İslam İspaniyası - Əndəlus
Orta əsrlər -Əndəlus |
Müsəlmanlar İspaniyanı VII əsrdə fəth etdilər. İslam Ispaniyası (Əndəlus) Abbasilərin hökmranlığı zamanı bu ölkə Avropanı bir sıra elmi, texnoloji və fəlsəfi biliklərə birləşdirən bir körpüyə çevrildi.
Əndəlusün qədim şəhəri “Elm məskənı” adlanan gözəl Kardovanın nəhəng laboratoriyalı universitetləri, rəsədxanaları, zəngin kitabxanaları var idi.
- Əndəlusda ən tanınmış alimlərdən biri Abbas İbn Firnas idi. O, bütün səyini uçuşun mexanikasının tədqiqatına yönəltmişdi. O, taxta karkasdan və lələklərdən iki qanad düzəltdi və uçmağa cəhd etdi. Bu cəhdi ilə o, Leonardо da Vinçini təxminən altı əsr əvvəl qabaqlamışdı. Sоnrаlаr Abbas İbn Firnas günəş sisteminin modelini hazırladı.
- 1007-ci ildə vəfat etmiş Məsləmə əl-Məcriti Ptolomeyin “Almagesta” əsərinin ərəb tərcüməsi üzərində işləməklə yanaşı, riyaziyyata və atronomiyaya dair bir neçə kitab yazmışdır.
- Məşhur alim Xаrəzmi də astronomik cədvəllər tərtib etmişdir. Bu cədvəllər fars təqviminin Hicri təqvimi ilə analoqu idi.
- Qərbdə Arzakel kimi tanınan Zərqali nəzəri bilikləri texniki qabiliyyətlərlə birləşdirərək bütün alimləri üstələdi, düzgün astronomik alət olan su saatını düzəltdi və bu saatlar gecənin və gündüzün vaxtını, bir də ayların gününü göstərirdi. O, həmçinin məşhur Toled cədvəlinin yaranmasında böyük əmək sərf etdi, özünün “Cədvəl kitabı” –ı yazdı. Bu kitab yığcam idi, kitabdakı cədvəllər vasitəsi ilə kopt, roma, ay və fars aylarının başladığı günlər təyin etməyə imkan veriridi. Həmçinin planetlərin yerləşməsini göstərir, bunun əsasında günəşin və ayın tutulmasını demək olurdu. O, həm də coğrafi genişliyin və uzunluğun qiymətli cədvəlini tərtib etmişdi.
- Əndəlusun digər görkəmli alimi Bitruci hazırladığı ulduzların hərəkətinin yrni nəzəriyyəsini Aristotelin fikirləri ilə uyğunlaşdırmış və bu barədə Qərbdə məşhur olan «Forma» kitabında qeyd etmişdi. Bəzi ulduzlara müsəlman astronomlarının verdikləri adlar indi də kimi qalmışdır,- məsələn, “Tair” (uçan).
- Əndəlusda görkəmli həkimlər işləyirdi. Qərbdə Əbulqasım kimi tanınan, orta əsrin tanınmış cərrahı Əbu Qasım Zəhrəvi “Təsrif” kitabının müəllifi idi. Sonradan latın dilinə tərcümə edilən bu kitab оrta əsrlər boyu Аvropa universitetlərində əsas kitaba çevrilmişdir. Bu kitabda cərrah alətlərinin dəqiq və düzgün forması qеyd еdilmişdi. Kitabda amputasiya, göz və dişin cərrahiyyəsi, yaralar və sınıqlar haqqında məlumatlar var idi.
- Botanika alimi Ibn Baytar “Sadə dərmanlar və qida” kitabının müəllifidir. О, təbabət bitkilərinin adlarını əlifba sırasıyla yazmış və bu birkilərin çoxunun Ispaniyada Şimal Afrikasında bitdiyini demişdir, bütün həyatını onların yığılmasına həsr etmişdir.
- Dünya coğrafiyasının tədqiqində məşhur səyahətçisi Ibn Batduda lazımı qədər işlər görmüşdür. İslam Ispaniyasının mədəni orbitinə daxil olan Şimali Afrikada anadan olan Ibn Battuda 28 il boyu səyahət etmişdir. Sonradan Əndəlüsdə yaşayan bu səyyahın yazdığı kitab tarixçilər və coğrafiyaşünaslar üçün zəngin bilik mənbəyinə çevrildi.
- Dövrün məşhur coğrafiyaçısı Kordovadan olan İdrisi idi. Çoxlu səyahət edən bu səhyahətçi sonda Siciliyada məskunlaşır. Burada yazdığı və Normand Kralı II Rocerin adı ilə adlandırılan “Rocer Kitabı” sistemli dünya coğrafiyası haqda məlumat verirdi. Sonradan “Rocerin Kitabı”nın məlumatları əsasında hazırlanan gümüş planisfer-kart disk formasında döyülmüşdü və o zamanlar dünya möcüzələrindən sayılırdı.
Bütün bunlar Əndəlus alimlərinin dünya elminə verdiyi töhfələrin az hissəsidir. Həqiqətən də İslam İspaniyası Qərb elminin inkişafında rolu əvəzsizdir. Bu elimin bütün sahələrində - riyaziyyat, iqtisadiyyat, botanika, coğrafiya, tarix və fəlsəfədə hiss edilirdi.
Tanımalı olduğumuz 9 Əndəlus alimi
Reviewed by Zardob
on
9.3.19
Rating:
Hiç yorum yok: