Weather forecast for Zardab

Zərdablılar təhsil sahəsində

MƏLİKOVA QƏRİBSOLTAN XANIM HƏSƏN BƏY QIZI 

Zərdablılar Qərubsoltan Həsən bəy qızı
    Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova 1886-cı il iyunun 11-də Zərdab kəndində (indiki Zərdab şəhəri) anadan olmuşdur. Qəribsoltan xanım Tiflisdə qız gimnaziyasını bitirmiçdir. 
  Atası Həsən bəyin vəfatından 3 il sonra - 1910-cu ildə o, pedaqoji fəaliyyətə başlamışdır. 1915-ci ildən 1918-ci ilədək Bakıdakı rus-tatar (rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə rus qız gimnaziyasında müəllim işləmişdir.
  Tarixçilərə bir sənəd gəlib çatmışdır: 
... İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçmiş ... Qərib Soltan Həsən bəy qızı Məlikova xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür. 
Bu ad təkcə demokrat valideynlərin nailiyyəti olmadı. Bu bütün azərbaycanlı qadınların irəliləyişi, onların oxumaq və başqalarını öyrətmək imkanlarının təsdiqi idi. 

  Ailə üzvlərinin represiyası səbəbindən Qəribsoltan xanım Gəncəyə gedərək bir müddət burada sakit həyat sürmək istəmişdir. Sovet-alman müharibəsi illərində o, görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanimla doğma Zərdaba yığışır və hər ikisi Zərdab orta məktəbində müəllim işləyir. (R.Hacıyevin anası Nanə xanim da zərdablıdır, 3 yaşında ikən onu Qəribsoltan xanımın anası Hənifə xanım himayəyə götürmüş, doğma balası kimi tərbiyə edib təhsil vermiş, böyütmüş, gəlin köçürmüşdür).
  Qəribsoltan xanım uzun müddət kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs demiş, onlara analıq etmişdir. Şahidlər deyirlər ki, bu xanım nəinki maaşını, hətta pensiyasını da aparıb həmin uşaqlara paylayırmış. 
  Qəribsoltan xanım 1956-cı ilədək müəllimlik fəaliyyətini davam etdirmişdir, 1948-ci ildə Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüş, sonralar isə ona Lenin ordeni verilmişdir. 
   Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi təqib olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın ölçüyəgəlməz dərdi ilə yaşamışdir. 
     Qəribsoltan xanım Məlikova 1967-ci il martın 9-da Bakıda vəfat etmişdir. 

 HÜSEYNOV HACI BABA OĞLU  

Zərdablılar Hacı Hüseynov
Zərdabda ilk orta məktəbin direktoru olan Hacı müəllim 1911-ci ildə Göyçay qəzasının (Zərdab) Gəlmə kəndində anadan olub. Gəncə Pedaqoji Gimnaziyasında təhsil alıb, Göyçay maarif şöbəsinə inispektor vəzifəsinə təyin olunub. 1932-ci ildə Zərdaba göndərilib və burada ilk orta məktəbi təşkil edərək direktor təyin olunur. 1934-cü ilə kimi bu vəzifədə çalışıb.
    1934-cü ildə indiki Bakı Dövlət Unversitetinin fizika şöbəsinə daxil olmuş, ali təhsilini 1939-cu ildə Moskvada bitirmiş, Azərbaycan Maarif Komissarlığının sərəncamı ilə Bakı şəhər 190 saylı orta məktəbiə fizika müəllimi təyin olunmuşdur.
 1941-ci ildə Böyük Vətən müharibəsinə gedərək Krımda partizan hərəkətini istiqamətləndirmək üçün partizan düşərgəsinə göndərilmişdir. 1943-cü ildə ağır yaralanaraq ordudan buraxılmışdır.
  1945-ci ildə Bakıdakı 190 saylı məktəbə müəllim göndərilmişdir.
 1970-ci illərdə Azərbaycan Pedaqoji İnistutunda baş müəllim işləmişdir.  H.Hüseyinov qabaqçıl maarif xadimi, Azərbaycanın “Əməkdar müəllimi”, Respublika dərəcəli fərdi təqaüdçü idi. Onun haqqında daha geniş məlumatı bu səhifədə oxuya bilərsiz. 
  1995-ci il Bakı şəhərində vəfat etmişdir. 

 RƏHİMOVA PÜSTƏ NÜSRƏT QIZI

Zərdablılar PÜSTƏ RƏHİMOVA
 1926-cı ildə Zərdabda anadan olub. 1954-cü ildə Azərbaycan Pedaqoji İnistutunu dil-ədəbiyyat şöbəsini bitirib. Zərdab şəhər 1 saylı orta məktəbində müəllim, dərs hissə müdiri və direktor vəzifələrində çalışıb. Onun məktəb drektoru olduğu illərdə 18 nəfər şagird məktəbi qızıl və gümüş medalla bitirmişdir. 
 1960-cı ildə Respublika qadınlar şurasının və Azərbaycan müəlimlərinin V qurultaylarında iştirak edib. Həmin il “Şərəf nişanı” ordeni və “Əməkdar müəllimi” fəxri adına layiq görülüb. 
 1961-ci ildə Zərdab rayon Partiya Komiyəsinin II katibi, 1963-66-cı illərdə rayon Qadınlar şurasının sədri işləyib. 30 il - 1950-ci ildən 1980-ci ilə qədər Zərdab rayon Sovetinin deputatı olub. 
 1994-cı ildə Zərdabda vəfat edib. 

 ƏHMƏDOV MİRSEYIB SEYIDƏMİR OĞLU 

Zərdablılar MİRSEYİB ƏHMƏDOV
    1928 –ci ildə Zərdab rayonunun Nəzərallı kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitunun (indiki Azərbaycan Dövlət Pedaqoji Unversteti) bitirib. Uzun müddət Zərdab şəhər 1 saylı orta məktəbin direktoru işləmiş, ictimaiyyət arasında böyük nüfuz sahibi olmuşdur. 1960-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Rəşadətli əməyə görə” medalı, 1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
   O, 1977-ci ildə “Baş müəllim” adına layiq görülmüşdür. M.Əhmədova SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 may 1978-ci il tarixli Fərmanı ilə “Azərbaycan SSR-in əməkdar müəllimi" fəxri adı verilmişdir. 1986-cı ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 

HÜSEYNOV NƏSİMİ HÜSEYNƏLİ OĞLU  

Zərdablılar NƏSİMİ HÜSEYNOV
Hüseynov Nəsimi 1949-cu ildə Zərdabda anadan olub. 1966-cı ildə Zərdab şəhər 1 saylı orta məktəbi bitirən Nəsimi müəllim, elə həmin il ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra 1 saylı orta məktəbdə müəllim, sonra isə Komsomol komitəsində birinci katib vəzifəsində çalışıb. Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilən Nəsimi Hüseynov oranı bitirdikdən sonra müxtəlif yüksək vəzifələrə irəli çəkilir. 1989-cu ildən rayon təhsil şöbəsinə rəhbərlik edir. Rəhbərlik etdiyi müddətdə Zərdab rayonunun iki orta məktəbi “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. Nəsimi müəllim 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
2012-ci ilin may ayında Zədabda vəfat edib. 
Zərdablılar təhsil sahəsində Zərdablılar təhsil sahəsində Reviewed by Camil Asad on 11.2.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.