Weather forecast for Zardab

"Yazısından yulğun kollarının ətri gələn" şair

Yazıçılar İttifaqının televiziya ilə üzvlyə dəvət etdiyi zərdablı

kərəm kurqıraxlı

  Kərəm Müslümov (Kürqıraxlı ləqəbini sonradan götürüb) Zərdabın Otmanoba kəndində anadan olub.20 əsrin 70-80-ci illərində Azərbaycan Dövlət radiosunun məşhur “Bulaq” verilişinin əvəzsiz ifaçısı Səməndər Rzayev onun şeirlərini xüsusi şövqlə oxuyarmış. Oxuduqca da deyərrmiş:
Biz tərəfin adamıdı, yazısından yulğun kollarının ətri gəlir.    
   Kərəm Kürqıraxlı Yazıçılar Birliyinə üzv olmağını belə xatırlayır: "Tanınmış şairlərimizdən Fikrət Sadıq bir gün televiziyada çıxışında dedi ki, belə bir şair var, sözü dillər əzbəridir, haralı olduğunu da bilmirəm, tanıyanlar desinlər ki, gəlsin Yazıçılar İttifaqına üzv olsun. Amma 5-6 ay o tərəflərə yolum düşmədi. Sonra Müzaffər Şükürün, Bəkir Nəbiyevin, Zəlimxan Yaqubun zəmanətləri ilə Yazıçılar Birliyinə üzv oldum ".
   Kitabları gec çap olunub. "Zəlimxan kimi nəhəng çox çalışdı o vaxt, mənim kitabımı çap etdirə bilmədi."-deyir şair. "İslam Sadıq çox çalışdı mənim kitabımın çapına. Bəhanə edirdilər ki, toxunaqlı yazır, tənqidi yazır. Amma sonra haqq öz yerini tapdı. Çox çətinliklərdən sonra kitabım çap olundu. Hətta İranda belə kitablarım işıq üzü gördü. Bu günə qədər 8 kitabım çap olunub, 8 kitabım da evdədir. İmkansızlıq ucbatından çap etdirə bilməmişəm."

 *******

 İki həmyerlimiz , Nicat İntiqamla Kərəm Kürqıraxlının söhbətindən. 

-Bu illər ərzində həyat sizə nə öyrətdi?
-Allah insana min il də ömür versə, dünya baş açılası şey deyil. Amma dünyada necə yaşamaqdan asılıdır hər şey. Hərəyə bir ömür verilir, heç kim bu dünyada iki ömür yaşamır. Gərək axirəti unutmayasan.
    “Dünyada əbədi qalacağın kimi işlə, dünyadan bir azdan köçəcəyin kimi ibadət elə”.
- deyir şair. Sonra isə davam edir: 
  - İnsanın iti itəndə səhərdən axşama kimi axtarır. Bəs insan özü-özünü niyə axtarmır? Özü-özünü niyə axtarmır ki, mən kim idim, haradan gəlib hara gedirəm və nə ilə gedirəm? Həzrət Əliyə (r.a) sual verirlər ki, ya Əli, dünyada ən çətin şey nədir? Bir də çətindən çətin şey nədir? Cavab verir ki, “dünyada ən çətin şey qəbirdə yatmaqdır. Çətindən çətin şey isə oraya əliboş getməkdir”.

******
  Azərbaycan xalqının hörmətli ziyalılarının, söz adamlarının şair Kərəm Kürqıraxlı haqqında dedikləri:
     İntiqam Mehdizadə /Ədalət- 2010- 28 avqust/ 
  "Kərəm Kürqıraxlını bu balaca, heyrətamiz dərəcədə unikal məmləkətimizdə, adları dillər əzbəri olmuş, düzüb-qoşduqları nəyə görəsə yüzlərlə, minlərlə yazarların yazılarından seçilən Məzahir Daşqın, Alqayıt, Bəhmən Vətənoğlu, Sücayət, Əli Qurbanov, Məmməd Aslan, elə Zəlimxan Yaqub kimi el şairləri səfinə aid etmək olar. O da adları sadalanan sənətkarlar misallı sözü təmiz deyir, bəzək-düzəksiz, kəsəsinə deyir. Bir də sərt, boz, nəştər kimi iti."

