Bizim saytın dəyərli qonaqları!
Aşağıda təqdim etdiyim sətrlər zardob.blogspot.com-un arxivindən istifadə etdiyi zardab.com.az saytı üçün bir neçə il öncə yazılıb. Artıq tarixə qovuşmuş zardab.com.az ilə virtual Zərdabın bünövrəsini qoyan Cəmil Əsədov və Yaşar Xəlilov həmin saytda “Bizim saytın dəyərli qonaqları!” deyərək öz oxucularına müraciət etmişdirlər.
Çox uzatmadan həmin müraciəti sizlərə təqdim edirəm:
Çox uzatmadan həmin müraciəti sizlərə təqdim edirəm:
Biz rayonumuzun İnternet adlanan virtual məkanda yerini müəyyənləşdirən saytların ünvanlarını, həmçinin rayonumuzla birbaşa əlaqəsi olmasa da, Sizlər üçün virtual məkanda maraqlı ola biləcək bəzi elektron ünvanları burada toplamışıq. Düzdür, rayonumuz və onun sakinləri haqqında İnternetdə informasiya yox səviyyəsindədir. Bizim bu layihə istisna olmaqla digər məlumatlar kiçik həcimlidir. Arzumuz odur virtual məkanda doğma Azərbaycanımızın bir guşəsi olan Zərdabımız haqqında məlumatlar həcimcə və keyfiyyətcə elə bir səviyyəyə çatsın ki, dünyanın istənilən nöqtəsinin sakininin istənilən anda dolğun məlumatlar əldə etmək imkanı olsun.
Həmin yazıda o dövürdə - 2007-ci ildə Zərdab haqqında məlumatlar getmiş saytları siyahısı sadalanırdı:
www.heydar-aliyev.az- Heydər Əliyev Azərbaycan xalqının -
Ümummilli lideri. Saytda Zardab rayonunda H.Əliyevin xatirəsinə ucaldilmiş
abidənin açılışından məlumat yerləşdirilib
www.azerbaijan.az - H.Əliyev fondu tərəfindən hazırlanmış
Azərbaycan Respublikası haqqinda müxtəlif məlumatları əks etdirən İnternet
portalı
www.president.az - www.president.az saytında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Zərdab rayonuna səfəri barədə
məlumatlar və foto albom
www.gateway.az - Dünya Bankı tərəfindən maliyyələşən “İnkişaf
Portalı” (Development Gateway) adlı proqramın saytında Zərdab inzibati-ərazi
vahidi haqqında qısa məlumat
zerrspiegel.uni-halle.de “Zerkala” (“Ayna”) məlumatlar
arxivində Zərdab və zərdablılar haqqında qeydlər (XIX əsrin sonu - XX əsrin
əvvəli)
www.3-cusektor.org- KAMİL VƏLİ NƏRİMANOĞLU Avropaya qapi
açanlar - Həsən Bəy Zərdabi adlı yazısı. Burada həmyerlimizin Avropa
mədəniyyətinə baxışları barədə mülahizələr öz əksini tapıb.
www.elbrusoid.org - Zərdabinin həyat yoldaşı Hanifa xanım
Abayeva-Məlikovanın tərcümeyi-halı
http://azeribooks.narod.ru- ВОСПОМИНАНИЯ О СЕЯТЕЛЕ - yazıçı
Anarın Həsən bəy Zərdabi haqqında düşüncələri
bizimasr.media-az.com- Səhifədə alman faşizmi ilə müharibədə
Sovet İttifaqı Qəhramanı adını almış Məlik Məhərrəmov haqqında məlumat əksini
tapıb
zerdab.aztelekom.org - Zərdab rayon Telekommunikasiya
qovşağının İnternet saytı (Yaşar Xəlilov
və Cəmil Əsədov tərəfindən hazırlanıb)”
Zərdabımız haqqında internet məkanda məlumatların demək olar ki, olmadığı bir vaxtda onlar ikilikdə bu layihəyə start vedilər - zərdab.com.az saytını təqdim etdilər.
Zərdab haqqında ilk sayt olan və Zərdabı virtual məkanda 3 il uğurla təmsil edən komanda saytı respublikanın ən yaxşı saytları sırasına yüksəldə bildi.
Zərdab haqqında ilk sayt olan və Zərdabı virtual məkanda 3 il uğurla təmsil edən komanda saytı respublikanın ən yaxşı saytları sırasına yüksəldə bildi.
Zardab.com.az-çılar həm də başqa bir ilkə imza atıblar – respublikamızdan kənarda yerləşən saytlarda Zərdabın adını yazmaq. 2009-cu ilin aprel ayında həmin saytda bu hadisə belə təsvir olunub:
Təxminən bir il əvvəl, saytımızın yeni dizyanını hazırlayarkən Zərdabda hava haqqında məlumatları əks etdirən infomarisaya yerləşdirmək istədik. Amma bu xidməti təklif edən saytlarda Zərdabın adını tapa bilmədik. Bu saytlardan ikisinə, www.nepogoda.ru və www.rp5.ru saytlarına məktub yazdıq. Şadıq ki, onlar buna diqqətlə yanaşdılar. Öz saytlarına Zərdab rayonunun adını əlavə etdilər. İndi istənulən şəxs www.nepogoda.ru/asia/azerbaijan/zardab/ və rp5.ru/informer120x60x1.php?id=9938 ünvanlarına müraciət etməklə Zərdabda hava məlumatlarını əks etdirən müxtəlif infomerləri seçə, Zərdab da gündəlik və 5 günlük hava proqnozları ilə tanış ola bilər.”Qeyd etmək istərdim ki, hava haqqında həmin infomerlərdən biri zarob.blogspot.com-un ana səhifəsində yerləşdirilib.
Mən də zardab.com.az-çıların işini davam etdirmək, Zərdab haqqında məlumatları başqa platformalarda və proqramlarda yerləşdirmək qəraına gəldim. Bunlardan biri “google maps” xəritələr proqramıdır. Təxminən 2013-ci ildən etibarən “google maps”-lə tanışlığım var. Hər zaman "google maps"-a daxil olanda Zərdab rayonuna baxırdım. Yolları, məkanları mənim üçün maraqlı idi və hətta evimizi kompüterdə işarələmişdim. Amma ki, Zərdabdakı məkanlar çox az idi və qeyri dəqiqliklər var idiı. Mərkəzi Xəstəxana və Kitabxanadan başqa heç bir yerin adı yox idi xəritədə. Olan yerlərin isə sadəcə adı vardı. Məkanlar haqqında əlavə məlumat yox idi.
Bu yaxınlarda “google maps”-da məlumatları redaktə etmək imkanı olduğunu öyrəndim və başladım redaktəyə.
İlk iş Google-yə email atmaq oldu. Googledən isə gələn cavab bu oldu ki, bəzi yerləri əlavə edib bəzi yerləri əlavə etmədilər. Hazırda əlavə olunanlar aşağıdakılardır :
İlk iş Google-yə email atmaq oldu. Googledən isə gələn cavab bu oldu ki, bəzi yerləri əlavə edib bəzi yerləri əlavə etmədilər. Hazırda əlavə olunanlar aşağıdakılardır :
Zərdab Rayon Icrahakimiyyəti - yer, iş qrafiki, şəkillər.
Azərsu ASC – Zərdab rayon şöbəsi– yer ,iş qrafiki
Zərdab Rayon Prokurorluğu – yer,iş qrafiki
Zərdab Rayon Təhsil Şöbəsi - yer, iş qrafiki.
Mərkəzi Kitabxana – Telefon nömrələri, iş qrafiki, sayt və şəkillər.
Zərdab Hotel - yer
Kapital Bank Zərdab Rayon filialı – yer və iş qrafiki.
1 saylı ortaməktəb - yer.
2 saylı ortaməktəb - yer.
3 saylı ortaməktəb - yer.
Bu istiqamətdə işlərimi davam etdirmək istəyitəm. Amma tək əldən də səs az çıxar. Sizləri də virtual Zərdabın inkişaf etdirilməsinə dəstək olmağa çağırıram.
T. XANLARLI -saytın admini , OKTYABR - 2016
T. XANLARLI -saytın admini , OKTYABR - 2016
Virtual Zərdab
Reviewed by Camil Asad
on
23.10.16
Rating:
Hiç yorum yok: