Zərdabın qədim əraziləri
Müasir Zərdabın yerləşdiyi ərazilər haqqında xəritələr AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu elmi işçisi, dissertant Taleh Əliyevin Arxeologiya və Etnoqrafiya jurnalında çap olunmuş (Тarix və onun problemləri, № 1, 2014) araşdırmaları əsasında hazırlanıb.Zərdab rayonu tarix boyu yerli tayfaların məskunlaşdığı ərazilərdən olmuşdur. Arxeoloji və antropoloji materiallar deməyə əsasverir ki, tunc dövründə bu ərazidə Kür çayının sahili boyu torpaqlarla birlikdə Kür - Araz mədəniyyətinin daşıyıcıları məskunlaşmışlar (xəritə 1).
Hazırki Ucar rayonunun ərazisi ilə birlikdə müasir Zərdab e.ə.
IV əsrin sonlarında Şimali Azərbaycan ərazisində meydana gəlmiş Qafqaz Albaniyasının tərkibindəki Əcəri vilayətinə daxil olmuşdur.
Tədqiqatlar göstərir ki, Zərdab ərazisi Əcəri vilayətinin cənub hissəsini əhatə etmişdir.
Vilayətin tarixi adı isə müasir Ucar toponimində özünü qoruyub saxlamışdır. Zərdab ərazisi antik və erkən orta əsrlər dövrünü əhatə edən Alban-Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsidir (xəritə 2).
Ərəb Xilafətiz amanında Azərbaycan torpaqlarının tarixi sərhəddi şimalda Dərbənd keçidi,
cənubda isə Həmədan – Qəzvin ərazisi hesab olunur. Ərəb Xilafətinin zəifləməsi nəticəsində Kürdən Dərbəndə qədər olanərazilərdə Şirvanşahlar dövləti yaranmış və Zərdab ərazisi
XVI əsrin 30-cu illərinin sonuna kimi bu dövlətin tərkibində olmuşdur (xəritə 3).
Abdulla xan Ustaclı XVI əsrin ortalarında Şirvan bəylərbəyi olduğu zaman Zərdab ərazisindəki yaşayış məskənləri böyümüş və ərazinin mövqeyi artmışdır.
Şah Məhəmməd Xudabəndənin hakimiyyəti (1578-1587) dövründə Osmanlılar Şirvan ərazisini imperiyanın tərkibinə qatır.
Məhz Osmanlı mənbələri Şirvan ərazisi haqqında yazılarında Zərdabın adını qeyd edirlər.
Şah I Abbasın hakimiyyəti zamanı bu torpaqlar yenidən Səfəvilərin ərazisinə çevrilir (xəritə
4).
1736-1747-ci illərdə Zərdab ərazisi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibindəki Azərbaycan vilayətinin bir hissəsi olmuşdur. Nadir şahın öldürülməsindən sonra Zərdab ərazisi Şamaxı xanlığının tərkibində Qarasubasar mahalına daxil olmuşdur (xəritə 5).
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra bu ərazidə çar Rusiyası tərəfindən Göyçay qəzası təşkil edilmişdir
(xəritə 6).
1886-cı ilə aid
“Bakı quberniyasının etnoqrafik xəritəsi”ndə Zərdab ərazisində yaşayan əhalinin
bütünlüklə Azərbaycan tatarları olduğu göstərilir. XIX əsr rus tarix şünaslığında
Azərbaycan dilində danışan əhaili Azərbaycan tatarları adlandırılırdı. 1903-cü
ilə aid “Qafqaz Hərbi dairəsinin Hərbi - Topoqrafiksahəsi” adlı xəritədə Zərdab
ərazisi və bir sıra kəndlər qeyd olunmuşdur (xəritə 7).
Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Zərdabın ərazisi Göyçay qəzasının bir hissəsi olmuşdur
(xəritə 8 – 9).
Zərdabın tarixi xəritələrdə
Reviewed by Camil Asad
on
29.12.16
Rating:
