«Zərdab kolxozçusu»-ndan "Əkinçi"-yə gedən yol
Uzun müddət rayon qəzetində çalışmış, bir müddət rayon dövlət arxivinin müdiri işləmiş Mirağa Bağırov Zərdab mətbuatının tarixiniun XX əsrin 30-cu illərindən başlandığını bildirir.
Bu barədə o, 25.12.2009-ci ildə zardab.com.az saytında getmiş yazıda qeyd etmişdir:
Əlimizdə olan rəsmi və mötəbər sənəddə göstərilir ki, rayon qəzetinin ilk nüsxəsi 1935-ci ildən çıxır. 1938-ci il yanvarın 1-ə aid olan arxiv məlumatlarına görə Mikayıl Mikayılov adlı şəxs «Zərdab kolxozçusu» qəzetinin müxbiri, şöbə müdiri və müvəqqəti redaktoru, sonralar məsul redaktoru, az sonra 300 manat maaşla redaktoru işləmişdir.M.Bağırov arxiv materiallarına əsaslanaraq ilk Zərdabın ilk mətbuat orqanını əməkdaşları barədə də məlumat verir:
- Musa Xəlilov - mürəttib (sətiryığan);
- Balakişi Atakişiyev çapçı;
- Xaspolad Məcnunov - məsul katibi;
- Qədir Süleymanov- ədəbi işçisi;
- Məhəmməd Şəmsəddinov - 100 manat maaşla mürəttib şagirdi;
- Paşa xanım - xadimə.
Sonradan məsul katibi və ədəbi işçini Şərif Şərifov və Əvəz Məhərrəmov əvəz ediblər.
Ötən müddət ərzində qəzetin adı dəfələrlədəyişmiş, redaksiyada çalışan insanlar bir-birini əvəz etmişlər.
Mirağa Bağırovun təqdim etdiyi məlumatlara əsasIında «Zərdab kolxozçusu»-ndan "Əkinçi"-yə gedən yolda Zərdab mətbuatının tarixindən bəzi faktları diqqətinizə çatdırırıq:
- 1938-ci ilin sonlarına aid bir sənəddə qəzetin «Zərdab Staxanovçusu» adı ilə çıxdığı, rayon partiya komitəsinin III katibi Səfər Əliyevin muvəqqəti redaktor olduğu, Hüseyn Zərdabinin məsul katib işlədiyi yazılmışdır.
- 1939-ci ildə «Zərdab Staxanovçusu» qəzetinə Nəsir İmranov redaktor, Abdulla Abdullayev ədəbi işçi, Nuru İbrahimov məsul katib təyin olunublar.
- 1942-ci ilin fevralında qəzetə redaktorluq Mehdi Xanməmmədova, sonradan Səfər Abdurrəhman oğlu Əliyevə, həmin il iyulun 8-dən Şərifova Həzra Məhəmməd qızına tapşırılmışdır. Mətbəənin 2 işçisi Qızıl Orduya çağırılır, mərhum Abdulla Həsənov qəzetdə əvvəl paylayıcı, sonra çapçı, daha sonra mətbəə müdiri işləyir.
- Muxtəlif illərdə «Zərdab Staxanovçusu»na Rəbiyyə Alı qızı Mirzəxanova, Sərkər Hüseynəli oğlu Həsənov, Qulu Mürsəliyev redaktorluq etmişlər.
- Ayrı-ayrı illərdə Ramiz Məmmədov, Məbud İsmayılzadə, Fazil İmanov, Mirməhəmməd Teyyubov, çox sonralar Mirağa Bağırov, Fərasət Bilalov məsul katib, Ağabala Əliyev, sonralar AzərTAc-ın indiki baş direktoru işləmiş Aslan Aslanov şöbə müdiri, Əlhadi Rəhimov, Mirağa Bağırov redaktor müavini olmuşlar.
- 1944-cü ildə məsul katib olmuş Ənvər Əmirəliyev sobradan respublikanın birinci qəzeti «Kommunist»in Dağlıq Qarabağda, Lənkəranda xüsusi müxbiri olmuş, «Sərhədçilər» əsərini və «Nişan üzüyü» dramını yazmışdır.
- Abdulla Həsənov 36 il (1957—1993) rayon qəzetinin redaktoru işləmiş, əməkdar jurnalist fəxri adına layiq görülmüşdür.
- Dugər maraqlı fakt ondan ibarətdir ki, 1950-ci ilin yanvarında Bakıya 15 günlük seminara gedən Qulu Mürsəliyevin vəzifəsi müvəqqəti olaraq Anton Sərdarov adlı erməniyə (Anton rayon partiya komitəsinin adi işçisi idi) həvalə edilmişdir. Həmin il avqustun 26-da redaktor Qulu Mürsəliyev Bakıya Mərkəzi Komitəyə iş dalınca gedəndə də redaktoru əvəz etmək həmin erməni Anton Sərdarova həvalə olunmuşdur.
- Zərdab rayonunun qəzeti 1935-ci ildə «Zərdab kolxozçusu», 1938-ci ildə «Zərdab Staxanovçusu», 1954-cü ildə «Kolxozçu», 1966-cı ildə «Pambıqçı» adı ilə nəşr edilib.
- Zəedab rayonunun qəzeti 1983-cü il fevralın 1-dən "Əkinçi" adlı qəzet nəşr olunur. Hazırda qəzetin redaktoru İsaməddin Əhmədovdur.
“Xalqin səsi” qəzeti
Zərdab
mətbutının digər səhifəsi XX əsrin 90-cı ili ilə bağlıdır. 1990-cı
il 20 yavanr hadisələrindən sonra respublikada, o cümlədən Zərdabda bir xəbər boşluğu var
idi.
Məhz bu dövrdə rayon radio qovşağı və gizli yolla çap olunan “Xalqın səsi” bu boşluğu doldumğa çalışırdı. AXC Rayon Şöbəsinin informasiya şöbəsinin müdiri Bəhram Əliyev (Bəhram müəllim) 1990-cı il yanvarın 20-dən başlayaraq iki ay müddətində ölkədə baş verən hadisələrlə bağlı ən yeni məlumatlari müxtəlif mənbələrdən əldə edərək hər gün 2, bəzən 3 dəfə yerli radio qovşağı ilə zərdablılara çatdırırdı.
İnternet media
Məhz bu dövrdə rayon radio qovşağı və gizli yolla çap olunan “Xalqın səsi” bu boşluğu doldumğa çalışırdı. AXC Rayon Şöbəsinin informasiya şöbəsinin müdiri Bəhram Əliyev (Bəhram müəllim) 1990-cı il yanvarın 20-dən başlayaraq iki ay müddətində ölkədə baş verən hadisələrlə bağlı ən yeni məlumatlari müxtəlif mənbələrdən əldə edərək hər gün 2, bəzən 3 dəfə yerli radio qovşağı ilə zərdablılara çatdırırdı.
Eyni
zamanda 12 may 1990-cı il tarixdən başlayaraq AXC Zərdab Rayon Şöbəsinin
"Xalqın səsi" adlı qəzeti fəaliyyətə başladı. Qəzetin redaktoru da
Bəhrəm Əliyev idi. Qəzet gizli çap olunürdu . Hər nömrəsi AXC RŞ-də makinada
yığılır, sonra Bakıda mətbəələrin birində gizli yolla çap edilərək, min bir
çətinliklə rayona gətirilirdi. "Xalqın səsi" qəzetinin cəmi 8 nömrəsi
çıxdı. Sonuncu 8-ci nömrəsi 1991-ci ilin mart
ayında çap olundu.
İnternet media
Burada fərəhlə qeyd
etmək lazımdır ki, regionlarda internet media sahəsinin yaradılması və
inkişafında Zərdab öncülləırdən biri oıub. 2007-2010-cu illərdə fəaliyyət
göstərən www.zardab.com.az saytı elektron məkanda rayonumuz haqqında ilk resurs olaraq, inernet media funksiyasını həyata keçirir , Zərdab xəbərlərini geniş kütlələrə çatdırırıdı. Bu internet resursun təssiçisi Cəmil
Əsədov, admini Yaşar Xəlilov, redaktoru isə Nicat İsmayılov idi.
Qısa müdətdə sayt internet resurslar arasında öncül yer tutmuş, 2009-cu ildə isə Netty 2009 Azərbaycan Mill İnternet Mükafatının nominatlarından biri oldu – 14 nominasiyada keçirilən bu müsabiqədə 300-dən çox iştirakı saytdan 42 sayt ( hər nominasiyadan 3 sayt) final mərhələsinə seçilmişdir. Bu barədə www.zardab.com.az yazırdı:
Qısa müdətdə sayt internet resurslar arasında öncül yer tutmuş, 2009-cu ildə isə Netty 2009 Azərbaycan Mill İnternet Mükafatının nominatlarından biri oldu – 14 nominasiyada keçirilən bu müsabiqədə 300-dən çox iştirakı saytdan 42 sayt ( hər nominasiyadan 3 sayt) final mərhələsinə seçilmişdir. Bu barədə www.zardab.com.az yazırdı:
Mayın 17-də Bakıda, Rəşid Behbudov adına mahnı teatrında NETTY 2009 Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafatvermə mərasimi keçirildi. Tədbirdə www.zardab.com.az rayonları təmsil edən yeganə sayt idi. Tədbirin əsas təşkilatçıları sırasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi də var idi. Müsabiqədə 300-dən çox milli sayt iştirak edib, ancaq onların çoxu ilk iki mərhələni keçə bilməyiblər. www.zardab.com.az ilk mərhələləri uğurla başa vuranlar arasında idi. Bu münasibətlə www.zardab.com.az-ın təsisçisi Cəmil Əsədov NETTY 2009-un təşkilatçıları tərəfindən diplomla təltif olunub."
Hazırda internet informasiya məkanında Zərdab rayonunu
http://zerdab-ih.gov.az/ (rayon icra hakimiyyətinin rəsmi saytı) və ilk
peşəkar region saytı olan http://www.zerdab.com/ ( təsisiçi Nicat İsmayılov)
müvəffəqiyyətlə təmsil edir.
Zərdab mətbuat tarixinin 3 mərhələsi
Reviewed by Camil Asad
on
10.12.16
Rating:
Hiç yorum yok: