Weather forecast for Zardab

Yorur günəşi, o yorulmur

İl -1945, məkan - Əlcəzair...

Cəmilə Buheyrat


  Kor olmuş ədalətlə pəncələşən xalq, on minlərlə insanın ölümüylə nəticələnən qətliam və bütün bunlara şahidlik edən 10 yaşlı qız uşağı. Adı Cəmilə Buheyrat (Djamila Bouhired). Onun hekayəsidir bu, 115 il əvvəl başlamış bir hekayə...
 Fransa 1830-cu ildə Əlcəzairi işğal edərək 132 il öz tabeliyində saxladı. 1954-cü ildən əlcəzairlilərin azadlıq mübarizəsi başladı. Şimli Afikanın ən böyük dövlətinin  istiqlalına   qədər  sürən  bu mübarizədə 1.5 milyon insan müstəmləkəçilər tərəfindən qətlə yetirilmişdir.
   Əlcəzairdə istiqlal savaşını başladan, könüllü əlcəzairlilərin yer aldığı  FLN adlı dirəniş təşkilatı idi.
  • FLN – Əlcəzairdə sosialist bir partiya, Milli Qurtuluş Cəbhəsi, ( fr- Front de libération nationale; ərəbcə - جبهة التحرير الوطني لجزائرية‎‎, Jabhat al-Tahrīr al-Waţanī‎‎)  Əlcəzairi Fransanın caynağından qurtarmaq  üçün 1 Noyabr 1954-cü ildə təşkilatlanıb.

   Fransız müstəmləkəsi onların əleyhinə çixan hər kəsi ağır işgəncərə məruz qoyurdu. Kişilər, qadinlar həbs olunur, sonrakı aqibətləri bilinmirdi. İşğal dövründə   ayaqlarına daş bağlanan 5 min məhbusun  dənizin sularına qərq edildiyi bildirilir. Qadınların cinsiyyət orqanlarına elektirik cərəyanı verilir, onlara təcavüz edilirdi.
  1957-ci il. Əsmər, orta boylu, yaralı, işgəncə görmüş bir qadın  fransız hakim qarşısında dayanıb. FLN üzvü olan bu qadın   fransız restoranına bomba yerləşdirməkdə ittiham olunur.

Hakim: "Sən bir fransızsan."
Cəmilə: "Xeyr, mən Əlcəzairliyəm."
Hakim: "Sən bir cinayət təşkilatı üzvüsən."
Cəmilə: "Mən dirəniş təşkilatı üzvüyəm."
Hakim: "Sən bir cinayət işləmisən."
Cəmilə: "Xeyr, sadəcə işğalçıya hədlərini bildirdim."

   Bəli, Cəmilə Buheyrat- həmən 10 yaşlı qız uşağı... Sadə əlcəzairli ailəsində doğulub, fransız məktəbinə gedib. Məktəbdə hər səhər oxunan "Anamız Fransa" andını "Anamız Əlcəzair" kimi oxuduğuna görə  cəzalandırılaraq məktəbdən qovulub.
   Həyatının gənclik illərində azadlıq mübarizəsinə qoşulan Cəmilə FLN-in tərkibində öz yerini alib. Kəşfiyyatda və başqa sahələrdə uğurlu fəaliyyət göstərərək, istiqlal savaşına öz töhvəsini verib.
  Yaralı halda yaxalanan Cəmilənin fransız əsgərləri tərəfindən şişlə bəkarəti alınmış və cihazlarla təcavüz edilmişdi. Bütün işgəncələrə baxmayaraq poladdan daha möhkəm olan bu qadını danışdırmaq mümkün olmadı. 
  Simon de Beauvoir bu haqda yazırdi:
 Bir qadın bədənini savaş cihazı halına gətirən ölkəmdən utanıram. Cəmiləyə şiş və cihazla təcavüz edən əsgərlər məni müdafiə etmiş ola bilməz.
 Əlcəzairdə qadın qəhrəman istəməyən fransız hakim Cəmiləylə görüşür və ona ağıl sağlamlığının yerində olmaması haqqında protokol verərək sərbəst buraxmağı təklif edir. Buna etiraz edən Buheyrata  ailəsiylə birgə 23 gün işgəncələr edilir. Cəmilənin azadlıq qayəsinin ardında "ömür boyu həbs yatmaqdansa, ölüm daha azad bir seçimdir" düşüncəsi dayanırdı.
  Məhkəmə günü... Cəmilənin cəzası açıqlanır - gilyotinlə edam. Hami göz yaşlarına boğulduğu anda salonda qəhqəhələr yüksəlir və tarixə həkk olunan bu cümlə :
 Bizi öldürməklə Əlcəzairin bağımsızlığını əngəlləyə bilməyəcəksiz!
     Cəmilə bu savaşda qalib gəlmişdi. O, qəhrəman olaraq adını tarixə yazdı, həm də, elə  yazdı ki,  sonradan Əlcəzairin kişiləşmiş tarixi onu unutdurmağa çalışsa da, haqqında filimlər çəkilən, kitablar yazilan Cəmilə tarixdən silinməyəcəkdi.
    Cəmiləyə verilən cəzanın ləğvi üçün dünya miqyasında  kompaniyalar başladıldı. 1958-ci ildə ictimaiyyətin etirazı nəticəsində edam cəzası ömürlük həbs cəzasıyla əvəzləndi. Əlcəzair  müstəqilliyə qovuşduqdan  sonra, 1962-ci ildə Cəmilə azad edildi.
     Əlcəzair istiqlala qovuşduqdan sonra ölkədəki Qadın  Birliyinin sədri olan Cəmilə Buheyratın fikirləri yeni yaranmış iqtidarın tələbləriylə səsləşmədiyi üçün o siyasətdən uzaqlaşır.
      Azadlığa çıxdıqdan sonra vəkili JakVerjes ilə evlənən Buheyratın bəzi mənbələrdə Parisdə, bəzilərində isə Əlcəzairin paytaxtında yaşadığı göstərilir.
   Mətbuatda yayılan ən son xəbərlərə görə Cəmilə Buheyratın Dünya Qadınlar günü münasibətilə  2014-cü ildə Qəzzəya gedərkən Misirdə saxlanan müxtəlif i ölkələrdən 80 nəfərlik heyyətdə olduğu bildirilir.

    "Adi Cəmilə Buhayrat
     Hücrə nömrəsi doxsan
     Vehran'da müharibə məhbuslarından
    İyirmi iki yaşında
   Tapinağın pişikləri kimi gözləri
   Və qara Ərəbi saçları.
   Yaz kimi,
   Hüzn çağlayanı kimi...

            Bir qiz uşağı görünür
                Yorur günəşi, o yorulmur... "

                                   (Nizar Kabbari)

Əsli Əlizadə, BDU, jurnalistika fakultəsi

Yorur günəşi, o yorulmur  Yorur günəşi, o yorulmur Reviewed by Zardob on 14.9.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.