Zərdab inkişaf yollarında
Zərdab rayonu 1935-ci il fevral ayının 05-də təşkil edilmişdir. O vaxta qədər bu ərazi vahidi Şamaxı quberniyasının Göyçay qəzasının kəndi hesab olunurdu.
Rayon Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən 285 km, Bakı – Tblisi dəmiryolunun Ucar stansiyasından 35 km aralıdadır. Ucar, Kürdəmir, İmişli, Beyləqan, Ağcabədi, Bərdə və Ağdaş rayonları ilə həmsərhəddir. Zərdab rayonu Şirvan düzünün cənub-qərbindədir.
Rayon Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən 285 km, Bakı – Tblisi dəmiryolunun Ucar stansiyasından 35 km aralıdadır. Ucar, Kürdəmir, İmişli, Beyləqan, Ağcabədi, Bərdə və Ağdaş rayonları ilə həmsərhəddir. Zərdab rayonu Şirvan düzünün cənub-qərbindədir.
Azərbaycan Sovet Ensklopediyasında (Bakı 1980)
yazılıb: "Zərdab rayonunun səthi düzənlikdir. Ərazisinin çox hissəsi okean səviyyəsindən
alçaqdır. Antropogen çöküntüləri yayılmışdır. Gil yatağı var. Yayı quraq keçən
mülayim isti və quru çöl iqlimi hakimdir. Rayonun cənub və cənub-qərb
sərhəddindən Kür çayı axır. Türyan çayının aşağı axarı (Qarasu) Zərdabın
ərazisindədir. Boz çəmən torpaqları yayılmışdır. Kür çayı sahillərində tuqay
meşələri var. Bitkilər yarımsəhra tiplidir."
Rayon təşkil edilərkən İsrafil Atakişi oğlu Atakişiyev Zərdab Rayon Partiya
Komitəsinin birinci katibi seçilmiş, 1935 – 1937-ci illərdə bu vəzifədə
çalışmışdır. İ. Atakişiyev Sovet hakimiyyəti uğrunda mübarizlərdən biri idi.
1917-ci ildən Sov. İKP üzvü olan motros İ. Atakişiyev Xəzər dənizçiləri arasında
gizli inqilabi iş aparmış, bolşevik qəzet və intihabnamələrini yaymışdır. Moskvada Şərq Xalqlarının Kommunist Universitetində , Qırmızı Professura
İnstutunda oxumuşdur. Zərdab Rayon Partiya Komitəsinin birinci katibi işlədiyi
illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur. İkinci dünya
müharibəsində iştirak etmiş İ. Atakişiyev müharibədən sonra sovet və təsərrüfat
işlərində çalışmış, 1962-ci ildə Bakıda vəfat etmişdir.
Həmin dövrləedə hər yerdə olduğu kimi, Zərdabın da bütün kəndlərində kolxozlar təşkil edilirdi. İllər keçdikcə bu ictimai təsərrüfatlar genişlənir, iqtisadi cəhətcə
möhkəmlənir, məhsul istehsalı tək təsərrüfatlarla müqayisədə xeyli çoxalırdı.
Kəndlilərin kolxoz təsərrüfatına marağını artırmaq üçün dövlət müxtəlif
güzəştlər edir, şirnikləndirici tədbirlər həyata keçirirdi. Kolxoza yeni daxil
olanlara bəzi sənaye və ərzaq məhsulları – qənd, çay, çit parça güzəştli
qiymətlərlə satılırdı.
Kolxozlar getdikcə möhkəmlənir, kəndlərdə mədəni səviyyənin artmasında
müəyyən rol oynayırdı. Kəndlərdə klublar, idarə binaları, məktəblər, tibb
ocaqları tikilir, ictimai binaların sayı artırdı.
1950-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi
Komitəsi və Sovet Sosialist Respublikaları İttifaqının Nazirlər Soveti xırda
kolxozların birləşdirilib iri kolxoz təsərrüfatlarına çevrilməsi barədə birgə
qərar qəbul etdilər. O vaxt indiki Zərdab rayonu ərazisində 41 kolxoz vardı.
Bütün kolxozlarda qısa müddət ərzində – 1950-ci ilin sentyabrın-dekabr aylarında – kolxozçuların ümumi iclasları keçirildi, ÜİK (b) MK-NİN və SSRİ Nazirlər Sovetinin yuxarıda qeyd etdiyimiz qərarı müzakirə olundu. Xırda kolxozların 3-5-i birləşmək haqqında qərar qəbul etdilər, birləşdirilmiş kolxozun yığıncağına nümayəndələr seçdilər, həmin iclasda onları təmsil etmək üçün seçdikləri nümayəndələrə səlahiyyət verdilər. Beləliklə, Zərdab rayonunda 12 kolxoz yaradıldı.
Birləşən kolxozların əmlakı yeni yaradılmış iriləşmiş təsərrüfatlarda
cəmləşirdi. bu birləşmənin həm xeyirli, həm də zərərli tərəfləri oldu. Əvvəla,
kolxozların əmlakları birləşdirildi, gücü artdı, istehsal imkanları artdı,
lüzumsuz xərclərin azaldılmasına imkan yarandı. İstehsalla bilavasitə məşğul
olmayıb, inzibatçı vəzifələrtutan ştatlar xeyli azaldı, onlara sərfə olunan
xərclər aradan qaldırıldı. Kolxoz mərkəzi olan kəndlərdə tikinti-abadlıq
işlərinin genişləndirilməsi üçün münbit şərait yarandı. Daha geniş. Yaraşıqlı
klublar, inzibati binalar inşa edildi. Mədəni-maarif obyektləri istifadəyə
verilməyə başlandı.
Təəssüf ki, bunlar yalnız kolxozun mərkəzi malikanəsi yerləşən kəndlərdə baş
verirdi. Mərkəzi malikanədən uzaq olan kəndlər isə nəinki inkişaf etmir, hətta
əvvəlki görkəmini də itirirdi. Bu sətrlərin müəllifinin yaxşı yadındadır,
1950-ci ildə Puşkin adına kolxozda çiy kərpicdən klub binası tikilirdi. bİnanın
barısında hörgü işləri başa çatdırılmışdı. Puşkin adına kolxoz K. Marks adına
kolxozla birləşdirildikdən sonra həmin bina söküldü, kərpicləri K. Marks adına
kolxozun mərkəzi malikanəsi olan Gəlmə kəndinə daşındı. Həmin vaxtdan 30 il
sonra da keçmiş Puşkin adına kolxozun yerləşdiyi kənddə bir ədəd də olsun
ictimai bina, mədəni-maarif obyekti inşa edilmədi.
Bu vəziyyətlə demək olar ki, iriləşmiş kolxozlarda birləşmiş bütün xırda kəndlər üzləşməli oldular. Planlı təsərrüfat adlandırılan Sovetlər birliyində bəzi hallarda plansız işlər baş verirdi. Kolxoz mərkəzi olan kolxozda məktəb, klub, poçt şöbəsi, həkim amblatoriyası, hətta bir neçə kitabxana (mədəniyyət şöbəsinin, kolxozun və məktəbin kitabxanası) olduğu halda həmin kolxozda birləşmiş digər kəndlərdə heç bir xidmət və mədəni-məişət obyekti olmurdu. Bu da kəndlərin qeyri-bərabər inkişafına səbəb olur, intelektual bərabərsizlik yaradır, nəticədə həmin kəndlərdən əhalinin köçməsinə, kəndlərin boşadılmasına şərait yaradırdı. Düzdür, dövlət və kolxoz inzibati tədbirlərdə bu köçmənin qarşısını müəyyən qədər almağa nail olurdular. Buna baxmayaraq, kəndlər boşalmaqda davam edir, ümumi inkişaf ləngiyirdi.
Bu vəziyyətlə demək olar ki, iriləşmiş kolxozlarda birləşmiş bütün xırda kəndlər üzləşməli oldular. Planlı təsərrüfat adlandırılan Sovetlər birliyində bəzi hallarda plansız işlər baş verirdi. Kolxoz mərkəzi olan kolxozda məktəb, klub, poçt şöbəsi, həkim amblatoriyası, hətta bir neçə kitabxana (mədəniyyət şöbəsinin, kolxozun və məktəbin kitabxanası) olduğu halda həmin kolxozda birləşmiş digər kəndlərdə heç bir xidmət və mədəni-məişət obyekti olmurdu. Bu da kəndlərin qeyri-bərabər inkişafına səbəb olur, intelektual bərabərsizlik yaradır, nəticədə həmin kəndlərdən əhalinin köçməsinə, kəndlərin boşadılmasına şərait yaradırdı. Düzdür, dövlət və kolxoz inzibati tədbirlərdə bu köçmənin qarşısını müəyyən qədər almağa nail olurdular. Buna baxmayaraq, kəndlər boşalmaqda davam edir, ümumi inkişaf ləngiyirdi.
Rayon mərkəzi olduqdan sonra Zərdab kəndi ildən-ilə böyüyür, inkişaf edir,
öz simasını dəyişirdi. Zərdabın pərakəndə, plansız tikilmiş evləri sökülür,
şəhərsayağı planlaşma aparılır, evlər küçə boyunca sıralanırdı . Zərdabın
şəhərsalma qaydalarına uyğun planlaşdırılması, evlərin küçələr boyunca
sıralanması Zərdab Rayon Partiya Komitəsinin birinci katibi işləmiş, kəndlilərin
rəğbətlə «babacan» adlandırdığı - Mirzəzadənin adı ilə bağlıdır. Məhz onun
təşəbbüsü və rəhbərliyi ilə Zərdab kənd simasını dəyişərək şəhərlərə məxsus
planlı şəkildə qurulmuşdur.
1935-1940-cı illərdə kəndlərdə ictimai təsərrüfatlar yaradılırdı. Bu
təsərrüfatlar əvvəlcə tək təsərrüfatda fəaliyyət göstərib, yetişdirdikləri
məhsulun bir hissəsini dövlətə təhvil verən kəndli təsərrüfatları hesabına
təşkil olunurdu. Əhalinin mal-qarası, kəli, öküzü, arabası, digər varidatı ümumi
istifadə üçün əvvəlcə artellər, kommunalar, sonralar isə kolxoz təsərrüfatları
halında birləşdirildi. Əlbəttə, bu cür ümumiləşdirməyə heç də bütün kəndlilər,
xüsusilə əhalinin varlı təbəqəsi həvəs göstərmirdi. Belələrinə qarşı ciddi
tədbirlər görülür, çoxlarına «kulak» damğası vurularaq sürgünlərə göndərilir,
onlara qarşı «səskəsdi»lər (səsvermə hüququndan, seçib-seçilmək hüququndan
məhrum etmək) tətbiq olunur,daha sonralar isə onlar hətta «xalq düşməni»
adlandırılırdılar.
Onsuz da qaragünlü olan əhali üçün daha bir dəhşətli qara günlər 1941-ci
ilin yayında başladı. Alman faşistlərinin Sovet Sosialist Respublikaları
İttifaqına qarşı 1941-ci ilin iyunun 21-də başladığı müharibə bu böyük ölkənin
tərkibində olan Azərbaycan üçün yeni-yeni fəlakətlər gətirdi. Aclıq, səfalət hər
yerdə olduğu kimi Zərdabdan da yan keçmədi. Bütün qüvvələr alman faşistlərinin
dəf edilməsinə yönəldilmişdir. O vaxt deyildiyi kimi: «Hər şey cəbhə üçün, hər
şey qələbə üçün» səfərbər edilmişdi. Əli kotan dəstəyindən tutmağa, yer
şumlamağa, əkin əkməyə,bir sözlə təsərrüfatda işləməyə qadir olan kişilərin
hamısı səfərbərliyə alınıb cəbhəyə, döyüşə göndərilmişdi. Onları yerlərdə
qadınlar və uşaqlar əvəz edirdilər. Bu talesizlər həm cəbhəni ərzaqla, hərbi
sursatla təmin etməli, həm də öz evlərinə çörək aparmalı idilər.
Müharibənin dəhşətləri Zərdabdan da yan keçmədi. Baxmayaraq ki, cəbhə xətti,
döyüş zonası Zərdabdan çox-çox uzaqlarda idi, burada aclıqdan ölənlər də az
olmadı. Zərdabın 3000 minə qədər say-seçmə oğulları Alman faşizimi ilə
ölüm-dirim vuruşuna yola salındı və onların təxminən yarısı 1.500 nəfəri həmin
müdhiş döyüşlərdən geri dönmədi. 1500-ə qədər ailənin gözü yollarda qaldı. Hələ
də ata nisgili, ər sorağı, qardaş həsrəti ilə yaşayanlar var…
Döyüş cəbhələrində zərdablılar da öz sözlərini silahla, süngü ilə tarixin qanlı səhifəsinə yaza bildilər. Bıçaqçı kəndinin yetirməsi Məlik Məhərrəmov ikinci dünya müharibəsinin qəhrəmanlıq səhifəsini yazanların ön sırasında dayanır. O, ən yüksək ada – Sövet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədqasımlı kənd sakini Muradalı Heydərov şöhrət ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür ki, bu da Sövet İttifaqı Qəhrəmanı statusuna bərabər tutulur. M. Heydərov bu gün də Məmmədqasımlı kəndində yaşayır, zərdablı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün öz xidmətlərini əsirgəmir.
Qanlı-qadalı represiya illəri nəhayət ki, arxada qaldı.
Müharibə 1945-ci ilin mayın 9-da SSRİ-nin qələbəsi ilə başa çatdı. Sağ
qalanlar öz elinə obasına qayıtdı. Qolunu, qıçını döyüş meydanlarında qoyub
gələnlər, bədənində, sinəsində qəlpə ilə qayıdanlar öz evlərinə sevinc, ümidlə
yanaşı, çətinliklər,problemlər də gətirirdilər. Nə yazıq ki, izsiz-soraqsız
itənlər də oldu.
Mirağa BAĞIROV,
Zərdab rayon dövlət arxivinin müdiri,rayon ağsaqqallar şurasının sədri./17.09.2009 zardab.com.az/
Kürün qoynuna sığınan diyar
Reviewed by Camil Asad
on
23.10.16
Rating: