Weather forecast for Zardab

Nurlan Yunusov: “Dirilər məzarlığı”

Nurlan Yunusov: “Dirilər məzarlığı”


Gənc yazar Nurlan Yunusovun, bildiyim qədər, bu günə kimi 4 kitabı nəşr olunub. Bu kitablardan biri “Dirilər məzarlığı”- dir. Kitab gənc həkim Ömərin faciəvi həyatından bəhs edir. 

Biz adətən oxuduğumuz kitabda müsbət yaxud mənfi qəhrəman axtarır, seçir, bu kriteriyaya görə qruplaşdırırıq. Ömər müsbət qəhrəmandır yoxsa mənfi? Düzünü deyim, bilmirəm.  O, sadcə insandar, bizlərdən biri. Belə insanlarla Zərdab rayonun kitabsevərləri də həyatda rastlaşıblar. O, çox oxuyib, çox çalışıb, həyatda nəyəsə nail olub. Amma məni çoxdan düşündürən sualı, bu kitabı oxuyarkən bir daha özümə veridm: “Həqiqətənmi , çoxlu oxumaq vacibdir?”  Məncə çox yox, necə oxumaq önəmlidir.

 “Sözün gücü böyükdür.  Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də” – yazır  Lev Tolstoy. Kitab müəllifin, o nə qədər dahi olsa belə, bir başqasının fikirləridir. Bu fikirlər həyat, yaşam üçün təlimat deyil, hadisələrin təsviri, müəllifin bu hadisələrə baxışlarıdır. Əgər biz kitabdakı fikirləri düşüncəmizin ələyindən keçirə bimiriksə, məncə, oxumağa dəyməz.  

Deyə bilərsiz ki, bütün bunların “Dirilər məzarləğı”-na nə dəxli? Kitabda həyatından bəhs edilən Ömər də çoxlu kitab oxuyib, amma bunlar ona xoşbəxtlik yox, bədbəxtlik gətirib. O, sadəcə çox oxuyub, başını kitabdan qaldırmadan, ətrafa, real həyata baxmadan, ona yer üzündə ayrılmış vaxtı qiymətləndirmədən , ömrü yaşamadan oxuyub. Son isə faciəvidir- real hadisələrlə rastlaşanda özünü itirir, çaş-baş qalır, həyatın zərbəsi dizini bükür. O, oxuduğu kitablardakı fikirləri, həqiqətləri özününki edə bilməyib, reallıqla uyğunlaşdırmağı bacarmayıb. Sonda isə, iradəsizlik, müalicədən imtina -bu isə, əslində, intihar kimi bir şeydir. İntihar insanın zəifliyi, onun olmayana əl uzatmasıdır. Ömrin taleyi göstərir ki, insan tarazlığı qorumağı bacarmalıdır – oxumaqda da, işləməkdə də, istirahətdə də. Ürək və beyin, sevgi və ağıl bir-birini inkar etməməli, əksinə, birləşib insanın yolunu işıqlandırmalıdırlar. 

Kitabda bəyəndiyim, müəllifin xüsusi şiriftlə fəqrqləndirib önə çıxartdığı fikirlərin ifadə formasıdır. Bu fikirlər qısadır, konkretdir, eyni zamanda tutumludur. Düzdur, bəziləri, mənim üçün mübahisəlidir (məsələn “kommunizm işığı” yaxud “eşqin həyatda bir dəfə olması” barədə), amma bu artıq zövq, düşüncə, hadisələrə baxış məsələsidir ki, hər kəsdə fərqli ola bilər. 

Kitabda, bəzən cümlələr ağır oxunur. Sanki cümlə, rus dilində yazılıb, redaktə olunmadan tərcumə olunub. Bu da fikirin axıcılığını, mətnin oxunaqlı olmasını pozur. Məncə, kitabın nəşri zamanı redaktor yazarla birgə işləməli, bu problemləri aradan qaldırmalı idi.

Çox ümid edirəm ki, bunlar gələcəkdə aradan qaldırılacaq. Müəllifə can sağlığı, yeni üğurlar arzulayıram.   


Nurlan Yunusov: “Dirilər məzarlığı” Nurlan Yunusov: “Dirilər məzarlığı” Reviewed by Zardob on 29.11.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.