Şeyx Məmməd Şirvani XVIII
əsrin sonlarında Zərdabda anadan olmuşdu. 1851-ci ildə vəfat etmiş, Türkiyənin
Dənizli ilinin Mərkəzəfəndi bölgəsinin İlbadə Məhəlləsinin İlbadə məzarlığında
dəfn edilib.
Türkiyənin Dənizli ilinin
Mərkəzəfəndi bölgəsinin İlbadə məhəlləsində, geniş bir yamac və təpə üzərində
salınan məzarlıq Dənizlinin ən qədim qəbiristanlığıdır və Səlcuqlular
zamanından bu günədək istifadə olunur. Ən əksi məzarlardan biri Dənizli fəth edilən
zaman şəhid olan Mehmet Qazinin məzarıdır. 1189–1192-ci illərdə üçüncü səlib
yürüşləri zamanı Dənizliyi qoruyan komutanlardan Fatma Xanım Yıldız da şəhid
olduqdan sonra İlbadə Məzarlığında dəfn edilmişdir. İnanç Bəyliyi dönəmində
yaşamış yeddi önəmli şəxsin dəfn edildiyi Yeddilər türbəsi, Dənizli tarixində
əhəmiyyətli şəxs hesab edilən Dərviş Ali Kahyanın türbəsi də bu məzarlıqdadır.
Bu məzarlığın ortasında Şeyx
Mehmed Şirvaninin türbəsi də var. Şeyx Mehmed Şirvani türbəsi kvadrat
şəkillidir. Türbənin üstü ağacla örtülmüşdür. Qapı və pəncərələr düzbucaqlı formadadır.
Qiblə istiqamətində divardakı mehrap olduqca diqqət çəkəndir. Türbənin içərisində
Şeyx Mehmed Şirvaniyə məxsus böyük bir sandıq və digər bir şəxsə məxsus kiçik
bir sandıq var.
Şeyx Mehmed (Məmməd) XVIII əsrin sonlarında
Şirvanın Zərdab kəndində anadan olmuşdur. Şeyx Şamilin silahdaşlarından biri
olan Məmməd, işğalçılara qarşı döyüşmüş, rus zülmündən qaçıb Osmanlı dövlətində
yaşamışdır. Verilən məlumata görə, zahiri və batini elmləri təhsil edərək
tələbələr yetişdirmiş, bir çox bölgələri gəzərək, insanlara islamın mahiyyətini
izah etmişdir.
Şeyx Mehmed (Məmməd) maraqlı,
ibrətamiz söhbətləri ilə yaddaşlarda qalmışdır. İbadət edənlərin, yaxşılıq
edənlərin özlərini günah işləyənlərdən üstün tutmalarını, onların günahlarından
daha fəna olduğunu söyləyər və tələbələrinə əfv etməyi bacarmağı, kin tutmamağı
öyrədərdi. Tələbələrinə anlatdığı əhvalatlarda da bu mövzudan bəhs edərmiş: “Ziyarətinə
gələn tələbəsindən hocası soruşur - “Bizə nə gətirdin övladım?” Tələbəsi cavab verir
ki, Sizdə olmayan şeyi gətirdim əfəndim. Hoca “Mərak etdim, nəymiş o?”
soruşunca, tələbə “Günahlarımı gətirdim əfəndim” cavabını verir. Biz də rəbbimizin hüzuruna günahlarımızı götürəcəyik. Allah bizlərə öz rəhməti ilə yanaşacaq,
cənnətə girmək də ancaq Allahın rəhməti ilə mümkündür.” Bir əhvalatında isə
söyləyib: “Allah bağışlayandır, biz də Onun qullarını bağışlayıb, kin tutmamalı,
din qardaşlarımızın eyib və qüsurlarını anlatmamalıyıq.”
Şeyx Məmməd tələbələrinə haramdan
uzaq olmağı, halal qazanmağı tövsiyyə edərdi: “Müsəlman dünyanı sevdiyi,
dünyaya düşkün olduğu üçün deyil, Allah çalışmayı əmr etdiyi üçün çalışıb
qazanır. Nəfsinin pis arzularına, zövqlərinə qovuşmaq üçün çalışıb para
qazanmaq və çalışarkən halalı haramdan ayırmamaq, başqalarının haqlarına
girmək, onlara olan borclarını ödəməmək, qanunlara qarşı çıxmaq, vergiləri
verməmək dünyaya düşkün olmağı göstərir. Dünyaya düşkün olmaq böyük günahdır.
Allah əmr etdiyi üçün çox çalışıb çox qazanmaq və Onun əmr etdiyi kimi çalışıb qazandığını
Onun əmr etdiyi yerlərə sərf etmək çox savabdır. Əhalinin və əyalının
ehtiyaclarını, borclarını ödəmək üçün çalışıb, halal qazanmaq, nafilə
ibadətləri ilə məşğul olmaqdan daha çox savabdır. Bütün ibadətlərin qəbul
olunması halal tikəyə bağlıdır. Böyüklərdən çoxu buyurmuşdu ki, ibadətlər on
qisimdir, doqquz qismi halal qazanmaq, bir qismi isə bildiyimiz bütün
ibadətlərdir. O halda mömünlər halal qazanmaya çalışmalıdır. Halaldan və
şübhələrdən qaçırmalıdır.”
Şeyx Məmməd ömrünün son illərini
Dənizlidə yaşamışdır. 1851-ci ildə vəfat etdikdən sonra İlbadə məzarlığında
dəfn olunmuşdur.
Hazırladı: Bəxtiyar Əsədli
Zərdabda anadan olan Şeyx Məmməd Türkiyədə dəfn olunub
Reviewed by Bəxtiyar
on
3.8.20
Rating:
Hiç yorum yok: