Weather forecast for Zardab

Rayon tarixində ilkə imza atan zərdablılar

Zərdabın ilk elektron resursu


zardabcomaz_netty2009

  
  2000-cı ilin əvvələrində İnternetdə rayonumuz haqqında bir – iki cümlədən başqa heç nə tapmaq mümkün deyildi.  Məhz bu səbəbdən mən - Cəmil Əsədov və Yaşar Xəlilov Zərdabdan xəbərləri, müxtəlif məlumatları özündə əks etdirən sayt hazırlamaq qərarına gəldik. 2006-cı ilin sonlarından bu işə başladıq və 2007-ci ildə isə ilk məlumatları sayta yerləşdirdik. 



zərdab sayt


  Layihə zərdablılar tərəfindən maraqla qarşılandı. Sonradan bu işə Nicat Məmmədov, Sevil Güıtən,  Elçin Eyvazov və Elyar Əhmədov da qoşuldu. 
  Nicat İsmayılovun (Nicat İntiqam) redaktor kimi sıralarımıza qoşulması bu elektron resursun bir xəbər saytına çevrilməsi ilə nəticələndi. Bu səhifədən bu haqda daha geniş nəlumat ala bilərsiniz.
   Aşağıdakı yazıda həmin saytın o vaxtlar qazandığı bir uğuru diqqətinizə çatdırmaq istəyirik. Yazı zardab.com.az-ın arxivindən götürülüb.  
        
zardabcomaznetty_2009
   

www.zardab.com.az - Zərdab haqqında ilk sayt ən yaxşı saytlar sırasında (2009-cu il may)

   Mayın 17-də Bakıda, Rəşid Behbudov adına mahnı teatrında NETTY 2009 Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafatvermə mərasimi keçirildi. Tədbirdə www.zardab.com.az rayonları təmsil edən yeganə sayt idi. 
  Tədbirin əsas təşkilatçıları sırasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi də var idi. Müsabiqədə 300-dən çox milli sayt iştirak edib, ancaq onların çoxu ilk iki mərhələni keçə bilməyiblər. www.zardab.com.az ilk mərhələləri uğurla başa vuran 42 sayt arasında idi. Yekunda sayt "Azərbaycan" nominasiyasında 3-cü oldu.
   Bu münasibətlə www.zardab.com.az-ın təsisçisi Cəmil Əsədov NETTY 2009-un təşkilatçıları tərəfindən diplomla təltif olunub. NETTY-nin akademikləri tərəfindən 16 nominasiya üzrə cari ildə ən yaxşı milli layihələri  seçilənlər isə bunlardır:


zardabcomaz_netty2009
1. Dövlət saytı: Mədəniyyət vq Turizm Nazirliyi http://www.mct.gov.az/
2. Korporativ sayt: İnternet provayder www.azqtel.az
3. Elm və təhsil: Quranın elektron versiyasi http://quran.az/
4. Mədəniyyət və incəsənət: Azərbaycan bəstəkarları http://bestekar.musigi-dunya.az/
5. İnformasiya və xəbərlər: www.anspress.com
6. Servis-sayt: Milli avtomobil portalı www.avtomobil.az
7. Əyləncə: http://www.fox.az/
8. İdman: Azərbaycan idmanı haqqında hər şey http://www.azerisport.com/
9. Azərbaycan: Azeri cuisine http://azerifood.com/
10. Şəxsi sayt: Orxan Aslanovun şəxsi saytı www.ophoto.az
11. Cəmiyyət: Milli Ailə Portali http://www.aile.az/
12. Ən yaxsi dizayn (xüsusi mükafat): Rusiyada Azərbaycanlilar http://azeri.ru/
13. Uşaqlar üçün ən yaxşı sayt (xüsusi mükafat): Məktəblilər üçün Prezidentin saytı http://mektebli.president.az/
14. Bakı haqqında ən yaxşı sayt (xüsusi mükafat): Bakının əyləncələri üzrə bələdçisi http://citylife.az/
15. İlin IT-hadisəsi – İnternet-ödəmə sistemi GoldenPay
16. “Informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” fəxri nominasiyada mükafatın sahibi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında əhalinin Dövlət Reyestri Xidmətinin şöbə rəisi, "IT MAGAZINE" jurnalının baş redaktoru Arif Məmmədzadə oldu.  

netty20019_zardabcomaz




Rayon tarixində ilkə imza atan zərdablılar Rayon tarixində ilkə imza atan zərdablılar Reviewed by Camil Asad on 1.1.16 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.