Yollar Zərdaba aparır
Ötən yazılarımızda rayonumuza səyahət etmək istəyənlər üçün mürşurutlar və Zərdabın kəndləri haqqında müəyyən məlumatlar yerləşdirmişdik.
Əgər siz Çöl Ərəb yolundan istifadə etmək istəyirsinizsə (Mollakənd yolu) onda “Zərdaba gedirəm” seçərək, Zərdabın bu istiqamətdəki kəndləri və onların insanları barədə maraqlı məlumatlar əldə edə bilərsiz.
Həmin bölmədən Otmanoba kəndinə “daxil olmaqla” Zərdab ərazisindəki qədim məkanlarla tanış olmaq, həmçinin Zərdabın Kürqırağı kəndləri (Şıxbağı, Kəndəbil, Nəzəralı, Ağabağı) barədə məlumatlar əldə etmək olar. "Dəkkə" toponimi ilə bağlı kəndlərimiz də bu istiqamətdədir. Mollakənd-Zərdab yolu ilə səyahətdə Zərdab rayonu, onun kəndləri, insanları barədə başqa maraqlı məlumatlar da əldə edə bilərsiz.
İndi isə dördyol ərazisindən başlayan yolumuz Ağcabədi istiqmətəindədir. Bu istiqamətdə ilk yaşayış məntəqəsi Zərdabın Gəlmə kəndidir.
Bu kənddə virtual səyahətdə bələdçimiz rayonun “Əkinçi” qəzetinin muxbiri Züleyxa Teyyubzadə olacaqdır. Züleyxa Teyyubzadə hazırladığı bu yazıda sizləri Zərdabın Gəlmə kəndi, onun qısa tarixi, insanları ilə tanış edəcək, topladığı maraqlı məlumatları nəzərinizə çatdıracaqdır.
Gəlmə, Zərdab kəndinin üç böyük icmasından biri
Züleyxa Teyyubzadə, “Əkinçi” qəzetinin muxbiri
Gəlmə, əhalisinin sayına görə Zərdabın ən böyük kəndidir. Rayon mərkəzindən 3 km qərbdə, Türyançayın qolu olan Qarasu çayının sahilində yerləşir. Kəndi rayon mərkəzindən bu çay ayırır.
Toponimindən belə bəlli olur ki, vaxtilə bu kəndin əhalisi başqa yerlərdən gələrək orada məskunlaşıb. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində keçirilən İştiraklı Kənd Qiymətləndirməsi Seminarlarının materiallarında kəndin əhalisinin XVIII əsrin sonlarından Qarabağdan və Ağsu kəndlərindən gələrək Kür çayının ətrafında məskunlaşdığı qeyd olunur.
Gəlməlilərin ilkin məskunlaşdığı ərazi Lələağacı kəndinin Allahqulubağı tərəfində olub. Sonralar Kürün daşması ilə əlaqədar indiki Gəlmə ərazisinə köçüblər. Keçən əsrin 50-ci illərində əhalinin bir hissəsi Ağsu rayonuna köçsə də, sonradan geriyə qayıdıb.
Xatırladım ki, Gəlmənin adı Zərdabda nəşr edilən "Əkinçi" qəzetinin redaktoru İsaməddin Əhmədovun tərcüməçiliyi ilə keçən il nəşrdən çıxmış "Həsən bəy Zərdabi: məqalələri və məktubları" kitabında da keçmişdir (kitab haqqında buradan oxu). Oradakı qeyddən belə anlaşılır ki, Gəlmə Həsən bəy Zərdabinin yaşadığı dövrdə Göyçay qəzasının tabeliyində olan Zərdab kəndinin üç böyük icmasından biri olmuşdur.
Toponimindən belə bəlli olur ki, vaxtilə bu kəndin əhalisi başqa yerlərdən gələrək orada məskunlaşıb. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində keçirilən İştiraklı Kənd Qiymətləndirməsi Seminarlarının materiallarında kəndin əhalisinin XVIII əsrin sonlarından Qarabağdan və Ağsu kəndlərindən gələrək Kür çayının ətrafında məskunlaşdığı qeyd olunur.
Gəlməlilərin ilkin məskunlaşdığı ərazi Lələağacı kəndinin Allahqulubağı tərəfində olub. Sonralar Kürün daşması ilə əlaqədar indiki Gəlmə ərazisinə köçüblər. Keçən əsrin 50-ci illərində əhalinin bir hissəsi Ağsu rayonuna köçsə də, sonradan geriyə qayıdıb.
Xatırladım ki, Gəlmənin adı Zərdabda nəşr edilən "Əkinçi" qəzetinin redaktoru İsaməddin Əhmədovun tərcüməçiliyi ilə keçən il nəşrdən çıxmış "Həsən bəy Zərdabi: məqalələri və məktubları" kitabında da keçmişdir (kitab haqqında buradan oxu). Oradakı qeyddən belə anlaşılır ki, Gəlmə Həsən bəy Zərdabinin yaşadığı dövrdə Göyçay qəzasının tabeliyində olan Zərdab kəndinin üç böyük icmasından biri olmuşdur.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Kömitəsinin məumatına əsasən Gəlmə kənd məscidi 1902-ci ildə yerli əhali tərəfindən tikilmişdir. Məscidin tikintisində o zaman İrandan - Cənubu Azərbaycandan Zərdab rayonuna köçüb gələn ustalar iştirak edib (onlar sonradan kəndin məskunlaşmasında iştirak etmişlər). Sahəsi 160 kvadratmetr olan məscidin 12 sot həyətyanı torpaq sahəsi, əlavə yardımçı otağı var.
Məscid 1930-cu illərdə xəstəxana, uşaq bağçası, mehmanxana, sex kimi fəaliyyət göstərmişdir (scwra.gov.az). 1990-cı illərin əvvəllərində isə məscid kənd ağsaqqalı Mirzağa Həsən oğlu İsgəndərovun təşəbbusu ilə bərpa edilərək kənd əhalisinin yenidən ixtiyarına vermişdirr. Hazırda məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Gəlməlilər təriqətlərinə bağlı inanclı insanlardır. Bəlkə də bu bağlılıq elimli, inanclı insanların formalaşmasında öz rolunu oynamışdır. Belə insanlardan biri də müasir dünya baxışı ilə inancı ozündə birləşdirən, hazırda Gəncədə Şah Abbas məscidinin axundu Əlisəftər Əlmövsüm oğlu Səfərəliyevdir.
Zərdablılar hələ də düz 50 il bundan öncə Gəlmədə yaşanan böyük faciəni unutmayıblar. 1967-ci ilin iyulun 1-də pambıq tarlasından pambıqçıları evə gətirən maşının bərədən Kür çayına aşması nəticəsində 5-i qadın və 2-i uşaq olmaqla 7 nəfər həlak olmuşdur. O, vaxtilə - Sovet hakimiyyəti illərində gizlədilsə də, sonralar faciə haqqında "Əkinçi" qəzetinin 7 oktyabr 1999-cu il tarixli 12-ci sayında məqalə dərc olunmuşdur.
Gəlmədə məktəb, körpəciə lər evi-uşaq bağçası, məscid, ambulator məntəqə, mədəniyyət evi, kitabxana, inkubator, çörək, pendir, dəntəmizləmə sexləri və mağazalar fəaliyyət göstərir. Əhalisinin sayı 3 minə yaxın olan kəndin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik,
pambıqçılıq və tərəvəzçilikdir.
Gəlmə Zərdabın ən çox sənətkarı olan kəndidir. Eyni zamanda kənd adlı-sanlı ziyalılar da yetişdirib və yetişdirir. Gəlmənin ilk ali təhsilli mütəxəssisi Səftər İmamqulu oğlu Zeynalov olmuşdur.
Bakıda neft sənayesi sahəsində çalışmış və cavan yaşda rəhmətə getmiş Hüseyn Murad oğlu Əliyev öz işinin mütəxəssisi, gözəl insan kimi tanınmışdır.
Bu nəslin digər övladı, Gəlmə kəndində doğulmuş , hazırda Bakıda yaşayan , İqtisadiyyat Nazirliyinin İctimai əlaqələr şöbəsinin müdiri, "Dövlət qulluğuna görə" medallı , şeirlərinə mahnılar bəstələnən Abbas Murad oğlu Əliyev sözə dəyər verən insanlardandır. Onun yaradıcılığından seçmələrlə buradan tanış ola bilərsiniz.
Kənd təsərrüfatı elmləri namizədi, entemoloq-aqronom Məmmədtağı Məhəmmədəli oğlu Həsənov öz sahəsi üzrə ölkədə tanınan azsaylı mütəxəssislərdən olub.
Əmlak məsələləri üzrə Dövlət Komitəsində ümumi şöbənin müdiri Əminə Ədalət qızı İsayeva, xüsusi xidmət orqanlarında uzun müddət qüsursuz çalışdığı üçün 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş, hazırda ehtiyatda olan polkovnik Yusif Əliş oğlu İsmayılov, Təhsil Nazirliyi şəbəkəsində şöbə müdiri işləyən Amil Ağaismayıl oğlu Əliyev, kəndin ilk xeyriyyəçisi, məktəbin iki əlaçı şagirdinə öz hesabından təqaüd ödəmiş Əjdər Cəlal oğlu Abbasov , 1938-ci ildə kəndin ilk poçt müdiri olmuş Miro Nəriman oğlu Allahverdiyev Gəlməyə kəndin içindən ad qazandırmış və kənar yerlərdən şan gətirən şəxslərdəndirlər.
Gəlmə kənd məktəbinin əsası 1936-cı ildə qoyulmuşdur. 1973-cü ildə orta məktəbə çevrilmiş bu məktəbin ilk direktoru Yasin Yasinov olub. Hazırda M. F. Axundovun adını daşıyan Gəlmə kənd tam orta məktəbi maarifpərvər həmyerlimiz Həsən bəy Zərdabinin və adını daşıdığı yazıçının millətinə arzuladığı təhsil və maarif yolunda fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Hazırda 300-ə yaxın şagirdin oxuduğu məktəb ölkədə təhsil üzrə yüksək nəticələrə malikdir. Məktəb üzrə 600-dən çox bal toplayaraq tələbə adını qazanan şagirdlər, dövlət tərəfindən titulla təltif edilən müəllimlər və hər il ölkənin müxtəlif ali təhsil ocaqlarına daxil olan abituriyentlər Gəlmə kənd tam orta məktəbinin uğurlu təhsil göstəriciləridirlər.
Qeyd edək ki, indiyədək məktəbin 4 şagirdi 600-dən çox bal toplamaqla gözəl nəticələrə nail olmuşdur. Onlardan II ixtisas qrupu üzrə 619 bal toplamış Sadiq və Samir Qədirli qardaşları (qardaşların hər ikisi eyni ixtisas qrupu üzrə eyni bal toplamışlar) və I ixtisas qrupu üzrə 612 bal toplamış Leyla Ələkbərova özlərinə şan, ailələrinə şöhrət və onlara dərs vermiş müəllimlərə də şərəf qazandırıblar.
Gəlmə məktəbinin üç müəllimi - direktor Gülağa İsgəndərov, coğrafiya müəllimisi Şəmsiyyə Həsənova və dil-ədəbiyyat müəlliməsi Minəgül Əliyeva dövlət başçısı İlham Əliyev tərəfindən şərəfli titula – “Əməkdar müəllim” adı ilə təltif olunublar.
Məktəbin fiziki tərbiyə müəllimi Rasim Hüseynov isə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən "Fəxri idman işçisi" tituluna layiq görülüb.
Müvəffəqiyyəti bununla bitməyən məktəbin kiçik yaşlı şagirdlərindən ibarət "Cəsurlar" komandası 2010 və 2012-ci illərdə hərbi idman və turizm oyunlarının Respublika final yarışında I yer, böyük yaş qrupu şagirdlərindən ibarət "Şahinlər" komandası 2013-cü ildə hərbi idman oyunlarında zona üzrə I, Respublika final yarışında isə III yer tutublar. Qeyd edək ki, Gəlmə məktəblilərinin göstərdiyi hər iki nəticə ümumilikdə Zərdab rayonu üçün ilk göstəricidir.
Məhz bütün bunların xoş və gözəl nəticəsidir ki, M. F. Axundov adına Gəlmə kənd tam orta məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 iyun 2012-ci ildə 2298 saylı Sərəncamla "İlin ən yaxşı məktəbi" adına layiq görülüb.
Kənddə rayonun ictimai-siyasi fəaliyyətində əhəmiyyətli rol oynayan xadimlər də var. Onlardan 56 ildən çox məhkəmədə qüsursuz fəaliyyətinə görə Məhəmməd Məmmədov, Gəlmə kəndinin ictimai işlərində fəallıq göstərən icra nümayəndəsi Cəfər Manafov və uzun müddət Zərdab rayon icra aparatında çalışmış İsrəfil Həmidov dövlət başçısı tərəfindən "Dövlət qulluğuna görə" medalı ilə təltif olunublar.
Böyük Vətən müharibəsində olduğu kimi, Gəlmə Qarabağ müharibəsində də övladlarından torpaq uğrunda şəhidlər vermişdir. Vətən naminə qanını töküb canını verərək şəhid olmuş Elşən Kərimov, Elman Qocayev, Xəzani İsgəndərov və Hüseyn Hüseynov nəinki Gəlmənin, bütün Zərdabın başucalığı və fəxridirlər.
Məncə Gəlmə bələdiyyəsinin sədri Abdul Teymur oğlu Orucovun adını və fəaliyyətini xüsusilə qeyd etməsək, doğru olmaz. Kənd bələdiyyəsinin sədri Abdul Orucov Gəlmənin müasir şəkildə inkişafına nail olmaq üçün əlindən gələni əsirgəmir. Göstərdiyi xidmət və fəaliyyəti ilə kənd əhlinin hörmət və razılığını qazanan bu şəxsin Gəlmə üçün etdiyi təqdirəlayiq əməlləri danılmazdır.
Qarasu çayının üzərində körpünün işıqlanma siteminin yenilənməsində, kəndin qrunt sularından təmizlənməsində və xüsusilə kəndə investorların cəlb edilməsində böyük qayğı və əmək göstərən bələdiyyə sədri, fikrimcə, digər bələdiyyə sədrlərinə örnək və nümunə olmalıdır.
Qaz, su, elektik və açıq kanalizasiya (şirəkeş) sistemləri ilə təchiz olunan Gəlmənin daşla döşənmiş və elektriklə işıqlandırılmış Qarasu çayının üzərindəki körpü və küçələri, həmçinin rayonun digər kəndləri arasında sadəcə, orada həyata keçirilən, həftənin hər bazar günündə kənd bələdiyyəsi tərəfindən məişət tullantılarının yığışdırılıb götürülməsi Abdul Orucovun abadlıq, quruculuq və səliqə-sahmana çox böyük əhəmiyyət verdiyini, həmçinin onun işinə məsuliyyətlə yanaşmasını, işgüzarlıq və çalışqanlığını göstərməklə bərabər, kəndin səliqəli və rayon tipli qəsəbə kimi görünməsinə də səbəb olmuşdur.
Rayon, ölkə və ölkə xaricində ona gözəl ad-san gətirən və şan-şöhrət qazandıran, yaxşı mənada tanınmasına vəsilə olan hər bir övladı Gəlmənin uğurlu inkişafında böyük rol oynayır.
Əminik ki, Gəlmə kəndi hazırkı uğurlarına hər zaman sahib və uğurlu fəaliyyətinə də daima malik olacaq.
Sonda, məqaləni hazırlayarkən mənə kənd haqqında faktları verməklə böyük köməklik göstərmiş Gəlmə kənd tam orta məktəbinin direktoru və Əməkdar müəllim Gülağa Mirzağa oğlu İsgəndərova dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm.
Gəlmə kəndinin mərkəzindən Zərdabın Əlibəyli kəndinə və Kürün kənarında yerləşən Allahqulubağına getmək olar.
Zərdabın Salahlı, Hüseynxanlı, Xammədli kəndləri yol kəmrında yerləşməsə də, həmin kəndlərə Zərdab - Ağcabədi şossesindən ayrılan yilla getmək olar. Bu kəndlər haqqında aşağıdakı yazılardan məlumat almaq olar:
Zərdaba gedirəm: Ağcabədi yolu üzərində ən böyük kənd - Gəlmə
Reviewed by Camil Asad
on
26.8.17
Rating:
Hiç yorum yok: