www.odnoklassniki.ru saytinda aparılan virtual müzakirənin materialları əsasında
S ***** - Gəlin ümumən İslami qanunlar, məsələlər və nəticələrdən danışaq. Sizcə İslamda nə pisdir? Hansı qayda qanun var ki, humanizmə ziddir? Bilirsinizmi ki, artıq bütün Qərbdə iqtisadiyyatçılarının əksəriyyəti böhrandan çıxış yollarını belə Qurani-Kərimdə və onun ehkamlarında axtarırılar?
Nemət - İslam uzun illər mənim mənsub olduğum milləti-azəru türkünu geriliyə sövq edib. İslam adI altında bu millətin inkişafının qarşısı alınıb, onun dünayaya cıxışı əngllənib. Nəticədə ədəbiyyata kefli İsgəndər, Məmmədhəsən kişi kimi obrazlar gəlib.Islam bu millətə biz düşhündüyümüz qədərdə uğur gətirməyib uzun iller. Amma deyəsən indi vəziyyət tədricən dəyişir. Siz deyəsən dindarsiniz, baxin sabah erməni daşnağı tövbə eləsə və İslamı qəbul etsə biz oluruq müsəlman qardaşı,mən belə qardaşlığı rədd edirəm.
S ***** - mən dindar deyiləm, amma Quranı oxuyuram, lazim gəldikcə, İslamla maraqlanıram. Ermənilərə o lütf verilmiyecek. 100 faiz əmin olun ki, erməniyə bu dini qəbul etmək nəsib olmiyacaq. Çünki onlar şeytandan da pis xislətlidir. Gözəllik onlara yaddır. Mən sizinlə razıyam ki, din xalqı gerilədib. Amma İslam dinimi yoxsa bunu Allah xofu kimi yaymaqla, cahil, savadsız bicarə insanları aldatmaqla İslamın adından istfadə edənlərmi??? Mollalar, axundlar uzun illər, hətta əsrlər öz məqsədləri ücün istfadə edib İslamı. Onların çoxu Qurani anlamayib hec. Düzğün yanaşılmayıb, təhsilə qarşı cıxıblar, qadin-qızı kölə ediblər....Halbuki bunlar yoxdur Quranda.Quranı oxumusuz?
Elturan - Din bəşəriyyətin düsşmənidir! Islama görə biz həmishə torpaqlarımizı itirmişik!
Elturan - Din bəşəriyyətin düsşmənidir! Islama görə biz həmishə torpaqlarımizı itirmişik!
İlqar - Mən o kitabı oxumuşam, hec də orada nə dövlətin inkişafına mane olan şeylərə, nədəki, düşmənçilik və yaxud diğər məsələlərə rast gəlməmişəm. Məsləhət görərdimki, sizlər də oxuyasınız, çünki bizim özümüzün özümüzü idarə etməyə heç zaman cürətimiz çatmaz. Mən də dindar deyiləm, amma qoyulan şərtərə əməl edirəm.
S ***** - Bizim bədbəxtliyimiz ondadir ki, biz özümuz nəyisə öyrənmədən kimlərinsə fikrilə ya adi muşahidələrdən nəticə cixaririq. Elə hüquqların tapdanması da bundan irəli gəlir. Qoy burda hami desin ki, konstitusiyamizi, ailə, mulki ve d. məcellələri oxumuşuq, bilirik. Elecə də QuranI.....deyə bilməz çoxu. amma mülahizələr yürüdə bilirik.
İlqar - Ay xanim, Konstitusiyamizi ən azı 20 dəfə oxumuşam, orda da yaxşı sözlər yazılıb, bəlkə de dünyanın ən hümanist aktları siyahısındadir, amma kağızda yaxşı oxunur, əməldə isə hec də sizinlə razı deyiləm, həmçinin dövlət qulluğu haqqında qanunu da ən azı 45 dəfə oxumuşam, orda da gözəl sözlər yazılıb, amma….
Nəcməddin -Ilqar bəy, bunun günahı özümüzdədi də... Sizcə günahkar kağızdımı ki, üstündə gözəl sözlər yazılıb?
S ***** - İlqar, siz dediklərinizi hamı oxuyubmu??? Quranı da oxumusuz, nə olsun. Hamı oxumayıb ki... Çoxluq heç nə bilmir. Və bundan da azlıqdakı üstünlüklər istfadə edir. Necə ki İslamda. Kimi dindirirsen namaz qilir,oruc tutur, qurban kesir, nəzir edir.amma nece??? Oruc tuturlar gece səhərəcən də yeyirlər durmadan. Orucluqla insan orqanizmini tənzimləyir əsasen,qənaət edir kimsəsizləri doyurmaqçun. Buna əməl edən var? Namaz qilirlar sözlərin mənası nədir bilmirlər, Quran nədir bilmirlər. Nəzir edib ehsan verirlər. Kimlərə - varlılar elə varlılara. Gülüncdür. Qurban kəsirlər satırlar əti ya da özləri kefnən yeyirlır. Axı bu kimsəsizlərə paylanmalidir...İndi deyin, islamin hansı qanunlarina əməl edirik????
Cəmil Əsədov - Islam bizi geri aparib- fikrini oxuyanda bilirsiz nə yadima dushdu- birisi yaxinlasir bir Islam aliminə (bu tarixi faktdir. Heyf ki, alimin adı yadImdan çıxıb), soruşur ki, nədən Allahin sevimlisi olmalı olan müsəlmanlar belə ağır vəziyyətdə yaşayırlar?
Alim cavab verir ki, hanı ağır vəziyyətdə yaşyayan musəlman? Sən əvvəl mənə müsəlmanı göstər mən də sənin sualına cavab verim.
Əzizlərim, müsəlman ərazisində doğulmaq hələ müsalman olmaq demək deyil. Musəlmançılıq qəlbdən gəlməlidir. Nələri etməyi sadalamıram. S***** xanımın cözlərindən sonra bunu artıq hesab edirəm. Qaldı ki, Elturan muəllimin “Din bəşəriyyətin düşmənidir! İslama görə biz həmişə torpaqlarımızı itirmişik!” iddiasına… Elturan muəllim, tutaq ki, sizinlə razılaşdım, düşməni tanıdım. Mənə bəlkə dostumu göstərəsiniz? Bəşəriyyətin kiçik zərrəsi kimi mənim məncə dostumu tanımağa haqqım çatır.
Faiq Əliyev - Cəmil bəy, mən aqnostikəm. Mən Tanrini dərk etməmişəm. Ona görə müzakirə edə bilməyəcəm. Demirəm yoxdu. Tanrı mənim içimdədi. S ***** xanım, kimsə demədi huquq pozuntusu İslamla bağlıdı, sadəcə İslamda bu var. Qadın hüquqları tapdanır. Bir də hər il Məkkə və digər müqəddəs məkanlara milyonlar xərclənir, halbuki bu pulla çox insana əl tutmaq olar. Yəni bu boş formalizə nədən ötrüdü?
Cəmil bəy, qeyd etdiyiniz hadisə maraqlidir. Bəlkə siz mənə deyəsiz, bəs o müsəlmanların günahı nədiki elə yaşayırlar?
Cəmil Əsədov - Faiq, pis yaşamalarının səbəbi elə o cavabdadir. Mənə müsəlmanı göstər cavabında – yəni müsəlmançılıq sadəcə “mən müsəlmanam” deməkdən başlamır, müsəlmançılıq üçün birinci növbədə Adəm övladı insanın ADAMA çevrilməsi prossesi getməlidir.
Faiq,Tanrıya yol hamımızın içindən keçməlidir. "Bir mən vardir məndən içəri", bax o məndən içəri olan məni tapmaq istəyən insan sonda Allahını, Yaradanını tapir. Onu tapandan sonra yaşamaq da asanlaşıir, inan mənə. Amma bu zahiri axtarış olmamlı, insanın içindən, urəyindən, beynindən, hisslerindən keçən bir axtariş olmalıdir.
Faiq Əliyev - Tamamilə razıyam sizinlə. İnsanın icindən gəlməlidi məncə o. Bu gün mənim içimdə o yoxdu. Əslində dinə qulluq etmək insanı rahatladır,amma bu gün Tanrını dərk edən insan çox azdı. Kiminlə danışsan uzaq başı sənə kafir deyəcək , günahdı, elə demə-deyəcək, amma obyektiv oturub analiz etməyəcək ki, Tanri nədi.
Cəmil Əsədov - Faiq, sən bu gün Onu axtarırsansa, bu özu də böyük işdir. Yeri gəlmişkən, heç mən özüm də özümü əsl müsəlman saymıram. Bir çox əməllərim şəriətə ziddir. Amma bunu boynuma alıram, görürəm və onları azaltmağa çalışıram.
Faiq Əliyev - Etiraf yaxsi seydi. Məlumata görə də sağ olun. Amma inanmıram nə vaxtsa, hansısa dini qəbul edib, əmrlərlə yaşayım.
Cəmil Əsədov - Faiq, həyatda nəyəsə , KIMƏSƏ inanmaq lazimdır. İnamsIz çətindir. Mən necə inanmayim ki, çoxları və elə mənim uçün də çıxılmaz görünən vəziyyətlərdən O qüvvə məni üzüağ çıxarıb?
İnsan dini ürəyinin süzğəcindən keçirib inanırsa, artıq əmrlərlə yaşamır, bu onun yaşam tərzi olur. Həyat elə qurulub ki, kiminsə əmrinə boyun əyməli olursan. Allah qarşısında baş əyən şəxs isə, heç vaxt başqası qarşısında başını əymir.
Faiq Əliyev - Tanrı barədə razıyam. Elə vaxt olur ki, ümidin ancaq tanriya olur. Amma dinlə razı deyiləm, ancaq yenə deyirəm dini dərk edib qəbul edənlərə höprmətim var.
Cəmil Əsədov – dini dərk etmek, anlamaq özü böyük bir prossesdir. Şərqin bir filosofu olub, Fərabi (yeri gəlmişkən 18-19-cu əsrlərdə, elə 20-ci əsrin əvvəllərində bir çoxları onu Avropa fəlsəfəsinin də banisi hesab ediblər). O, Allaha , O BÖYÜK HAQQA çatmağın mərhələlərini göstərib.
1. Şəriət
2. Təriqət
3. Mərifət (elm)
4.Həqiqət (HAQQ)
Rufat Sahiboğlu - Axir ki,mövzu mənim gözlədiyim məqama gəlib çatdı. Cəmil bəy, bir xırda düzəliş edim icazənizlə. Sizin qeyd etdiyiniz 4 prinsip sufiliklə bağlıdır. Daha doğrusu kamilliyə gedən yolun mərhələləridir. Sadəcə onu deyim ki, bu Fərabinin ixtirası deyil. Bunu ondan daha əvvəl Həllac ibn Mənsur deyib. Əslində kimin deməsi bəlkə də önəmli deyil. Önəmli olan bu prinsiplərə nə dərəcədə əməl olunmasıdır. Təəssüf ki, çoxlarımız şəriətdən, ən yaxşı halda isə təriqətdən o tərəfə keçə bilmirik. Həqiqətə çatan insan KAMIL insandır! Bu isə hər kəsə nəsib olmur. Din Həqiqətə çatmaq üçün bir vasitədir.
Cəmil Əsədov - düzəliş üçün sağ olun. Və əslində sizin qeyd etdiyiniz kimi, kimin deməyi də əsas deyil. Sufilik təriqətinin xırdalığına varmadan deyim ki, məncə kamil insanlar cəmiyyəti bəlkə də reallıqdan uzaqdir, amma hər birimizin can atmalı, istiqamət götürdüyü bir yoldur. Siz haqlısınız ki, “Həqiqətə çatan kamil insandır!" Amma təssüf ki, cahil insanların çoxluq təşkil etdiyi məkanda kamillyə can atanın ya dərisi soyulur, ya da ki, daşqalq olunur - "Daş atan bilərmi nə günah eylər?”.
Rufat Sahiboğlu – Baxin, Cəmil bəy,elə kamillik yolu da burdan keçir:
Silib gölzərindən axan yaşları,
Öpub əzizlərsən sən o daşları.
Deyərsən ey mənim qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?
Xaliqə gedən yol xalqdan keçir. Xalqı sevecəksən ki, Xaliqə çata biləsən.
Cəmil Əsədov -
Hər daş özü boyda köz olub yanar
Cana damğa kimi basılıb yanar.
Qanlı yaraların qızarıb yanar
Səni başdan başa çilcıraq eyler.
Rufat bəy, icazə verin mən də bir balaca duzəliş edim. Təkcə xalqa yox, insanliğa sevgidən keçir bu yol.
Rufat Sahiboğlu - Düzəlişinizlə tam razıyam,Cəmil bəy.
Bircə tilsimi var, sevgi tilsimi
Kim qirar Tanriya bağlı bir simi?
Tanrı Tanrıdırsa öz elçisini
Min bir daş altında yenə sağ eylər
Tanrıya sevgiylə, eşqlə bağlanan insanlar həmişə daş-qalaq olunub təəssuf ki...
S ***** - CƏMIL BƏY VƏ RUFƏT SAHIBOĞLU, YAZDIQLARINIZ SADƏCƏ VALEHEDICIDIR.
Kamil insandan soz duşmuşkən, məncə əslinde Nəsimi kafir deyildi. Allahı danmirdi. Diqqət etsəz, onun yazdıqlarının hər kəlməsinin arxasında dərin mənalar insanı heyrətə salırdı. O, həqiqi haqq yolunu təbliğ edirdi. Sadəcə bu, o dövrün ruhanilərinə xeyir etmirdi.
Cəmil Əsədov - çox sağ olun, S***** xanım! Bəzən yer problemləri bizi ğöylərdən ayırır! İşlə əlaqədar davam elətdirə bilmədim bayaq.
Ramiz Rövşənin o şerinin məncə çox gözəl sonluğu var...
Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikər, Saray eylər.
Tanri hər kəsin qiymətini verir hər kəs layiq olduğunu alır.
Nəsimi məncə də kafir dyildi! “Həqq mənəm, həqq məndəir” ifadəsinə bəlkə başqa bucaqdan baxaq? “Məndə də HAQQDAN var” kimi. Yaradan Adəmi yaradarkən onu cana gətirmək üçün nəfəsini ona vermədimi? Hər birimizdə Yaradanın zərrəsi var.
Yaxud sırf dini, şəriət nöqteyi-nəzərinden Əliağa Vahid , yumuşaq desək , dinin tələblərini pozurdu öz davranışı ilə .... amma həmişə başı “dumanlı” tanıdığımız Vahidin fəlsəfəsinə baxın:
Tanrının zərrəsidir, növü bəşər
Zərrənin qismətinə zərbə duşər
Zərrələr get-gede lap zərrələşər
Kim kiçilməz özü HAQQIN səsidir
Biz kimik, məclis ONUN məclisidir.
Rufat Sahiboğlu - S*****, xanim təşəkkür edirəm xoş sözlərə görə.
Keçək Nəsimi söhbətinə. Nəsimi kafir deyildi. Onun öldurülmə səbəbini isə çalışıb qısaca da olsa izah edirəm. Nəsimi KAMİLLİK zirvəsinə yüksəlmişdi .Allahı dərk etmişdi. Sufiler üçün, daha doğrusu kamilliyə çatmış sufilər üçün digər insanların qəlbi açıq məktub kimidir. Amma Nəsimi səhv etdi. O Allahı dərk etdiyini diline gətirməməli idi. Bu sufi təlimində də yasaq buyurulub. Ancaq Nəsimi bu yasağı pozdu və cəzalandırıldı. Kaş ki,hər birimiz insanliğı və Yaradanı Nəsimi qədər sevə biləydik.
Elsevər - məndə sığar iki cahan-bunu izah edə bilmədikləri üçün yazdılar ki –məndə sığarikən cahan. Nəsimi bu misra ilə iki cahana, ruha və cismə işarə edirdi.
Cəmil Əsədov,siz haglısız. Quranda deyilir, biz özümüzdən ruh ufurduk-yəni hər bir kəsdə Ondan bir zərrə var. Quranda bir də deyilir: "Mən Sizinlə qəlbiniz arasındayam." Nəsimi Haqqı kənarda axtarmırdı, o Onu özündə bilirdi. Hər bir kəsin daxilində haqla batılın mübarizəsi gedir. O kənarda deyil. Nəsimi sufi idi, sufiler isə ALLAHLA özləri arasında heç kəsi görmürlər. Bu həqiqi sufizmdir. İndi isə sufist radikallar əmələ gəlib və bunlar Dağıstanda sələfilərlə kəllə-kəlləyə gəlirlər. Bu da xüsusi düşünülmuş gedişdir. Müsəlmanları bir-birinə garşı qoyurlar.
Cəmil Əsədov
Rüfət bəy, Nəsimi barəsində mən sizinlə 99% razi, qalir 1% . Bilirsiz, "Allahı dərk etmiş" demək, haradasa sonsuz olanı insan dərrakəsi
çərçivəsinə salmaq , məhdudlaşdırmaq deməkdir, bu isə mümkün deyil. Bu dünyada Allahı ruhunda, qəlbundə hiss edə bilərsən,
amma hissləri materialaşdırıb izzah etmək artıq hiss etdiyini bəsitləşdirir. Mənəcə Nəsimi Allahı sevməkdə, tanimaqda, anlamaqda
ətrafındakılardan çox irəli getmişhdi - bunu gözü götürmədi ətrafındakıların. Həmişə belə olub, zatən naqis olanlar irəli gedənləri
qəbul etmir.
Elsevər -dərk etmək deyəndə onu fiziki dərkdən söhbət getmir. Biz ALLAHI onun onun yaratdıqları ilə görür vədərk edirik. Fiziki olaraq Allahı dərk etmək qabiliyyəti bizə verilməyib.
Rufat Sahiboğlu Müxtəlif formalarda ifadə etsək də,məncə hər uçümüz eyni fikri deyirik.
Nəsiminin səhvi
Reviewed by Camil Asad
on
21.12.16
Rating: