Weather forecast for Zardab

Metro stansiyasını sovetlərdən gizli maliyyələşdirən zərdablı

Zərdaba gedirəm: Mollakənd yolu, Qaravəlli kəndi  

Zərdab rayonu Qaravəlli kəndinin məktəbi
Qaravəlli məktəbi
  Zərdabın Kürqırağı kəndlərinə qısa səyahətdən sonra (bax: Zərdabın Kürqarağı kəndləri) rayonumuza doğru istiqamətlənmiş yolumuzda növbəti kənd Qərəvəllidir.

  Nazim Tapdıqoğlu (Vəlişov) özünün “Zərdab enisklopediyası”nda Qaravəlli kəndinin hal-hazırda Ağcabədi, Zərdab, Ağsu, Balakən, İmişli və Şamaxı rayonları ərazisində yaşayan eyni adlı türk tayfası tərəfindən məskunlaşdırıldığını bildirir.
 20-ci əsrin əvvəlinədək onların Şirvanda Qaravəlli Alməmməd (Xanlıq), Qaravəlli Ağaməmməd, Qaravəlli Tapdıq, Qaravəlli Qambaybəy, Muğanda Qaravəlli, Mil düzündə (Arazın sol sahili) Qaravılli, Qaravəlli -1 (Minəxorlu) kəndləri olmuşdur. Bu kəndlərin ən kiçiyi 12, ən böyüyü isə 44 evdən ibarət idi.
   Kürün sağ sahilində, indiki Neftçala ərazisində də Qaravəlli kəndi olub. 20-ci əsrin 40-cı illərində həmin kəndi sakinləri köçərək, ətrafdakı digər yaşayış məntəqələrinə toplaşmışlar.
  Abbasqulu ağa Bakıxanovun məlumatlarından aydın olur ki, Qaravəlli və Müskürlü əhalisinin Zərdab ərazisinə köçməmişdən əvvəl yaşadıqları ərazi Şirvanşahlar dövlətinin tərkibinə daxil idi.
  Əvvələr yarımköçəri hayvandar olan qaravəllilır Kür çayı vadisnə, indiki Zərdab ərazisinə (Qarasubasar mahalına), Ağsu rayonu ərazisindən (Xançobanı mahalından) 19-cu əsrdə köçüb gəlmişlər. Ağsüdakı Qaravəlli kəndinin keçmiş adı Qaravəlli Qalabəy olub. Zərdab rayonu ərazisində Qaravəlli kəndi,   Nəcəfalılı kəndinin  kəndinin qonşuluğunda  Zərdab-Ucar şosse yolundan Bəyimli qəsəbəsinə dönən yolun sol hissəsində Qarabelli yurdu  olmuşdur.  Sovet hökumətinin güclü kollektiv təsərrüfat (kolxoz) yaratmaq ideyasının qurbanı olan bu yaşayış yeri indiki Qoşaoba ərazisinə köçürülmüş, “Kommunist” kolxozunun tərkibinə daxil edilən  Nəcəfalılı kəndinin aqibətini yaşamışdır (Eldəniz Həsənov, zerdab.com saytı, 10.05.2013).
   Zərdab rayonunun 75 illiyi ərəfəsində (2010-cu il) rayon arxivinin müdiri işləmiş Mirağa Bağırov öz araşdırmalarında  Qaravəlli kənd sakini, 85 yaşlı Məmmədova Qumru Əslan qızının dediklərini belə qələmə almışdır: 
Qaravəlli kəndinin yaranma tarixini atamdan və babamdan eşitmişəm.  Onlar deyirdilər ki, bizə deyildiyinə  görə ilk dəfə bu əraziyə Vəli adlı bir kişi gəlib. Daha sonra Vəli kişinin ardınca  Qasımbəy adlı bir kişi gəlib. Onların ardınca Hacıaxund adlı üçünçü şəxs gəlib. Hər üçü də Araz qırağından gəlib. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar. Qaravəllinin iki oğlu, Hacıaxundun yeddi oğlu, üç qızı, Qasımbəyin bir oğlu, beş qızı olmuşdur.
Əslən Zərdabın Qaravəlli kəndindən olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu  Hal-hazırda, bu gün  kənddə  yeddi nəslin nümayəndəsi yaşayır. Kənddə ilk dəfə yeddi illik məktəbi Hacıaxundun böyük oğlu Məhəmmədhəsən kişi öz evində açdırıb. Məktəbin direktoru Ucarın Boyat kəndindən olan Soltan müəllim olub. Sonra məktəbə direktor Qasımbəyin nəvəsi Xanlarbəy təyin olunub. Sonra Xəlilov Rza məktəb direktoru təyin olunub və o, 40  il məktəb direktoru işləyib.”
   Çox gümüan kənd sakininin xatırlatdıgı Hacıaxund 1878-ci ildə Qaravəllidə anadan olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu olub. Dövrünün mütərəqqi fikirli insanlarından olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu beş il İranın Qum, beş il Məşhəd şəhərlərində, müəyyən fasilələrlə on beş il də İraqın Nəcəf şəhərində dini təhsil alıb, Şeyx kimi yüksək rütbəyə layiq görülüb. Bakıda Təzəpir məscidinin axundu olub. 
   Xeyriyyəçi kimi də tanınıb. Evinin birini atasız – anasız uşaqlara ayırıb, onları öz vəsaiti hesabına saxlayıb və təhsil verib. Yaşadığı Qarəvəlli kəndinə yol çəkdirib, məscid və dəyirman tikdirib. 
  Azərbaycanın görkəmli elm xadimləri və ziyalıları – Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Mustafa bəy Topçubaşovla şəxsən tanış olub, onlarla dostluq edib.  1932-ci ildə Qaravəlli kəndində torpağa tapşırılıb. 
Zərdabın Qaravəlli kəndindən olan ƏZİZBƏY QASIMBƏYLİ   Yeri gəlmişkən, Azərbaycan tarixində müəyyən iz buraxmış digər Qaravəlli sakinini  GOOGLE axtarış sistemin bir daha mənə xatırlatdı. Bu şəxs haqqında 2009-cu ilin 5 mayda zardab.com.az-da aşağıdakılar yazılmışdır: “HACI ƏZİZBƏY HÜSEYİN BƏY oğlu QASIMBƏYLİ (1928) - Zərdabın Qaravəlli kəndində anadan olub. 1963-cü ildən Ə. Qasımov Sənaye-Tikinti bankında müxtəlif vəzifələrdə işləmiş, 1987-ci ildə isə idarə heyətinin sədri vəzifəsinə irəli çəkilmişdir.
 Bakıda metro tikintisi zamanı «Əzizbəyov» stansiyası ilə «Neftçilər»-in arası 2100 metr nəzərdə tutulmuşdu. Bakı şəhər sovetinin sədri Ə.Ləmbəranski Ə.Qasımova müraciət edərək, bu iki stansiyanın arası ətrafında 1985-ci ilə kimi 85 min əhali yaşayacağnı nəzərə alıb, yeni bir stansiya tikilməsinə etməyi xahiş edir.
   Ə. Qasımov həmin iki stansiyanın arasında «Avrora» - indiki «Qara Qarayev» stansiyasının tikilməsini ittifaq hökümətindən gizli, metronun ümumi smeta dəyəri hesabına maliyyələşdirir.
  Sovet vaxtı bunun nə demək oldugunu o dövrdə yaşayan nəsil yaxşı bilir. Uzun müddət bank sistemində qüsursuz işlədiyini nəzərə alıb, ona şiddətli töhmət elan edirlər. Sonradan Ə. Qasımov Moskva Layihə İnstitutunun şəhərsalma qaydalarına riayət etmədiyini sübut edir. «Avrora» - indiki «Qara Qarayev» stansiyası təzədən smetaya salınaraq sənədləşdirilir və cəza onun üstündən götürülür.”( http://archive.is/E2goN)
   Qaravəlli tayfasının mənşəyi haqqında konkret elmi nəticələrə əsaslanan faktlar azdır. Məlum məlumatlar  rəvayət xarakterlidir. 
   Taleh Əliyev öz araşdırmlarında İbn əl - Əsirə istinad edərək qeyd edir: 
... hicri 495-ci ildə (miladi 1101-ci ildə) bu bölgənin (Cənubi Azərbaycan ərazisinin – T.Ə. )mühüm bir qismi bir çox oğuz əmirləri kimi təkbaşına fəaliyyət göstərən Qara Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərəfindən fəth olundu. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyinə baxmayaraq sonralar həmin ərazinin mənbələrdə Beyt ül-Qara Beliyyə (Qara Beli xanədanı) adı ilə XII əsr boyu qeyd olunur. Hətta əksər mənbələrdə bura Qara Beli ölkəsi adlanmış, Bağdaddan Marağaya gedən ana yolda, Dinavərlə Marağa arasındakı bir keçid də XII əsrin sonlarına qədər Qara Belinin adını daşımışdır. 
   O, bu tayfanın oğuzların Salur boyuna məxsus olduğunuqeyd edərək, Qaravəlli tayfasıın Qara Beli vilayətinin əhalisinə verilmiş ad olduğu və Nadir şah dövründən sonra bu tayfa Qaravəlli adladırılması ilə bağlı mülahizələrini irəli sürür. 
Zərdab Qaravəlli kəndi yeni məktəbi açılışı
   Həmçinin qaravəlli azərbaycan xalq ədəbiyytında nagilvari novella növünə verilən addır. Qaravəlli teatırında müsiqi, şeir, rəqs , gözübağlayıcı olir. Bu tamaşalrda həm ictimai - tənqidə , həm də məişət mövzülarına rast gəlinir. 
Metro stansiyasını sovetlərdən gizli maliyyələşdirən zərdablı Metro stansiyasını sovetlərdən gizli maliyyələşdirən zərdablı Reviewed by Camil Asad on 5.2.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.