iqtisadiyyat” dedikdə isə maliyyə nəzərdə tutulur (orijinal belə idi: “Partiya” deyəndə xalq, “xalq” deyəndə partiya nəzərdə tutulur. Yaxşı maliyyəçi olmaq üçün:

  •        mühasibat uçotunu bilmək;
  •          rəqabət, reklam nəzəriyyələrini öyrənmək;
  •          kredit, sığorta, vergilər haqqında məlumatlara malik olmaq lazımdır.

Maliyyəçi bazarın, investisiyanın mahiyyətini anlamalıdır, çünki, bir qayda olaraq, iri  maliyyə resursları ilə “oynayır”, onların qoyuluşu və idarəçiliyini həyata keçirir. Yuxarıda qeyd edilən səriştələr təhsil ocaqlarında öyrədilir. Məhz bun görə də bu ixtisası bitirən şəxsləri geniş profilli hesab etmək olar. 

Yuxarıda ən çox tələb olunan peşələr sadalanıb. İqtisadi yönümlü peşələrin siyahısı genişdir, buraya  vergi müfəttişlərini, loqistləri, sığorta işçilərini, gömrük müfəttişlərini və digərlərini aid etmək olar. 

Peşə seçimi zamanı yazşadığınız regionun ehtiyaclarını da nəzərə almaq önəmlidir. Məsələn, Zərdabda gömrük müfəttişi kimi iş tapmaq mümkünsüzdür. 

Gələcək peşəniz: iqtisadi yönümlü ixtisaslar Gələcək peşəniz: iqtisadi yönümlü  ixtisaslar Reviewed by Zardob on 23.1.22 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.