1920-ci ildə Zərdab rayonunun Əlvənd kəndində
anadan olmuşdur. 1942-ci ilin fevral ayından Ordu sıralarına çağırılmışdır. 1942-ci
ilin avqust ayında 151-ci atıcı diviziyanın 683-cü atıcı polkunun bölmə
komandiri olaraq cəbhəyə yollanmışdır. 1942-ci ilin avqust ayından 1943-cü ilin
mart ayına qədər Zaqafqaziya cəbhəsində, 1943-cü ilin oktyabr ayına kimi isə Cənub
cəbhəsində döyüşmüşdür.
20 oktyabr 1943-cü il tarixdə Ukraynanın Zaporojye vilayətinin Moloçnaya çayı yanında döyüşlər zamanı Nizam Mirzəyevin kəşfiyyat dəstəsi Boqdanovka kəndi yaxınlığında mövqe tutaraq, düşmənin bir ştab zabitini və səkkiz əsgərini əsir götürmüşdülər. Mirzəyev düşmən zabiti tərəfindən yaralanmış və hospitala göndərilmişdir.
Müalicə olunduqdan sonra, 1944-cü ilin
yanvar avqust aylarında 1-ci Ukrayna cəbhəsində vuruşmuş, may ayında ikinci dəfə
yaralanmışdır. 1944-cü ilin avqust noyabr aylarında Ukraynada, 1944-cü ilin
noyabr ayından 1945-ci ilin yanvar ayına kimi 2-ci Ukrayna cəbhəsində, daha
sonra isə 3-cü Ukrayna cəbhəsində döyüşmüşdür. Burada üçüncü dəfə yaralanmışdır.
1944-cü ilin qışında xidmət etdiyi 151-ci atıcı
diviziya Ukraynanın Vinnitsa vilayətinin Çaqov və Vladimirovka kəndləri yaxınlığında
mövqe tutmuşdur. Kiçik leytenant Mirzəyev şəxsən özü 3 dəfə “dil” arxasınca kəşfiyyata
yollandı. 15 fevral 1944-cü il tarixdə düşmənin güclü pulemyot atəşi altında
alman zabitini öldürərək sənədlərini ələ keçirdi.
1944-cü il 17 fevral gecəsində Mirzəyev, baş
serjant Malışev, serjant Ledovskoy və döyüşçü Zverev düşmənin güclü pulemyot atəşi
altında alman unter zabitini əsir götürərək polk ştabına çatdırdılar. Alman
zabitindən düşmənin müdafiə sistemi haqqında çox dəyərli məlumatlar əldə edilmişdir.
20 fevral 1944-cü ildə 1 saylı əmr ilə Nizam Mirzəyev “Qırmızı Ulduz” ordeni ilə
təltif edilmiş və ona leytenant rütbəsi verilmişdir.
05 aprel 1945-ci il tarixdə Avstriya Macarıstan sərhədində, Fyurstenfeld şəhərinin
şimal şərqində yerləşən Badersdorf kəndi uğrunda gedən döyüşlər zamanı, düşmən
böyük qüvvə ilə 683-cü polkun ştabı yerləşən,
Badersdorf kəndinin şimal şərqindəki Voppendorf kəndinə hücum etdi.
Leytenant Mirzəyev düşmənin güclü artilleriya, minamyot və pulemyot atəşlərinə
baxmayaraq, bölməsini hücuma qaldırdı və düşməni geri çəkilməyə məcbur etdilər.
Nizam Mirzəyevin Badersdorf kəndi kənarında mövqe tutan bölməsi gün ərzində
düşmənin əsas polkunun üç əks hücumunu dəf etdi. 10 aprel 1945-ci ildə, 23
saylı əmr ilə leytenant Mirzəyev “2-ci dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif
edildi.
Leytenant Mirzəyev Qələbəni Praqada
qarşıladı. 1985-ci ildə, Qələbənin 45 illik yubileyi ərəfəsində “1-ci dərəcəli Vətən
müharibəsi” ordeni ilə təltif edilmişdir.
Hazırladı: Bəxtiyar Əsədli

Hiç yorum yok: