Weather forecast for Zardab

Zərdabın tarixi xəbərlərdə: may, 2009

Zərdab xəbərləri yerli saytda 

zərdab kəndləri haqqında xəbərləri 2009 may

  Rayonmuzun saytı olmiş zardab.com.az-ın arxivindən Zərdab, onun kəndləri, baş verən hadisələr barədə  seçdiyimiz xəbərləri paylaşmaqda davam edirik. Çünki "hər xəbər bir tarixidr". Qoy bunlar  Zərdabın tarixinə kiçik töhfəmiz olsun.

 Bu dəfə təqdim etdiyimiz seçimlər 2009-cu ilin may ayına aiddir. 

  /28.05.2009/ Respublika Günü Zərdabda da qeyd olundu
   Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi ilə əlaqədar olaraq dünyanın bir çox bölgələrində olduğu kimi Zərdab rayonunda da tədbir keçirildi. Heydər Əliyev parkında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bu günün tarixi əhəmiyyətindən bəhs edildi. Bildirildi ki, demokratik respublikanın cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, təmiz və şərəfli tarix yaşayıb. Tədbirdə o da qeyd olundu ki, Azərbaycan Xalq Cumhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika olub. 
 /23.05.2009/ 28 May Respublika Günü münasibətilə Zərdabda tədbirlər keçiriləcək 
  www.zardab.com.az-a Zərdab rayon İcra Hakimiyyətindən verilən məlumata görə, mayın 23-də Zərdabda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə ümumrayon yığıncağı keçiriləcək. Tədbir Heydər Əliyev parkında olacaq.
 Mayın 26-da isə rayonda 28 May Respublika günü münasibətilə nərd oyunu üzrə rayon çempionatı olacaq. İki gün davam edəcək çempionat Şəhər Mədəniyyət evində baş tutacaq. 
 May ayında sonuncu tədbir isə Zərdab rayonunda may ayının 28-də Respublika Günü münasibətilə təşkil ediləcək. Bayram münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin toplantısı və bayram konserti nəzərdə tutulur. Tədbir Heydər Əliyev parkında olacaq. 
  /18.05.2009/ Zərdab rayon İcra Hakimiyyətindən Aysel Teymurzadənin ailəsinə təbrik ünvanlanıb 
  Bu gün Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rəhbərlik etdiyi kollektiv adından "Avrovision 2009" mahnı müsabiqəsində III yerə çıxan həmyerlimiz Aysel Teymurzadəyə və onun ailəsinə təbrik məktubu ünvanlayıb.                                                     /15.05.2009/ Zərdabda "Uşaq ili" və Respublika Günü münasibətilə tədbirlər keçiriləcək 
   May ayında Zərdab rayonunda "Uşaq ili" və 28 May Respublika Günü münasibətilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Zərdab rayon İcra Hakimiyyətindən alınan məlumata görə, ilk belə tədbir Zərdab şəhər Mədəniyyət Evində təşkil ediləcək. Həmin mədəniyyət ocağında may ayının 15-də "Uşaq ili" elan edilməsi ilə bağlı "Gəlin, birlikdə gülək" adlı əyləncəli, musiqili görüş keçiriləcək. 
  "Uşaq ili" ilə əlaqədar həmçinin may ayının 15-də Gəlmə kənd orta məktəbində məktəblilər arasında futbol üzrə rayon birinciliyinə start veriləcək. 
  May ayının 17-də isə Zərdab Şahmat Məktəbində 28 May Respublika Günü münasibətilə 1993-1994-cü il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi başlayacaq. Yarışlar mayın 27-də başa çatacaq. 
    Zərdabda futbol həyacanı sona çatdı 
  Zərdab rayonunda 10 aprel-10 may tarixlərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi keçirilib. Zərdab Rayon Gənclər və İdman İdarəsinin və "Gəncliyə Dəstək" İctimayi Birliyinin birgə kecirdiyi birincilikdə 15 komanda 4 qrupda yarışıb. 
  www.zardab.com.az-a Zərdab Rayon Gənclər və İdman İdarəsindən  verilən məlumata görə, yarışların  4\1 mərhələsinə Gödəkqobu, Məlikli, Yarməmmədbağı, Kəndəbil, Xanməmmədli, Gəlmə kəndlərinin və rayon Polis İdarəsinin və İcra Hakimiyyətinin komandaları vəsiqə qazanıblar. 10 mayda kecirilən final görüşündə Yarməmmədbağı kənd komandası Məlikli kənd komandasına 3:2 hesabı ilə qalib gələrək birinciliyin qalibi olub. Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin və "Gəncliyə Dəstək" İctimayi Birliyinin diplom, kubok, qiymətli hədiyələri və pul mükafatı verilib. 
   Zərdab "Şahin"ləri respublika beşincisi oldular 
   Son illər Azərbaycanın digər bölgələrində olduğu kimi Zərdab rayonundada gənclərin hərbivətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir. Hər il Zərdabı təmsil edən komandaların hərbi-idman oyunlarının zona turunda qalib gələrək finala vəsiqə qazanmaları da bunun nəticəsidir. www.zardab.com.az-ın məlumatına görə, 9-10 may 2009-cu ildə Bakı şəhərində "Şahin" hərbi-idman oyunun final yarışları keçirilib. Yarışda rayonumuzu təmsil edən şəhər 1 saylı məktəbinin yetirmələri 18 şəhər və rayonun komandası arasında V yeri tutub. Bu münasibətlə onları təbrik edir, uğurlarının davamlı olmasını diləyirik. 
    8 yaşlı zərdablı qız Odessanı fəth edir 
  Ukraynanın Odessa şəhərində keçirilən "Napolnim serdsu muzıkoy" V beynəlxalq yubiley festivalının qalibləri arasında həmyerlimiz də var. Həmyerlilərimiz Yusif Əliyevin www.zardab.com.az-a verdiyi məlumata görə, yarışmaya "Zozulya" ve "Uçitel" mahnıları ilə qatılan 8 yaşlı Diana Vüqar qızı Ağayeva 1-ci dərəcəli diplom və hədiyyə ilə təltif olunub.
   www.zardab.com.az NETTY müsabiqənin növbəti mərhələsini uğurla başa vurub
   Azərbaycanın ən yaxşı veb-layihələrini üzə çıxaran və dəyərləndirən NETTY - 2009 Milli İnternet Mükafatının nominantları müəyyən edilib. www.zardab.com.az müsabiqənin bu mərhələsini uğurla başa vuranlar siyahısındadır. 
   Heydər Əliyev Ulu öndərin 86-cı ildönümü münasibətilə Zərdabda möhtəşəm tədbirlər keçiriləcək
        Azərbaycanın bir çox bölgələrində olduğu kimi Zərdab rayonundada 10 May - Ulu Öndər Heydər Əliyevin ad günü münasibətilə silsilə tədbirlər keçiriləcək. Bu barədə www.zardab.com.az-a Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Ümummilli Liderin anadan olmasının 86-cı ildönümü və siyasi hakimiyyətə gəlişinin 40 illiyi münasibətilə əvvəlcə Heydər Əliyev adına parkda rayon ictimaiyyətinin toplantısı keçiriləcək. Sözügedən tədbir çərçivəsində Heydər Əliyev İdeoloji Mərkəzinin açılışı da olacaq. Mayın 9-da həmçinin Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olacaq. Ulu Öndərin anadan olmasının 86 illiyi ərəfəsində həmçinin Zərdab rayon Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binası da istifadəyə veriləcək. 9 May - Qqlqbq günü vq 10 May - Heydqr Əliyevin ad günü münasibətilə Zərdabda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidə-büstünün təntənəli açılış mərasimi olacaq. 
    www.zardab.com.az-ın məlumatına görə, sözügedən tədbirlərə Bakı şəhərindən bir çox tanınmış qonaqlar da dəvət olunublar. Bunlar millət vəkili, professor Jalə xanım Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Rəhim Məmmədov, akademik Ziyad Səmədzadə, akademik Böyükkişi Ağayev, tibb elmləri doktoru, professor Çingiz Cərullazadə, Bakı Dövlət Universitetinin professorları İsmayıl Məmmədov, Məhərrəm Məmmədov, Əməkdar Mədəniyyət işçisi, Akademik Milli Dram Teatrının direktoru Maqbed Bünyadov, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Abdulla Qurbani, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Tahir Kərimov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində şöbə rəisi, kənd təsərrüfatı elmləri namizədi Eldəniz Həsənov, Bakı Sənaye Pedaqoji Texnikumunun direktor müavini Fərhad Xanməmmədov, Respublika Veteranlar Şurasının məsul işçisi Samid Mənsimov, Respublika Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü Əmirəli Əmirəliyev, Dövlət qulluğu veteranı Ələddin Həsənov, Məlik Məhərrəmovun qızı Leyla Bayramova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Vaqif Kərimov, Azərbaycan Akademik Milli Dram teatrının aktyorları Xalq artistləri İlham Əsgərov, Laləzar Mustafayeva, əməkdar artistlər Səidə Quliyeva və Azər Mirzəyevdir. 
   Yeni obyektlər istifadəyə verilmişdir
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində Zərdab rayonun Xanməmmədli kənd sakinləri əvəzsiz hədiyyə almışlar.
  7 mayda rayon ictimayyətinin iştirakı ilə açılışı olan 80 yerlik yeni ibtidai məktəb binasının istifadəyə verilməsi balaca sakinləri hər gün 5 kilometr məsafə qət edərək qonşu kəndə getmək əziyyətindən qurtarmışdır. 
  Həmin gün həmçinin rayon mərkəzini Qoşaoba və Təzəkənd kəndləri ilə birləşdirən 3 kilometrlik yeni təmir olunmuş asfalt yolun da açılışı olub. 
  Ümummilli liderin 86-cı ildönümü Zərdabda təntənəli şəkildə qeyd olunur
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü Azərbaycanın bir çox bölgələrində olduğu kimi Zərdab rayonundada təntənəli şəkildə qeyd olunur. Növbəti belə tədbir 06.05.2009 tarixində rayondakı Heydər Əliyev Muzeyində keçiriləcək. "Nura qovuşan ömür" adlı mərasimə rayon ziyalıları, ağsaqqalları, müvafiq qurumların nümayəndələri qatılacaq. Tədbirdə ümumilli liderin həyat və yaradıcılığı, genişmiqyaslı fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat veriləcək. Həmin tarixdə həmçinin bu münasibətlə Zərdab Şahmat Məktəbində 1994-1995-ci il təvəllüdlü yeniyetmələr arasında şahmat birinciliyinə də start veriəlcək. 
   Məktəblilərin V Dünya Çempionatı başa çatdı
        Yunanıstanın Soloniki şəhərində keçirilən məktəblilərin şahmat üzrə V Dünya Çempionatın başa çatıb. Son turlara qədər ikinci yerdə qərarlaşan İzzət Rəhimli yarışların sonluğunu ugursuz keçirib. Nəticədə həyerlimiz çempionatı 5.5 xalla 5-ci yerdə başa vurub. (04.05.2009) 
Zərdabın tarixi xəbərlərdə: may, 2009 Zərdabın tarixi xəbərlərdə: may, 2009 Reviewed by Camil Asad on 15.11.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.