Tarix zardab.com.az-dan: 2009-iyul
/24.07.2009/ Zərdabda taxıl biçinində rekord göstərici
Bu
mövsüm Zərdab rayonunda rekord həddə - 52 min 382 ton taxıl istehsal olunub.
www.zardab.com.az-ın əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 7 min 255 ton çoxdur. Zərdabda ayrı-ayrı sahələrdə məhsuldarlığın
35 sentnerdən yüksək olması və adambaşına 1 tondan artıq buğdanın düşməsi yüksək
nəticə hesab olunur. Bu nəticənin əldə olunmasında Zərdab rayon İcra Hakimiyyətinin
həyata keçirdiyi tədbirlərin və rayon suvarma idarəsinin sahələrin
suvarılmasında mexaniki üsulun tətbiqinin xüsusi əhəmiyyəti olub.
/22.07.2009/ Milli Mətbuat Günü Zərdabda
da qeyd olunacaq
Azərbaycanda Milli
Mətbuatın əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulub.
Düz 134 il əvvəl iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin
ilk nüsxəsi nəşr olunub. "Əkinçi" qəzetinin nəşrə başlaması ilə
Azəbaycanda milli mətbuatın əsası qoyulub. Fəaliyyət göstərdiyi iki il ərzində
qəzetin maarifçilik ideyalarının yayılmasında müstəsna xidmətləri olub. Milli
Mətbuat Günü münasibətilə ölkəmizdə bir sıra tədbirlər keçiriləcək. Belə
tədbirlərdən biri də Zərdabinin ana yurdu Zərdab rayonunda təşkil olunacaq.
Belə ki, Milli Mətbuat Günü münasibətilə rayonda ümummilli lider Heydər
Əliyevin və Həsən bəy Zərdabinin abidələri önünə gül-çiçək qoyulacaq və mətbuat
işçiləri ilə rayon rəhbərliyinin görüşü olacaq. Daha sonra tədbir iştirakçıları
Heydər Əliyev parkı, Qələbə meydanı, H. B. Zərdabi muzeyi və Rayon İcra
Hakimiyyətinin iclas zalında müxtəlif görüşlər keçirəcəklər.
/18.07.2009/ Kapital Bankın “Yay hədiyyəsi”
əmanət növü
Kapital
Bankın Zərdab filialından www.zardab.com.az-a verilən məlumatda bildirilir ki,
artıq 5 ildir bank yay kampaniyası çərçivəsində müştərilərinə “Yay hədiyyəsi”
depozitini təklif edir. Bu bank xidməti ötən illərdə ölduğu kimi bu mövsümdə də
müştərilər tərəfindən maraqla qarşılanan kompaniyalardan biri olmuşdur. Buna səbəb
yay depozitinin bir neçə cəlbedici şərtləridir. Belə ki, bu əmanət növü üzrə əmanətçi
faiz məbləğini əvvəlcədən (yəni hesab açıldığı gün) götürə bilər. Eyni zamanda əmanətçinin
arzusundan asılı olaraq faizlər aylıq və ya müddət bitdikdən sonra ödənilir.
Faizlər qabaqcadan verildikdə illik faiz dərəcəsi 13.5% hesablanır. Müştərinin
arzusu ilə hesablar aylıq və ya müddətin sonunda hesablandıqda illik faiz dərəcəsi
14%-lə hesablanır. “Yay hədiyyəsi” depoziti üzrə kredit xəttinin açılması da
mümkündür. Bu kredit məbləği əmanətçinin arzusu ilə (məbləğdən asılı olaraq)
ona nağd yolla və ya plastik kart vasitəsiə verilə bilər. Əmanətə qəbul olunan
minimal məbləğ 1000 manat/ABŞ dolları təşkil edir. Əmanət 12 ay müddətinə qəbul
olunur. “Yay hədiyyəsi” əmanət növü 25 may 2009-cu il tarixdən 30 sentyabr
2009-cu il tarixinə qədər bankın bütün filiallarında qəbul edilir.
/10.07.2009/ Zərdablı gənclər III
Respublika sərgisində iştirak ediblər
Gəncə
şəhərində gənclər təşkilatlarının III Respublika sərgisi keçirilib.
www.zardab.com.az-ın xəbərinə görə, sərgidə Zərdab, Bakı, Abşeron, Sumqayıt,
Mingəçevir, Gəncə, Şəmkir, Samux, Lənkəran, Şəki, Bərdə, Quba, İsmayıllı, Göyçay
və digər rayonlardan ümumilikdə 60 yaxın gənclər təşkilatı iştirak edib. Sərgidə
rayonumuzu Gəncliyə Dəstək İctimai Birliyi təmsil edib. Birliyin sədri Eldar Xəlilov
www.zardab.com.az-a açıqlamasında təşkilatların sərgidə öz fəaliyyətlərini və
uğurlu layihələrini kitablar, buklet və broşurlar şəklində nümayiş etdirdiklərini
deyib. Eldar Xəlilovun sözlərinə görə, təşkilatlar sərgidə həmçinin bir-biriləri
ilə tanışlıq yaradaraq əməkdaşlıq əlaqələri qurublar.
Sərginin açılışında
gənclər və idman nazirinin müavini İntiqam Babayev də iştirak edib. Nazir
müavini: "Sərginin Gəncədə keçirilməsində əsas məqsəd regionlarda yaşayan
gəncləri ictimai fəaliyyətə cəlb etmək, mövcud gənclər təşkilatlarının
fəaliyyətləri haqqında onları məlumatlandırmaq və onların regionlarda
fəaliyyətinin genişləndirilməsini stimullaşdırmaqdır",-deyə qeyd edib.
/04.07.2009/ Aysel Teymurzadə Zərdabda
konsert verəcək
Yaxın
vaxtlarda Azərbaycanı "Eurovision-2009" beynəlxalq mahnı müsabiqəsində
təmsil edən Aysel Teymurzadə Zərdab rayonu ictimaiyyəti qarşısında geniş
konsert proqramı ilə çıxış edəcək. Bu barədə SİA-ya Zərdab Rayon İcra Hakimiyyəti
başçısının müavini Allahverdi Səfərov məlumat verib. A. Səfərov qeyd edib ki,
ötən gün Aysel Teymurzadənin atası Məhəmməd Teymurzadəyə qızının Zərdab
rayonunda konsert verməsi barədə tərəfimizdən təklif olunub. "Biz gözləyirik
ki, Aysel Teymurzadə nə vaxtı öz doğma Zərdab rayonunda konsert verəcək. Ümüd
edirik ki, bu konsert yaxın vaxtlarda reallaşacaq", - deyə A.Səfərov əlavə
edib.
/03.07.2009/ Ekologiya naziri Zərdabda sutəmizləyici
qurğulara baxış keçirdi
Ekologiya
və naziri Hüseyn Bağırov Zərdab rayonunun Yarməmmədbağı və Məmmədqasımlı kəndlərində
"Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos"
texnologiyalı sutəmizləyici qurğulara baxış keçirib. www.zardab.com.az-ın xəbərinə
görə, bu barədə Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tədbirdə
Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov və rayon
ictimaiyyəti iştirak edib. İctimaiyyət qarşısında çıxış edən nazir Hüseyn
Bağırov quraşdırılan qurğuların fəaliyyəti nəticəsində Yarməmmədbağı kəndinin
1024 nəfər əhalisi gün ərzində 20 m3 sutəmizləmə gücünə malik 12 bulaq, Məmmədqasımlı
kəndinin 2000 nəfər əhalisi isə gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 12
bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklərini deyib. Nazir bildirib
ki, prezident İlham Əliyev tərəfindən 2006-cı ilin 28 sentyabr tarixində təsdiq
olunan "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006-2010-cu illər üzrə Kompleks Tədbirlər Planı"nın həyata keçirilməsi
və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır.
Nazir qeyd edib ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci
ildə 8 rayon, 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12
rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli,
Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici
qurğular quraşdırılıb: "Həmin qurğuların fəaliyyəti nəticəsində 224 min əhali
Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin
olunub".
Zərdab Rayon Uşaq İncəsənət
məktəbinin yeni binası
Zərdab
Rayon Uşaq İncəsənət məktəbi 1965 – ci ildən fəaliyyətə
başlamışdır. Həmin dövrdə 2 ixtisas üzrə
Fortepiano və Tar ixtisasları üzrə fəaliyyət
göstərmişdir. Hal-hazırda Zərdab Rayon Uşaq İncəsənət məktəbində
8 ixtisas üzrə dərslər tədris olunur ki, bunlar
fortepiano, tar, kamança , qarmon, nağara , xanəndəlik ,təsviri-incəsənət
və xoreoqrafiya ixtisaslarıdır.
1965 – ci
ildən 2009 – cu ilədək məktəb əsaslı
təmirə ehtiyacı olan binada fəaliyyət göstərirdi.
Sevindirici haldır k,i bu tədris ilində Zərdab Rayon
Uşaq İncəsənət məktəbi yəni müasir
standartlara cavab verən müasir tipli bina
ilə təmin ediləcək
Zərdabda nələr olub?
Reviewed by Zardob
on
13.9.18
Rating:

Hiç yorum yok: