Weather forecast for Zardab

" ...Salonikidə Zərdabın adını tanıdan təkcə İzzət deyildi"

  Zərdaba gedirəm: İsaqbağı kəndi

  Kürdəmir - Zərdab yolunda sonuncu dayanacağımız Zərdabın Qaravəlli kəndi olmuşdur. Yolumuzu davam etdirməmişdən öncə bu yolla virtual səyahətimizdə  səhifələrimizn qonaqlarının sayına, tərkibinə nəzər saldıq. Təbii ki, səhifəmizdə ən çox qonaq Azərbaycan ərazisindən olub.

Zərdab rayonu İsaqbağı kənd məktəbi

 Eyni zamanda Russiyadan, Ukraynadan, Turkiyədən, Qazaxsatan və Lativiyadan Zərdaba saytımız vasitəsi ilə virtual səyahət edənlər var. Həmçinin Avropa olkələrinədn – Belçika, Hollandiya, Almaniya, ABŞ-dan da qonaqlarımız olub. Hər birini salamlayır , işlərində uğurlar arzulayırıq. 
  Ən çox qonağı isə Qaravəlli kəndinə virtual səyahətimizdə (“Zərdaba gedirəm. Mollakənd yolu, Qaravəlli kəndi”) qəbul etmişik.
 Zərdaba istiqmətlənmiş yolçuluğumuzda növbəti kənd İsaqbağı kəndidir.  İsaqbağı kəndi rayon mərkəzindən 6 kilometr cənub-şərqdə, Kür sahilində yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq,  bostançılıq,  qismən balıqçılıq və s.-dir.  İsaqbağında orta məktəb, kitabxana, klub, məscid və s. var. 
  İsaqbağı kəndində şəfili, muradlı, hacılı , kərimli, sofulu, eminli adlı tayfa, nəsil və tirələrə məxsus olan ailələr məskunlaşmışlar. 
  Kəndin Kür çayı sahilində İsaq adlı bir nəfərə məxsus çəkillik ( cır tut bağı) yerləşən ərazidə salındığı üçün belə adlandırıldığı güman edilir. Bəzi sənədlərdə İsabağı variantına da rast gəlinir (N.Tapdıqoğlu (Vəlişov)- “Zərdab enksiklopediyası”) .
   Zərdabinin məktublarında kəndin adının İsaq-Baqi variantından da istifadə edilib. Zərdab tarixinin araşdırıcılarından biri olan E.Həsənov 1850-ci ci illərə qədər Zərdab ərazisində Baqi (Beşqızlar) kənd olduğunu qeyd edir. Isaq-Baqi variantı ilə Baqi kəndi arasaında əlaqənin olub-olmaması barədə biz də heç bir məlumat yoxdur.

isaqbagi_kur    Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatında İsaqbağı yaşayış məntəqəsində 65 fərdi təsərrüfatın (ümumiləşmiş təsərrüfat olmayıb) olduğu , əhalinin sayı isə 316 nəfər (167 kişi, 149 qadın) olduğu qeyd edilib.
  “Azərnəşr”in 1968-ci ilə çap etdiyi “Azərbaycan SSR. Inzibati - ərazi bölgüsü” kitabında İsaqbağı kənd Sovetinin üç kəndi (İsaqbağı, Qaravəlli, Böyük Dəkkə ) birləşdirdiyi barədə məlumatlar var.
    Kəndin ərazisində qeydə alınan cografi adlardan biri İsaqbağı gölü adlanır. Digər coğrafi obyektlərdən biri əsasaən çəkilliklərdən ibarət İsaqbağı meşəsidir.

Zərdab İsaqbağı kəndi İzzət Rahimli    İsaqbağı kəndindən "keçərkən" 2009-cu ildə Zərdabın virtual məkandə ilk təmsilçisi olan zardob.com.az  sayırtında yerləditrilən bir yazını xatırladım. Bu yazı həmin ildə 14 yaşlı qızlar arasında şahmat üzrə Azərbaycan çempionu olmuş İsaqbağı kəndindən olan İzzət Rauf qızı Rəhimli haqqında idi. 26 aprel - 4 may 2009-cu il tarixdə Yunanıstanda Dünya Çempionatı statusunda keçirilən Məktəblilərin V Şahmat Festivalında respublikamızı (həmçinin rayonumuzu) şahmatçımız Izzət Rəhimli təmsil edirdi. Həmin yarışda rayonumuzu İzzətlə yanaşı zardab.com.az saytıda uğurla təmsil etdi. Bunu o vaxt saytın poçtuna göndərilən məktub da sübüt edirdi. Həmin məktub rayon şahmat məktəbinin direktoru Xalid Mehrəli tərəfindən göndərilmişdir.  " ...Salonikidə Zərdabın adını tanıdan təkcə İzzət deyildi" cümləsi ilə başlanan bu məktubu bir daha diqqətinizə çatdırırıq:

  Zərdab rayon Şahmat Məktəbi 1986-cı ildən fəaliyyət göstərir. Bu müddətdə məktəbin yetirmələri 3 dəfə müxtəlif yaş qruplarında Azərbaycan Çempionu olmuş, dəfələrlə II və III yerləri tutaraq Dünya və Avropa çempionatlarına vəsiqə qazanmışlar. Yetirmələrimiz bu vaxta qədər Rusiyada, Dubayda, Yunanıstanda, İspaniyada, Türkiyədə, Gürcüstanda və digər beynəlxalq turnirlərdə iştirak ediblər. İştirak etdiyimiz sonuncu yarış 26 aprel - 4 may 2009-cu il tarixdə Yunanıstanda keçirilirdi. Ümumilikdə dünyanın hər yerindən 640-dan çox şahmatçının iştirak etdiyi bu turnir Yunanıstanın ikinci böyük şəhəri olan Salonikinin ən böyük otellərindən birində - "Qrand Otel Palace" otelində keçirildi.
    Dünya Çempionatı statusunda keçirilən Məktəblilərin V Şahmat Festivalında rayonumuzu 14 yaşlı qız şahmatçımız Izzət Rəhimli təmsil edirdi. Güclü şahmatçıların iştirak etdiyi bu turnirdə şahmatçımız yarışın müxtəlif mərhələlərində yaxşı oyun nümayiş etdirərək II-III yerlərdə getsə də nəticə etibarilə öz yaş qrupunda V yeri tutdu. Qeyd edim ki, Azərbaycandan bu turnirdə iştirak edən 15 nəfərdən ən yüksək nəticə bir I yer (15 yaş oğlanlar), III yer (10 yaşlı oğlanlar) oldu. Ümumilikdə Azərbaycan komandası yarışda IX nəticə göstərdi.
 Salonikidə Zərdabın adını tanıdan təkcə İzzət deyildi. Yarışların ilk günündən www.zardab.com.az saytının öz qonaq dəftəri vasitəsi ilə bizi ruhlandırması həm bizə mənəvi dəstək idi, həm də Zərdabın tanınmasında böyük xidmətlər göstərirdi. İlk günlər Zərdabın belə bir saytının olması Azərbaycan komandasının üzvlərində təəccub qarışıq bir maqraq oyatmışdı. Sonrakı günlərdə isə yarış öncəsi iştirakçılar "Baxaq görək İzzətə nə yazıblar" deyərək www.zardab.com.az saytını açmaları bir adət halını almışdı."

       Həmin məktub bu sözlərlə bitirdi:
   Bizim üçün uzaq Yunanıstanda saytda yerləşdirilən təbriklər, həmyerlilərimizin bizi izləmələri böyük mənəvi dayaq idi. Sayta İzzətin oynu barədə operativ yerləşdirilən məlumatlar bizdə və komandada sevinc hissləri oyadırdı. Mən öz adımdan, İzəttin adından www.zardab.com.az saytının kollektivinə bizə göstərdikləri dəstək üçün təşşəkkür edir, Zərdabın tanıdılması istiqamətdə gördükləri bütün işlərdə ugurlar arzulayıram.

Zərdab rayonu İsaqbağı kəndi eyvazlı meşəsi
  Yazi hazırlanarkən  zardab.com.az saytının arxivindən, zerdab.com saytınıın materiallarından , həmçinin İsaqbağı kənd məktəbinin və Samir Rəhimovun Facebook sosial şəbəkəsində yerləşdirdikləri fotoşəkillərdən istifadə olunub.   

" ...Salonikidə Zərdabın adını tanıdan təkcə İzzət deyildi"  " ...Salonikidə Zərdabın adını tanıdan təkcə İzzət deyildi" Reviewed by Camil Asad on 8.4.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.