Weather forecast for Zardab

Zərdaba gedirəm: 1 hədəf, 5 marşurut

   Yollar Zərdaba aparır: Bakı - Ucar marşurutu 

    Bilmirəm, Sevil xanımın “Payızı görməyə gəlmişdim...” essesini oxumusunuz ya yox. Oxumayanlar buradan oxuya bilər.  "Sarı saçlı qızı"-a isə adminimiz T. Xanlarlının təqdimatında da baxa bilərsiz. Nəyə görə payızla başladıq Zərdaba virtal səfərə? Zərdab payızda daha görməli, daha gəzməli və ən əsası sərin olur. 
Əgər sizdə  payızla görüşmək həvəsi oyansa, oturun maşına, gəlin Zərdaba-payızı görmək üçün. 
     Azərbaycanın müxtəlif nöqtələrindən Zərdaba, onun kəndlərinə qonaq gəlmək istəyənlər avtomobil nəqliyyatından istifadə edə bilər. Rayonumuza bir-neçə istiqamətdən gələ bilərsiniz-bu sizin harada yerləşmənizdən aslıdır.   
  • Bakı - Ucar yolu
  • Bakı –Mollakənd (Kürdəmir-İmişli) yolu
  • Gəncə - Yevlax - Ucar marşurutu
  • Yevlax (Bərdə ) - Agcabədi rayonlarından keçməklə
  • Ağdaş – Pirəzə və Bıçaqçı kənlədinin ərazisindən keçmən yolla

Azərbaycanın rayonları Zərdab Ucar Kürdəmir Ağsu
  Bakıdan Ucar rayonundan keçərək Zərdaba getmək üçün ilk olaraq seçim etməlisiniz: Ucaradək hansı yolla getməli - xalq arasında Şamaxı yolu adlanan yolla, yaxud  ölkənin əsas magistral yollarından biri olan  Bakı – Qazax yolu vasitəsi ilə.
Şamaxı yolu öz fusukar təbiəti ilə, Bakı –Qazax yolu isə rahatlığı ilə seçilir. Sizə bir məsələhət: qış aylarında Şamaxı yolu, xüsusilə də Agsu aşrımları çox təhlükəli olur. 
   Ucara gedən yol  sizin seçiminizdən aslı olaraq Azərbaycanın Şamaxı, Agsu  yaxud Hacıqabul, Kürdəmir rayonlarından keçir.  
  Şamaxının adı ilk dəfə yunan coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya" kimi çəkilib. Uzun illər ərəb xilafəti tabeçiliyində bir ərazi olan Şamaxıda, xilafət zəifləkdikdən sonra feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. 
   XVIII əsrin ortalarında xanlığa çevrilmiş Şamaxı, XIX əsrin əvvəllərində Rusiyanın tərkibinə daxil olmuşdur. Bundan sonra Şamaxı qəza və quberniya mərkəzinə çevrilmişdir.
    Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri 1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri olmuşdur. Bu hadisə tarixi ədəbiyyatda Mart soyqırımı ilə birgə hallanır (Şamaxı soyqırımı).   Şamaxı 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra on il yenə də quberniya mərkəzi olmuş,  XX əsrin 30-cu illərindən sonra  rayon statusu almışdır.
    Zərdab və onun kəndlərində müxtəlif vaxtlarda Şamaxıdan köçüb gəlmiş çoxsaylı insanlar məskunlaşıb. 
   Ağsu yaşayış məntəqəsi kimi XV əsrdən məlumdur. Ərazidə "Xaraba Şəhər" adlanan orta əsr Şəhəri Ağsu və ya Yeni Şamaxının qalıqları var. Adını ərazidəki eyni-adlı çaydan almışdır. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. 
   XIX əsrin əvvəllərinə aid mənbələrdə adı çox hallanan Ağsu əsrin sonlarında az xatırlanır. Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu almışdır.
     Bir vaxtlar Zərdabda Ağsu rayonunda fəaliyyət göstərən,  Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri olab Az-Granata MMC-nin firma mağazası fəaliyyət göstərir.
    XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. 
  XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazı Məmmədin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verilib. Azərbaycan müstəqilliyini qazandıqdan sonra şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək  əvvəlki adı qaytarılıb.
    Hacıqabul Zərdab səfərinizdə yolunuzun üstündəki ən böyük yaşyaış məntəqələrindən biridir. 
  Kürdəmir Aran iqtisadi rayonuna daxildir. Rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. 
   Kürdəmir və Zərdab kəndlərinin bəzilərinin ərazisi XVII əsrdə Xançobanı mahalına daxil idilər.
  Ucar rayonu ... Bu barədə növbəti yazılarımızda. 
Zərdaba gedirəm: 1 hədəf, 5 marşurut Zərdaba gedirəm: 1 hədəf, 5 marşurut Reviewed by Camil Asad on 23.11.16 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.