Ömər Tarverdiyev-Əməkdar müəllim
Zərdablılar həmişə təhsilə, elmə meylli insanlar olublar. Zərdabdada avropayonumlü məktəbin təşkil edilməsi ideyasını ilk dəfə Azərbaycan tarixində bir çox “ilk”lərə öz möhrünü vurmuş Həsən bəy Zərdabi irəli sürüb. 1878-ci ildə Bakı polis idarəsinin tələbi ilə şəhərdən uzaqlaşdırılan Zərdabi öz doğma yurduna dönür və burada kiçik bir məktəb təşkil etməyə çalışır.
Hənifə xanım Məlikovanın Zərdabinin tərcumeyi halında bunları belə xatırlayır:
Zərdablılar həmişə təhsilə, elmə meylli insanlar olublar. Zərdabdada avropayonumlü məktəbin təşkil edilməsi ideyasını ilk dəfə Azərbaycan tarixində bir çox “ilk”lərə öz möhrünü vurmuş Həsən bəy Zərdabi irəli sürüb. 1878-ci ildə Bakı polis idarəsinin tələbi ilə şəhərdən uzaqlaşdırılan Zərdabi öz doğma yurduna dönür və burada kiçik bir məktəb təşkil etməyə çalışır.
Hənifə xanım Məlikovanın Zərdabinin tərcumeyi halında bunları belə xatırlayır:
“Zərdabda işləmək üçün geniş meydan vardı. O, birinci növbədə burada maarifin yayılmasına çalışırdı. Zərdab kəndi Göyçay, Şamaxı, Ərəş qəzalarının başqa kəndləri kimi şeyxlərin nüfuzu altında idi.....Həsən bəyin arvadı kəndli uşaqlarına dərs verir, tez-tez qadınları başına yığıb onlara ruscadan hekayələr tərcümə edib oxuyur, əl işləri, barama qurdu becərmək və sairə öyrədirdi. Şeyxlərin təsiri getdikcə azalırdı. Həsən bəy Zərdabda məktəb açmaq üçün uzun müddət çalışdı. O, məktəb tikdirmək üçün on iki min manat pul əldə edə bilmişdi.”
Başqa bir
mənbəyə görə indiki Zərdab rayonunun Əlvənd kəndində XIX əsrin sonu XX
əsrinəvvələrində Növruzəli bəyin öz hesabına açdığı dördsinifli rus-tatar
(rus-Azərbaycan) məktəbi fəaliyyət göstərib.
Sovet
hakimiyyətinin ilk illərində Zərdabda üç sinifli məktəb fəaliyyət göstərib.
Yuxarıda qedy etdiklərimiz rayonumuzda avropayönümlü təhsil sisteminin yaranma
tarixinin səhifələridir.
Bu tarixin digər səhifəsi isə Hacı Hüseynovun adı ilə bağlıdır.
Bu tarixin digər səhifəsi isə Hacı Hüseynovun adı ilə bağlıdır.
1932-ci ildə
Sovet hakimiyyəti Zərdab rayonunda da orta məktəb təşkil etmək qərarına gəlir.
Bu məqsədlə Göyçay maarif şöbəsinin
inspektoru Hacı Baba oğlu Hüseynov Zərdaba göndərilir. O, əslən Zərdablı idi, 1911-ci ildə Göyçay qəzasının Gəlmə kəndində (Zərdab) doğulmuşdu.
Hacı müəllim çox qısa müddətdə 10 illik (orta) Zərdab numünəvi kolxozçu-gənclər orta məktəbini təşkil edər və özü də direktor təyin olunur. O, 1932-33/33-34-cü tədris illərində bu vəzifədə çalışıb.
Hacı müəllim çox qısa müddətdə 10 illik (orta) Zərdab numünəvi kolxozçu-gənclər orta məktəbini təşkil edər və özü də direktor təyin olunur. O, 1932-33/33-34-cü tədris illərində bu vəzifədə çalışıb.
Hacı
Hüseynov Zərdab rayonunun tanınmış ziyalılarından olmuşdur. I-IV sinifləri
Zərdabda, IV-VIII sinifləri Göyçayda oxuyub. 1928-1931-ci illərdə Gəncə
Pedaqoji gimnaziyasında təhsilini davam etdirib. Həmin dövrdə gimnaziyada
Azərbaycanın tanınmış bir sıra istedadlı elm, ədəbiyyat, maarif, mədəniyyət
xadimləri oxumuşlar. Onlardan görkəmli ədibimiz, Azərbaycan ədəbiyyatının
inkişafında böyük xidmətləri olan, Mir Cəlal Paşayev, xalq şairi Rəsul Rza,
akademik Məmməd Arif, Azərbaycan Dövlət Universitetinin keçmiş rektoru
tənqidçi-alim Cəfər Xəndn, xalq artisti Barat Şəkinskaya, görkəmli səhiyyə
təşkilatçısı, həkim Cərulla Cərullazadə, kimyaçı-alim Əhəd Əskərovu və digərlərini göstərmək olar.
Hacı
Hüseynov Gimnaziyanı bitirdikdən sonra Göyçay maarif şöbəsinə inspektor təyin olunur. Zərdabda
Hacı müəllimin rəhbərliyi ilə təşkil edilən ilk orta məktəb 1 saylı şəhər orta
məktəbin yerləşdiyi binanın qarşısında hər biri 3-4 otaqdan ibarət olan 2
tikilidən ibarət idi. H.Hüseynov bu məktəbin təşkili və fəaliyyətə başlaması
üçün çox zəhmətlərə qatlaşıb. Rayonun kadr potensialının formalaşmasında bu
məktəbin çox böyük əhəmiyyəti olub. Tanınmış ziyalı, rayon səhiyyə şöbəsinin
müdiri, Səhiyyə Nazirliyinin idarə rəisi olmuş təşkilatçı Qüdrət İbrahimov,
rayon icraiyyə kamitəsinin keçmiş sədri İsmayıl İsmayılov, rayonda ilk
apteklərdən birinin müdiri olmuş Mamed Cəfərov , rayonda hamının tanıdığı, uzun
illər müxtəlif məsul vəzifələrdə çalışmış Kapitan müəllim və başqaları bu
məktəbi bitirmişlər.
Hacı Hüseynov 1934-cü ildə indiki
BDU-nun fizika şöbəsinə daxil olmuş, ali təhsilini, 1939-cu ildə Moskvada
bitirmiş, Azərbaycan Maarif komissarlığının sərəncamı ilə yeni təşkil olunan
Bakı Şəhər 190 saylı orta məktəbə fizika müəllimi təyin olunmuşdur. 1941-ci
ildə Böyük Vətən müharibəsinə gedərək Krımda partizan hərəkatında iştirak
etmişdir. Onun qəhrəmanlığı Ukraynada çıxan “Partizan skoye dvijeniye na
Ukraine”, “Partizanskiy kvitok” kitablarında yer almışdır. 1943-cü ildə
yaralanaraq ordudan buraxılmış, həmin il Maarif Nazirliyinin əmri ilə Laçın
rayonuna tədris hissə müdiri göndərilmiş, sonra məktəb direktoru kimi fəaliyyət göstərmişdir. 1945-ci ildə o, Bakıda 190 saylı məktəbə müəllim göndərilmişdir. 190 saylı orta
məktəb Azərbaycanda ilk və yeganə “Qırmızı əmək bayrağı” ordenli məktəbdir.
Hacı müəllimin həmin məktəbdə yaratdığı nümunəvi
fizika və elektrotexnika kabineti və burada aparılan elmə, təcrübəyə əsaslanan
müasir dərslər SSR Pedaqoji Elmlər Akademiyası və Azərbaycan Maarif Nazirliyi
tərəfindən SSR miqyasında təbliğ olunması tövsiyə edilmişdir. Həmin kabinet
Bakı və Respublika səviyyəsində aparılan müsabiqələrdə dəfələrlə I yeri
tutmuşdur.
SSRİ Pedaqoji Elmlər Akademiyasının
müxbir üzvü, professor Azərbaycanda fizikanın tədrisi və metodikası üzrə demək
olar ki, ilk alimlərindən olan mərhum Abasqulu Abbaszadə Azərbaycan Dövlət
Universiteti və Pedaqoji İnustitutunun fizika fakültələrinin tələbələrinin
təcrübə dərslərini Hacı Hüseynovun yaratdığı fizika laboratoriyasında
keçmələrinə çalışırdı. Ona görə də, o dövrlərdə ali təhsil almış əksər fiziklər
Hacı müəllimin təcrübəsindən istifadə etmiş, onun tələbələri olmuşlar.
Akademik A.Abbaszadə demişdir:
“Müəllimiyin ən gözəl nümunəsi olan təvazökar, qabaqcıl maarif xadimi Hacı müəllimdən tələbələrimiz həmişə öyrənmişlər, gələcəkdə də öyrənməyə borcludurlar.”
Hacı müəllim II dünya müharibəsindən
sonra xalq komissarlığı yanında savadsızlığa qarşı dövlət komisiyasının üzvü
olmuş, regionlarda o cümlədən Zərdabda əhali arasında təbliğat aparmış,
imkansız, savadlı uşaqları Pedaqoji İnstitutun hazırlıq kurslarına
yerləşdirmiş, həm öz sahəsində onlara dərs demiş, həm də oxuduqları dövrdə
onlara hər cür yardım göstərmişdir.
Respublikada ilk fizika
olimpiadalarının təşkilatçılarından olmuş, uzun illər fizika-riyaziyyat tədrisi
jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
Hacı Hüseynov Azərbaycanın əməkdar
müəllimi, “Qabaqcıl maarif xadimi”, Respublika Maarif Nazirliyinin baş müəllimi
və metodisti, Respublika üzrə fərdi təqaüdçü olmuşdur.
“Krım partizanı” döş nişanı, “Vətən
müharibəsi” ordeni və medallarla təltif olunmuşdur.
Hacı müəllim 1995-ci il iyunun 10-da Bakıda vəfat
etmişdir.
Zərdabda ilk orta məktəb
Reviewed by Camil Asad
on
18.12.16
Rating: