Weather forecast for Zardab

ZƏRDAB BREYN RİNQÇİLƏRİ

"BREYN RİNQ" yarışlarında ilk iştirak edən zərdablılar (fotolar)

 Zərdablılar ilk dəfə Breyn Rinq yarışlarında

 Artıq bir neçə ildir ki, Zərdab rayonunun komandası məktəblilər arasında Breyn Rinq intellektual teleoyunu üzrə Azərbaycan çempionatında iştirak edir. 
Breyn rinq (ing. brain "beyin") intellektual teleoyun - ilk dəfə 18 may 1990-cı ildə Russiyanın Mərkəzi televiziysında efirə gedib. 2013-cü ildən lisenziya əsasında Azərbaycan Televiziyasında azərbaycan dilində də çəkilişlər aparılır.   
     Məktəblilər arasında keçirilən “Bilik yarışı”nın rayon turunda fərqlənmiş oyunçulardan ibarət Zərdab komandası 2015 və 2016-cı illərdə zona turnirinin qalibi kimi Bakı şəhərində keçirilən Breyn Rinq yarışlarına dəvət alıb. 2015-ci ildə Zərdab komandası Breyn Ring yarışlarında ilk dəfə iştirak etsə də, bir- neçə komandanı məğlub edə bilmişdir.
   Həmin yarışda Zərdabı 1 saylı məktəbin müəllimi Rauf Rəhimovun hazırladığı Aişə Əhmədova, Tavus Xanlarlı, Həsən Həsənli, Elnurə Abdullayeva, Tural Süfanzadə, Leyla Rəhimlidən ibərət komanda təmsil edib. Onlardan ilk 4-ü artıq ali məktəb tələbələridir. Tural və Leyla isə hələki məktəblidirlər. Sizə zərdabda ilk Breynrinçilərin şəkillərini təqdim edir, onlara uğurlu gələcək arzulayırıq.

      zərdabın ilk breyn rinqçiləri
2015-ci il zona yarışının qalibləri

Zərdab ilk dəfə breyn rinqdə təmsil edənlər
Yarışdan öncə

Zərdab breyn rinqçiləri
                                           Çəkilişə hazırlıq anları
    Zərdab gəncləri breyn rinq yarışlarında

                                        Növbəti çıxışı gözləyərkən
    Breyn rinqdə Zərdab təmsilçiləri

                                              "Sualın cavabını bilən var?"

ZƏRDAB BREYN RİNQÇİLƏRİ ZƏRDAB BREYN RİNQÇİLƏRİ Reviewed by Camil Asad on 21.11.16 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.