   Mərhum akademik Budaq Budaqov:
“Kərəm Kürqıraxlı ömrünü şeirə, sənətə həsr edib: söz sənətinin çətin, yoxuşlu zirvələrini birnəfəsə çıxmağı bacarır”. 

 Xalq şairi Məmməd Aslan: 
“Kərəm Kürqıraxlının şeiri birbaşa ürəyə xitab edir və necə deyərlər, ürəyə toxunur”.

  Şair haqqında ən yaxşı sözü onun şeirləri deyə bilər.


İNDİ 
Vaxtında hörmətlə öldü kişilər
Yoxsa gələrdilər amana indi
El dərdi çəkənlər möhtac olardı
Yetimdən beş manat umana indi.
 ****
Gördüyün yabılar daha nərdilər
Müqəddəs olanlar böhtan, şərdilər
Atlar arpa yeyib kişnəşərdilər
Yazıqlar həsrətdir samana indi.
****
Ocaqlar qaralıb, közmü qalıbdı?
Ədaləti görən gözmü qalıbdı?
Kişilərdə vəfa, sözmü qalıbdı?
Baxan yox ilqara, imana indi.
 ****
Düzlüyüm ömrümə şöhrətdi, şandı
Oğul var atanın haqqını dandı
Bəşərə verdiyi nuru yalandı
Günəş həsrət çəkir dumana indi.
****
Könül, düyün vaxtı nə boşal, nə dol
Yerə gül əkmişdin dönüb oldu kol
Yaşaya bilmirsən Kərəm, yaxşı yol
Bax belə dəyişib zəmanə indi.

 GƏLİM
 Deyirsən ta gəl barışaq,
Qoy göz yaşım töküm, gəlim.
Məcnun edib saldın çölə
Zülümünü çəkim, gəlim.
****
 Söykə dağa kürəyimi,
Aç zəncirdən biləyimi.
Parçalanmış ürəyimi
Əllərimlə söküm, gəlim.
****
İstəmirəm şöhrət, şanın
Mənə bəsdi quru, canın.
Bizi ayıran hicranın
Xirdəyinə çöküm. gəlim.
****
Düz qalmayıb çörəyimdə,
Kərəm, dağ var kürəyimdə.
Dərd cücərib ürəyimdə
Onu yerə əkim, gəlim.

 BULMƏZ
 Bir çörəyi Allah kəsə, bəndə çörək verə bilməz,
Xətir-hörmət etməyənlər, xətir-hörmət görə bilməz.
Nəcabətində olmayan dosta süfrə sərə bilməz,
Qara tikan kolun əkən ondan meyvə dərə bilməz,
 Xoşbəxtliyə çalışmayan, xoşbəxt ömür sürə bilməz.
****
Ömrün çətin yollarını keçirəsən daşdan gərək,
Bahara könül verəndə qorxmayasan qışdan gərək,
Vüqarın poladdan ola yoğrulasan daşdan gərək,
Sərt qayalar dırmananda qorxmayasan yaşdan gərək,
Fərhad tək eşqə düşməyən qayaları yara bilməz.
 ****
Gördüyünü danış, Kərəm, yoxsa sözün böhtan olar,
Böhtan deyən insanların göz yaşları leysan olar.
Nəsihəti eşidən kəs axır müdrik insan olar,
Atası fitnə olanın, balası da şeytan olar,
Əsli-kökü olmayanlar öz sözündə dura bilməz.
"Yazısından yulğun kollarının ətri gələn" şair   "Yazısından yulğun kollarının ətri gələn" şair Reviewed by Camil Asad on 1.1.16 Rating: 5
Blogger tarafından desteklenmektedir.