Zərdab futbolu
Zərdabın respublika səviyyəli futbol komandası olmayıb, amma futbol oynayanları olub. Burada futbolu seviblər, futbol oynayıblar
![]() |
Qaravəlli komandası 2013-cü il |
futbola azarkeşlik də edibləır (yadımdadır özümüz öz aramızda küçələr arası çempionat da keçirirdik). Zərdab.com-da gedən məlumata görə rekord.az apardığı araşdırmada maraqlı faktlar üzə çıxarıb. Məsələn, Zərdab da hər il rayon çempionatı keçirilir. Deilənə görə final matçlarını 3000-ə yaxın azakeşin izlədiyi vaxtlar da olub. Halbuki paytaxat komandaları çemionat oyunlarına bu qədər azarkeş topalaya bilmir.
Kəndəbil, Qaravəlli , Hüsyinxanlı kəndlərinin öz futbol tarixçələri var. Son zamnlar isə Məlikli kəndi də bu sıraya qoşuluba. Gəlmə kəndində keçirilən futbol yarışları hələ də hafizəmdə (C.Əsədov) yaşayır. Təhsil şöbəsinin əsas heyyətində, mənə dərs deyən müəllimlərlə çiyin-çiyinə futbol oynamağım hələ də yadımdadır.
Gün o gün olsun ki, Zərdabın da futbol komandası respublika səviyyəsində oynasın - bu yəqin ki, hamımızın arzusudur. Hələlik isə....
Hələlik isə 10.06.2017-ci il tarixdə Milli komandamızın Şimali İrlandiyaya qarşı oynunu izləyək və komandamıza uğular arzulayaraq.
![]() |
2017-ci ilin çempionları Məlikli kəndi |
![]() |
Məlikli kənd komandası 2016-cı il |
![]() |
Qaravəlli və Polis komandaları 2013-cü il final |
![]() |
2013-cu il rayon çempionatı |
İdman tariximiz
Reviewed by Camil Asad
on
9.6.17
Rating:
