Weather forecast for Zardab

Allah nitqinizə qıymasın, Teyyub bəy!

teyyub xəlilov

   Yazın son günlərindən biri idi. Rayona, Zərdaba, mənim üçün son dərəcə yüksək dəyərə malik olan bir məclisə dəvət almışdım. Orta məktəbi qurtarmağımızın 25 illik yubleyinin qeyd olunduğu bir məclisə.
  Həmin gün Kür cayının sahilində yərləşən restoranların birində 1983-cu il məzunları bir yerə yığışmışdılar. Hamının çöhrəsində həyəcan və maraq qarışıq bir sevinc vardı. Bir-birimizə ayrıldığımız bu 25 il ərzində kecdiyimiz həyat yolundan danışır, şirin xatirələrin qucağında ötən anlara qayıdırdıq. Sanki hər birimiz sinif otağında parta arxasinda əyləşmiş yeniyetmələrə çevrilmişdik.
  Aparıcının ” Xoş gəlmişsiniz! ” müraciətilə araya bir sakitlik çökdü. Sonra isə söylədiyi şeirlə:

Keçmişə qyıtmaq istərəm hərdən,
Bircə saatlığa, bircə anlığa.
Keçmişə qayıtmaq istərəm hərdən,
Qayğılı, qaygızıs şən uşaqlığa.

Keçmişə qayıtmaq istərəm hərdən,
Ömrümüun ən gözəl çagı ordadır.
Heyif ki, geriyə qayıtmır zaman,
Bax ona görə də gözüm yoldadır.

teyyub&xəlilov&zərdab_toyu-bizi bir daha qayğısız bir dünyaya apararaq müvəqqəti də olsa zamanı ”geri döndərdi”, gözlərimizi o həsrət dolu yollardan yığdı.     Aparıcının şirin avazı, sehirli səsi məni valeh etmişdi. Onun kimliyilə maraqlananda ” Nəinki zərdablıların, qonşu rayonlarda yaşayanların, həmçinin Rusiyadakı həmyerlilərimzin el şənliklərinin, toy məclislərinin aparıcısı Teyyub Xəlilov” kimi təqdim etdilər onu mənə. Indicə söylədiyi şerin müəllifi də özü olduğunu vurğuladılar. ...   
   Teyyub Bagı oğlu Xəlilov Zərdabda anadan olub, orda da yaşayır. Zərdablıların sevimlisidir. Bu insan haqqında qiyabi də olsa çox eşitmişdim-yerlilerimin, dost-tanışların söhbətindən və bir də həmishə sevə-sevə oxuduğum ”Kur damlaları” kitabından. Sözdən, sözun qüdrətindən çox yazılıb, çox deyilib.
    Söz insanın yaradıcı quvvəsidir. Dunyanı heyrətləndirən fikir və duşuncələr sözlə ifadə olunur. ALLAH bu qüdrəti, bu məharəti hər insana bəxş eləmir. Bu cür xoşbəxtliyə malik olanlardandır Teyyub Xəlilov. Musiqinin muşayiətilə eşidilən Teyyub səsinin təsiri altında öz iç dünyama, könül mülkümə cəkilmiş, sanki tərki-dünya olmuşdum.

Başımı qaldırıb göylərə baxdım,
Birdən qəribliyim yadıma düşdü.
Buludlar içində tək ulduz gördüm,
Tənha yetmiliyim yadıma düşdü.

Ağrılı, acılı getdi uşaqlıq,
Gənc ikən qapımı döydü qocalıq.
Gülməyin, könlümdən keçir çagalıq,
Yellənən yürüyüm yadıma düşdü.

Ana ətəyindən tutub durduğum,
Kədərdən, qüssədən uzaq olduğum,
İyləyib, ətrindən ləzzət aldığım,
Qazmaxlı çörəyim yadıma düşdü.

  Onun söylədiyi şeirlərdən bir daha hiss etdim ki, secilən söz sahiblərindəndir O. Bəli, söz məqamında, məkanında söz olur. Gərək onu duya biləsən, deyə biləsən, tuta biləsən…. 
   Bax, Teyyub şeirləri də bu baxımdan həssas qəlbi, duşünən beyni, döyünən ürəyi özünə diqqet çəkməyə vadar edir. 
teyuub&elnara    Bu görüşün videogörüntülərini izliyərkən onun özünə məxsus pafoslu qiraət nitqinə malik olduğunun bir daha şahidi oldum.
   Azərbaycan ədəbiyyatında ilahi məhəbbət rəmzi olan qəzəl janrının ən görkəmli nümayəndələrindən biri Əliağa Vahid qəzəllərini söyləyərkən qəzəlxanı elə bir xüsusi tərzdə haraylayır ki, bu haray ustadın ruhunu onu dinləməyə məcbur edir və bu ruh Teyyub harayi ilə birləşərək dinləyicini Vahid məhəbbət dünyasına aparır, hər bir insanın qəlbində yalnız özünə məxsus bir məhəbbət simfoniyası yaradır.
   Sənət dunyası bir dəryadır - buraya naşı da, qəvvas da baş vurur. Naşı boğulur, qəvvas isə dəryadan inci cixarır.
  Mən, Teyyub şer dünyasına bələd bir oxucu kimi əminliklə deyə bilərem ki, O, nashi deyil. Vaqif Bayatlının bir sözu var “…sözu yerin köləliyindən azad etmək”. Teyyub məncə, şeir, qəzəl dəryasından seçdiyi inciləri yerin köləliyindən azad edir, qanadlandırır, uçurur. Və sözlə bərabər bizim də ruhumuzu göylərə qaldırır, bizə yerə yuxarıdan baxmağı öyrədir, dünyamızı tanıdır, eybəcərliklərin baş alıb getdiyi bir məkanda saflaşdırır bizi.

Şeş istəsək, hər bir zərin yeki var,
Hər zirvənin enişi var, diki var.
Ürəklərin güc çatmayan yükü var,
Ürəkləri oxuyan var, yozan var,
Bəxtimizi bizdən xəlvət yazan var.

    Həmishə zirvənin yüksəkliyində olasınız ,Teyyub bəy. Hansısa kitabda oxumuşam ki, aqil insanın yolu könül mülkünü fəzilətlərlə bəzəmək, hamının imdadına çatmaq, əməllərində yaşamaq, insanlara xoş duyğular bəxş etmək və s. hisslərin qurulmasından keçir. Teyyub bəy, insanların könül mülkunə xoş duyğular bəxş etmək məharətini ALLAH sizə çox görməsin. “Bəxtimizi bizdən xəlvət yazan” O boyuk yaradan səsinizə, avaziniza, nitqinizə qıymasın!Amin!

ABDULLAYEV H. ( zərdab.com.az - ın arxivindən, 2008)
Allah nitqinizə qıymasın, Teyyub bəy! Allah nitqinizə qıymasın, Teyyub bəy! Reviewed by Camil Asad on 10.1.17 Rating: 5
Blogger tarafından desteklenmektedir.