Zərdablılar gülürlər
Hər bir elin, hər bir obanın, qəsəbənin kəndin özünəməxsus baməzə, sözqoşan , hazırcavab müdrik insanları olmuşdur və bu gün də vardır. Zərdab da deyib gülənlərdən əskik olmamış, lətifələri ilə Şirvan torpağında seçilmişdir.
Burada zərdablıların güldürən və düşündürən lətifələrinin kiçik bir qismini sizə təqdim edirik.
Sənin sözünnən qoyun kravatda yatır?
Günlərin bir günü İsfəndyar yun satır. Yun almaq istəyən qadın İsfəndiyara deyir:
- İsfəndiyar, bu yun yaman pıtraqlıdır?
O isə cavabında:
- Sənin sözünnən qoyun kravatda yatır?
Papa idarədə oturar
Günlərin bir günü İsfəndyar yun satır. Yun almaq istəyən qadın İsfəndiyara deyir:
- İsfəndiyar, bu yun yaman pıtraqlıdır?
O isə cavabında:
- Sənin sözünnən qoyun kravatda yatır?
Papa idarədə oturar
İsaqbağlı (İsaqbağı - Zərdabda kənd) Şahmurad oğlu ilə meşədə ağac qırımış.
Bir birindən aralı düşürlə,oğlu qışqırır:
-Papa hay, papa hay, hardasan?
Şahmurad kişi qayıdır ki:
-Axmağın biri axmaq. Pap meşədə nə gəzir? Papa idarədə
oturar, altında stul, əlində telefon, qarşısında da katibə.
Ölməyə vətən yaxşı
Zərdablı İsfəndiyarın inəyi itir.
İnəyi çox
axtarır və nəhayət ki, Kür çayının o tayında, qonşu Ağcabədi rayonunun ərazisindən
tapıb gətirir. İnək iki gündən sonra ölür.
Bünu görən
İsfəndiyar üzünü arvadına tutub deyir:
- Ay Ruqiyyə, ona görə deyibler eey, gəzməyə qərib
ölkə, ölməyə vətən yaxşı.Özündən xəbərin olur?
İsfəndiyar balıq satır. Bir müştəri yaxınlaşıb soruşur.
- Ay İsfəndiyar, balıq təzədir?
- Hə.
- Bəs niyə tərpənmir?
- Yatıb.
- Bəs niyə iy gəlir?
Tövrünü pozmayan İsfəndiyar :
- Ə, yekə kişisən, sən yatanda özündən xəbərin olur?
Atam umer, anam can üstədir
Vaxtilə məktəblilərə jurnal üzrə məktub gəlirdi. Belə məktubun biri də İsaqbağlı bir şagirdə gəlir. İsaqbağlı oğlan cavab yazır. O biri 2-ci məktubunda yazır ki, atam prokurordur, anam həkimdir, bacım müəllimdir, qardaşım mühəndisdir.
Məktuba qulaq asan Bəkir kişi oğluna deyir:
-A bala, sən də yaz ki, atam umer, anam can üstədir.
Hansı kənddən idi?
Qaz balonu daşıyan maşının sürücüsü İsaqbağlı (İsaqbağı - Zərdabda kənd. Kənd haqqında məlumat burada) İsrafilə yolda bir arvad pul verib deyir:
-A İsrafil, başına dönüm, bizə bir qaz balonu verərsən?
-Baş üstə, ay bacı.
Arvad aralahıb xeyli gedəndən sonra İsrafil yanındakı yoldaşından soruşur:
-Ay Elman, bu arvad hansı kənddən idi?
Oturanlardan soruş
İsfəndiyar Bakıya gedirmiş, avtobusda yer olmadığınan ayaq üstdə durur. Avtobus Kürdəmirdə saxlayan vaxt, bir oğlan avtobusun qapısından boylanıb İsfəndiyardan soruşur:
- A dayı, bəlkə satdıq yumurtan ola?
- Yox, a bala, mən ayaq üstə gəlmişəm,oturanlardan soruş.
Örüş yerimi dəyiş
İsfəndiyar bir toya gedir.
Gətirib onun qarşısına bir boşqab göy-göyərti qoyurlar, ancaq xörək gətirən olmur. İsfəndiyar göyərtini yeyib gözləyir.
Bir azdan yenə onun qarşısına göyərti qoyurlar. İsfəndiyar onu da yeyir, yemək isə gəlmir ki,gəlmir.
İsfəndiyar xörəkpaylayanı çağırıb deyir:
-A bala,gəl, mənim örüş yerimi dəyiş.
Məgər dədəm dədnin sotuğuna keçir?
Bir İsaqbağlı həmkəndlisindən soruşur:
- Dədənin qəbrini niyə reşotkaya almırsan?
- Məgər dədəm dədənin sotuğuna keçir?
Güclə öyrətmuşəm
Köhnə maşını idarə edən bir İsaqbağlıya kolxoz sədri təklif edir:
- Gəl, sənə təzə maşın verək.
O isə cavabında deyir:
- Lazım deyil, köhnə maşını yolumuza güclə örgətmişəm.
Birinə çatmayanda, o birinə minərsən
Gözü mayıflayan bir bıçaqçılıdan ( Bəçaqçı-Zərdabda kənd) qonşusu soruşur:
- Gözün necedir?
- Vallah, çox zəifdir, bir maşını iki görürəm.
- Nə olar, ay qonşu birinə catmayanda, o birinə minərsən
Bircə dəfə də özün sula
Bıçaqçı camaatı əkdiyi taxılı su qıtlığından suvara bilmir. Bir nəfər deyir:
- Ay Abdulla, sən Allaha yaxın adamsan. Allaha yalvar, yağış yağsın.
- Vallah o kişiyə yalvarmağa üzüm gəlmir.
- Niyə?
- Adama deməz ki, on dəfə mən suvarmışam, bircə dəfə də özün sula.
Mən hələ öyrənirəm
İsfəndiyar bir neçə nəfərlə Kürdən balıq tuturmuş. Bir də görür ki, polis gəlir. Balıq ovlayanla üz qoyurlar qaçmağa . İfsəndiyar yerindən tərpənmir, çəpərənin torunu kəsib suya atır. Başıaşağı çəpərəni yelləməyə başlayır.
Polis İsfəndiyara yaxınlaşıb deyir:
- Burda balıq ovlayanları görmədin ki?
- Yox.
- Bəs, sən nə edirsən burda?
- Mən hələ öyrənirəm.
Müəllim görəndə utanır
Bir dəfə İsfəndiyarın motoskileti yolda xarab olur. Bir-iki təpik vurur ki, bəlkə işə düşə. Bunu görən Hümmət müəllim deyir:
- Nə olub ay, İsfəndiyar, ürəyi ağrıyır?
- Yox, müəllim görəndə utanır.
Uçmağa hazırlaşıram
İşdən evə dönən İsfəndiyarın qarşısına arvad yemək gətirir. İsfəndiyar boşqaba baxır, görür ki, çolpanın qanadından başqa ət yoxdur. Başa düşür ki, çolpanın yaxşı tikələrini yeyiblər, ona isə qanad qalıb.
- Çörəyini yeyib qurtarandan sonra deyir:
- Ay uşaqlar, pəncərəni açın uçmağa hazırlaşıram.
Hamısı namus üstə olub
Yenə İsfəndiyar balıq satırmış. Balıqların hamısını qarmaq yaralayıbmış. Alıcı İsfəndiyardan soruşur:
- Bu balıqlar niyə çapılıb?
- Hamısı namus üstə olub.
Pul ondadır
Elektirik enerjisinin fasilələrlə verilən günlərinin birində işıq pulu yığan gəlir və deyir:
- Ay İsfəndiyar, işıq pulunu ver.
İsfəndiyar zülmət otağı göstərib:
- Keçin içəri, arvadı tapsanız pul ondadır, - deyir.
İt pişik görəndə mırildayar da…
Səhər tezdən bazara gələn İsfəndiyar bazarın darvazasının açılmadığını görüb dodağının altında gileylənməyə başlayır:
Pişik Məhəmməd («Pişik» bazarın qapıçısı Məhəmmədin ayamasıdır) ona yaxınlaşıb deyir:
- Ay İsfəndiyar, nə mırıldayırsan?
- İt pişik görəndə mırıldayar da…
Get yazda gələrsən
İ sfəndiyar borclu olduğu zərdabdan Bülbül adlı bir nəfər qış günlərinin birində borcunun dalınca gəlir. Qapını döyür.
İsfəndiyar içəridən soruşur:
- Kimdi?
- Bülbüldü, aç qapını.
- Sarsaqlama, qışda da bülbül olar? , Get, yazda gələrsən
Day səni boşayası olmadım
Alıbəyli Arif bir gün arvadı ilə dalaşır. Onu möhkəmcə döyüb, qarşısına salıb deyir:
- Gəl, səni aparıram məhkəməyə boşamağa.
- Bir az getdikdən sonra Arif qarşısında gedən arvadına arxadan baxıb:
- Qayıt dala, az, canın yansın, daldan nə qəşəngmişsən. Day, səni boşayası olmadım.
Malnan get, malnan gəl də
Qoruqbağlı ( Qoruqbağı - Zərdabda kənd) Möhtəsim kişi həkimə gedir. Səhhətindən şikayət edir. Həkim onu müayinə etdkdən sonra Möhtəsim kişiyə deyir:
- Möhtəsim kişi, çoxlu göyərti ye.
- Ay doktur, elə göyərti yeyənəm.
- Çoxlu yemək lazımdır.
- Yəni nə qədər?
- Günorta, axşam.
- Ay doktur, elə de ki, malnan get örüşə, malnan gəl də.
Danışmağa imkan ver
Bir çoxdanışan qadın həkim qohumuna muraciət edir:
-Mənə bir məsləhət ver. Gecələr yata bilimirəm. Ərim yuxuda danışır.
Həkim:
-Xalacan, sən ona gündüzlər danışmağa imakan ver.
Hanı qəşəng qız
Bir kişi çox içir. Dəhşət içən olur. Arvadı deyir ki bir də içsən,sən evə gələndə qapını açmayacam. Kişi bir gün də bərk içir gəlir.Qapını döyür. Arvadı soruşur: Kimdir?
Kişi:- Mənəm.
Arvad: Sənə demişdim axı, bir də içsən açmayacam.
Kişi bilmir nə bəhanə ile evə girsin. Axirda : " Ay qəşəng qız, sənin üçün qəşəng gül almişam,aç qapını verim."
Arvadı sevinib qapını açır. Görür ki, kişinin əlində gül yoxdu. "Bes hanı gül?"
Kişi də deyir:"Bəs hanı qəşəng qız?"
Zərdabın baməzə insanları
Reviewed by Camil Asad
on
2.1.17
Rating:
Hiç yorum yok: