Weather forecast for Zardab

Zərdabı Fransa və Malaziya ilə bağlayan "Əlvənd"

 Zərdabın Əlvənd kəndinin adının qısa tarixi

Govurqalanın Zərdabın Əlvənd Kəndi ilə əlaqəsi
Gavurqala - bərpa təsviri
  Nəinki Zərdabın, eynu zamanda Azərbaycanın ən qədim kəndlərindən biri olan Əlvənd kəndinə yol alaraq onun insanları, tarixi ilə tanış olmazdan öncə bu toponim haqqında müəyyən məlumatlar toplamaq istədim. Bu məsələdə Zərdabın Əlvənd kənddindən olan Maarif Qurbanovun təqdim etdiyi məlumatlar kömək etdi. 

Azərbaycan ərazisində "Əlvənd" toponimi

 Əlvənd toponiminə bir çox bölgələrdə rast gəlinir və müxtəlif izah olunur. Məsələn, B.Ə.Budaqov və N.G.Məmmədov "Azərbaycanın Lənkəran Reginu toponimlərinin izahlı lügəti"-ində (“Elmi irsimiz” N 08, https://www.library.atgti.net/uploads/e-books/ 128.pdf) Masallı rayonundakı Alvadi kəndinin kökünü araşdırarkən, kəndin əsl adının Əlvənd oldigunu qeyd edir, Əlvəndin “Əli nəsli” demək olduğunu bildirirlər.  Onlara görə Əli şəxs adı, «vənd» isə fars dilində nəsil deməkdir. Bu ərazidəki Alvadi çayının adının da  kənd adı və “çay” sözündən yarandığı bildirilir. 
 Başqa bir mənbədə (https://az.wikipedia.org/wiki/Xanq%C9%99rv%C9%99nd) bu cür etnonimlərin Azərbaycan dilində uşaq, boy ("nəsil, tirə" mənasında) və İran dillərinə məxsus eyni mənalı "vənd" formantı əsasında yarandığını göstərir və nümənə kimi  Qərvənd (Gərayvənd), Əlvənd, Xocavənd və s. adları göstərirlər.

   Qarabağ tarixinin araşdırıcıları Govurqalanın (Azərbaycan respubliksı ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı-  Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşir) yaxınlığındakı bir ərazi indi də «Əlvənd» dərəsi adlandığını qey edərək, bunun  çox güman ki, Aluen (bir versiyaya görə Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır)  sözünün qismən dəyişilmiş forması olduğunu qeyd edirlər. (http://karabakhinfo.com/12311). 
   Əlvənd toponiminə digər ərazilərdə də rast gəlmək olar. Məsələn , Əlvənd yaxud Əlvənd kuh İranda Həmədan şəhərindən 10 km cənubda  yerləşən Zaqos dağ silsiləsinin zirvələrindən biridir. Əllvənd zirvəsi İranda müqəddəs hesab edilirdilər. Sözün etimoloqiyası Əlvənd - Alvand - Alband - Alban - Alpan - Alp uca, müqəddəs, yüksək, hündür, yuxarı kimi izah edilir (https://az.wikipedia.org).
 19-cu əsrdə İranın Qəzvin vilayətində kənd olan Əlvənd, hazırda  Qəzvin ostanının şəhərlərindən biri və Əlburz şəhristanının mərkəzidir. (http://wikivisually.com/lang-az/wiki/%C6%8Flv%C9%99nd_%28%C5%9F%C9%99h%C9%99r%29).
    Bir sözlə, Zərdabın qədim kəndlərindən olan Əlvəndin tarixi kimi adı da bir toponim kimi maraqlıdır.

   Zərdabdan Malaziyayadək...  

    Maarif Qurbanovun sosila şəbəkə vasitəsi ilə təqdim etdiyi qeydər də diqəti çəkir. O yazır:
Zərdabın kəndləri Əlvəbd Maarif Qurbanov
Maarif Qurbanov
Bu kəndin istər adı , istərsədə tarixi hələdə tam arasdırılmayib. Bu adla bağlı bir axtarıs aparsaq , dunyanıin çox yerində bu ada rast gəlmək mümkündur , Avropadan başlamıs cənub –sərqi Asiyaya, Malaziyayadək ( hətta mənim Fesbukda ALVEND KENDI adlı malay dostum da var ). 
  O, daha sonra qeyd edir:
Fransanıin qərbinde Alvend adlı dünyaca məşhur kosmetik zavod-laboratoriya mövcuddur. Onun məhsulları öz Alvend adı ilə öz mağazaları vasitesi ile satılır. Əslən Əlvənddən olan tarixçi elim xadimlərimizin araşdıirmalarına görə Əlvəndin adı və tarixi lap qədimlərə - Böyük Qafqazın cənub – şərqində , b.e əvvəl 3 – 4-cü  əsrdə yaşamış Alban tayfalarının adı ilə bağlı olması ehtimalı doğru görünür ( Alban - Alvan- Alvana -ALVAND).

 Azərbaycan teatrının banilərindən  biri, Zərdabın Əlvənd kəndində doğulmuş Məhhəmməd bəy Əlvəndi ilə  ana tərəfdən qohumluq əlaqəsi olan Maarif bəy eyniz zamanda dediklərinin təsdiqi kimi bir neçə şəkil də təqdim edib. 

Alvend_fransa
ALVEND mağazalarının yer kurresindeki satış nöqtələri

alvand_kosmetika
ALVEND brend satış mağazası-Fransa

ALVEND_kosmetika
Fransadaki ALVEND kosmetik labaratoriyanin yerlesdiyi reqion

  İran ordusunun dəniz qüvvələrindən Əlvənd adlı hərbi gəmisi vardır. İranın Səhər TV-nin saytında (http://orgin.azeri.sahartv.ir/) bu haqqıda məlumatlar vardır :
 - "İranın Əlvənd gəmisi ali hərbi heyət ilə birlikdə Şrilankanın hərbi dəniz donanmasının təsis edilməsinin 60-cı ildönümü mərasimində iştirak edib". 
- "İran ordusunun dəniz qüvvələrinin Əlvənd hərbi gəmisi və Buşehr himayə gəmisindən ibarət 44-cü flotiliyası Tanzaniyanın Darussəlam limanına yan alıb".
   Kiminsə Zərdab, onun kəndləri barədə maraqlı məlumatları varsa, həvəslə paylaşarıq. 

Zərdabı Fransa və Malaziya ilə bağlayan "Əlvənd" Zərdabı Fransa və Malaziya ilə bağlayan "Əlvənd" Reviewed by Camil Asad on 8.1.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.