Zərdab şəhəri - qısa tarix
Əvvəlki yazılarımızda - onlarla "Zərdaba gedirəm" səhifəsindən tanış olmaq olar - Zərdab-Ucar, Zərdab - Mollakənda marşurutu ilə tanış olduq. Bu dəfəki tanışlığımız Zərdab - Ağcabədi marşurutudur. Amma ilk öncə Zərdab şəhərinin qısa tarixinə nəzər salaq.
Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. "Azərbaycan SSR atlası" kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından ("Qoyun ülumu"ndan - bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir.
I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba ("Qoyun ülumu"na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Oqtay Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti" əsərində yazırdı: "I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı... Zülhiccənin 11-də "Qoyun ülumu" kecidinin yanından Kürü keçdi...
Bu günkü Zərdab şəhərinin adı Şah Məhəmməd Xudabəndənin hakimiyyəti (1578-1587) dövrünə aid olan mənbələrdə çəkilir. Bu düvrdə dövründə Osmanlılar Şirvan ərazisini, bu əraziyə daxil olan Zərdab sancağı ilə birgə öz tərkibnə qatmışdır.
1736-1747-ci illərdə Zərdab ərazisi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibindəki Azərbaycan vilayətinin bir hissəsi olmuş, Nadir şahın öldürülməsindən sonra Zərdab Şamaxı xanlığının tərkibində Qarasubasar mahalına daxil olmuşdur.
Qarasubasar mahılna daxilolan 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Lək, İkinci Lək, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 1821-ci ildə 815 ailə yaşayırdı. Bu kəndlər hazırda Ucar , Zərdab, Ağdaş və Kürdəmir rayonlarının tərkibində inzibati ərazi vahidləridir.
1821-ci ildən Qarasubasar mahılnın naibi Həsən bəy Məlikov – Zərtdabinin babası Məlik Rəhim bəy idi. Mahal naibləri xanın müəyyən etdiyi vergiləri kənd icmaları arasında bölür, kəndliləri qoşuna səfərbər edir, müharibə və yürüş zamanı onlara komandanlıq edir, mahalın sərhədlərini qoruyurdular.
Professor, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas,Azərbaycan Jurnalistlər Birliyinin üzvü[ E.Həsənovun Məlikovlar soyunu araşdırarkən əldə etdiyi səndələrə əsalanaraq Rəhim bəyin 1826-cı ildə də mahalın məliyi (naibi) olduğunu bildirmişdir. ( Farsca yazılan və möhürlənən məktu: “Zərdab mahalının naibi Rəhim bəyə. 1004-cü dəstəyə ən qısa vaxtda çörək çatdırma haqqında əmr. 21 oktyabr 1826-cı il. General – Paskeviç”.
Məlik Rəhim bəyin oğlu Zərdabinin atası Səlim bəydən başqa Əsəd bəy, Qasım bəy, Hidayət bəy adlı öğlanları olmuşdur. Məlik Rəhim bəy həmçinin Qarasubasar mahalına daxil olan daxil olan Zərdab kəndinin yiyəsi (sahibi) olmuşdur. Onunla bərbər bu kəndin sahibləri Məlik Mahmud bəy, Məlik Fətəli bəy, Məlik Niftalı bəy olmuşdur. Ənvər Çingizoğlu , Məlikovlar, "Soy" dərgisi, Bakı, 2010. https://az.wikipedia.org/wiki/M%C9%99likovlar)
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra bu ərazidə çar Rusiyası tərəfindən Göyçay qəzası təşkil edilmiş, 1903-cü ilə aid “Qafqaz Hərbi dairəsinin Hərbi - Topoqrafiksahəsi” adlı xəritədə bir sıra kəndlərlə yanaşı Zərdab ərazisi də qeyd olunmuşdur. Həsən bəy Zərdabi döğma yurdu Zərdabda sürgün həyatı yaşadığı 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazırdı. Onun məktublarında 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşımaları qeyd olunub. 1892-ci ildə isə H.Zərdabi "Kaspi" qəzetində yazırdı: "Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır..."
Sonradan Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə də Zərdab ərazisi Göyçay qəzasının bir hissəsi kimi təşkil olunmuşdur.
Sovet hakimiyyətini mövcud olduğu dövrlərdə də Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. 1933-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü" statistik məlumatlarında 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olması qeyd olunub.
Zərdab rayon kimi 05 fevral 1935-ci ildə təşkil olunmuş, 01 yanvar 1963-cü il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir. 06 yanvar 1965-ci il tarixdən isə Zərdabın yenidən müstəqil rayon statusu bərpa edilmişdir.
Müasir Zərdabın tarixi haqqında müxtəlif məlumatları saytımızın “Tariximiz” bölməsində yerləşdirmişik. Həmin yazıları buradan oxuta bilərsiniz.
Zərdaba gedirəm: Kür sahilində qədim məkan
Reviewed by Camil Asad
on
25.7.17
Rating:
Hiç yorum yok: