Weather forecast for Zardab

Zərdab şəhidləri: Aqşin Sərdar oğlu Vahidov

 Çallının ilk şəhidi

   Bu yaxınlarda https://www.facebook.com/zardob.blogspot/ səhifəmizdə şəhidlərimiz haqqında video paylaşmışdıq. Bu paylaşıma müsbət rəylərlə yanaşı, müəyyən haqlı iradlar da oldu. Aşağıdakı skrinşotda bu iradlardan biri əks olunub.



    Biz də zardob.blogdpot.com vasitəsi ilə bu qeyri-dəqiqliyi aradan qaldırmağa çalışdıq.  Bu işdə bizə 1996-cı ildə “Təbriz” nəşriyyatında Solmaz İbrahimovanın tərtibatında çap olunmuş  “Qolunu boynuma dola… bacı!” kitabı yardımçı oldu.  

Ananın göz yaşları qurumuşdu    


Zərdab Çallı kəndi şəhid Aqşin
Bir soyuq, sazaqlı yanvar günüdə Çallı kəndində qəfil qara xəbər ildırım sürəti ilə yayıldı: “Qarabağdan şəhid gətiriblər!”. Kəndə gələn ilk şəhid hamını çaş-baş salmışdı. Camaat , uşaqdan böyüyə kimi Sərdargilin evinə sarı gedirdi. “Aqşin heyy”,-deyə çığırmaqdan Vəzifənin səsi batmışdı. Mən onda gördüm ki, ananın dəhşətdən göz yaşı quruya bilər. Oğlunun tabutu önündə ananın göz yaşı qurumuşdu. 
    Bu ağır dəqiqələrdə Aqşin bir anlıq gözlərimin önünə gəldi. O, boyca kiçik, bədəncə zəif, qarayanız, mehruban, son dərəcə sakit  təbiətli oğlan idi. Uşaqlarla çox vaxt bizə gəlirdi. Söz söruşanda sakitcə qımışardı. Cavbı çox qısa, konkret olardı. 
   Vahidov Aqşin Sərdar oğlu 1973 -cu ildə Zərdab rayonunun Callı kəndində anadan olmusdu.1990-ci ildə orta məktəbi bitirmisdi. 1991-ci ildə Bakı rabitə texnikomuna daxil olmusdu. Elə oradan da Aqşinı hərbi xidmətə aparmısdılar. Əlibayramlı səhərində bir qədər təlim kecdikdən sonra onları Ağdam cəbhəsinə göndərmişdilər. Ağdamda olarkən atası Sərdar 2 dəfə onun yanına gedib yoxlamısdı. 
     Axırıncı dəfə Aqşinin yanından qayıdarkən Sərdar bizə gəlmişdi. Mən ondan Aqşini xəbər aldım. Dedi ki, Aqşin yaxşıdır, ancaq ayrılanda özümə söz verdim ki, qanrılıb dala baxmayacağam. Aqşin özünü pis hiss edər. Bir qədər gəldikdən sonra dözə bilmədim, geri boylandım, gördüm Aqşin durduğu yerdən tərpənməyib.
   Sərdar bu sözləri gülə-gülə dedi. Ancaq mən o zaman Sərdarın gözlərində yaş gördüm. Hələ də o gülüş içindəki yaşı unuda bilmirəm.
   Ondan bir qədər sonra Aqşin Xramvord uğrunda gedən döyüşlərdə həlak oldu. 1993-cu ilin mutiş yanvarında ÇallIdan bir tələbə kimi oxumağa getmiş Aqşin döyuşçü şəhid kimi Ana torpağa qayıtdı.
    Aqşin! Yolunda canından kecdiyin vətən səni unutmayacaq,səni nəsildən nəsilə tanıdacaq!

Zərdab şəhidləri: Aqşin Sərdar oğlu Vahidov Zərdab şəhidləri: Aqşin Sərdar oğlu Vahidov Reviewed by Zardob on 4.3.19 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.