Weather forecast for Zardab

Zərdab xəbərləri: "Əkinçi" qəzeti-2007-ci il

Zərdab mətbatından seçmələr 

  Zərdabın yaxın tarixinə aid xəbərlərin bir hissəsinin rayonda nəşr  edilən "Əkinçi" qəzetinin səhifələrində əks olunduğunu nəzərə alıb, XXİ əsrin ilk on illiyində bu qəzetdə çap olunmuş materualların bəzilərini burada yerləşdirmək qərarına gəldik. 

zərdab əkinçi zedab
Zərdabın "Əkinçi" qəzeti
  1983 -  cü ildən  “ƏKİNÇİ” adı altında  çap edilən edilən rayon qəzeti 9935-ci ildən “Zərdab kolxozçusu”, 1937-ci ildən “Zərdab Staxanovçusu”, 1962-ci il yanvarın 1-dən “Kolxozçu”, 1966-cı ildən “Pambıqçı” adl nəşr edilib.  

  Aşağıdakı keçidlərdə  Zərdabda çap olunan qəzetlərdən seçdiyimiz və elektron resursumuzda yerləşdirdiyimiz  bəzi xəbərlərlə tanış ola biləsiz: 
Pulsuz tamaşa, Zərdab staxanovçusu və Satlinin məktubu,
Zərdab mətbatından seçmələr : Zərdaba tarixi səfər .
   Aşağıda isə 2007-ci ildə Zərdabın "Əkinçi" qəzetindədə çap edilmiş bəzi məlumatlar əks olunub. Bunlar da bir tarixdir və bu tarixi sizlərlə bölüşmək istədik. 
 13 iyul 2007-ci il. "Əkinçi" qəzeti. Gənc həmyerlimiz Hüseyin Sərdar oğlu Rəhimov Bakı şəhərində universal döyüş növü olan fri-faytinq üzrə keçirilən Azərbaycan çempionatında 70 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq doğma rayonumuza fəxri diplom və çempion medalı ilə qayıtmışdır.
 28 noyabr 2007-ci il. "Əkinçi" qəzeti. Noyabırın 14-də şəhərimizdəki "Kür" şadlıq sarayında milli mətbuatımızın, teatrımızın, milli xeyriyyəçilik hərəkatının banisi, Rusiyada ali təhsil almış ilk azərbaycanlı kəndli balası, Azərbaycan jurnalistlərinin mənəvi atası, maarifçi-jurnalist, müsəlmanların ilk təbiətşünas alimi Həsən bəy Zərdabinin anadan olmasının 170 və xeyriyyə cəmiyyətinin 135 illiyinə həsr olunmuş konfrans keçirildi. Konfransda proffessor İzzət Rüstəmov, alim Vəli Məmmədov, filologiua elmləri namizədi, millət vəkili Jalə xanım Əliyeva və başqaları çıxış etmişlər.
 29 dekabr 2007-ci il. "Əkinçi" qəzeti. Məlum oldugu kimi ölkəmizin prezidenti cənab İlham Əliyevin 14 dekabr 2007-ci il tarixli cərəncamı ilə Lütvəli Babəli öğlu Babayev Zərdab rayonu İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir. Dekabrın 15-də Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdri cənab Zeynal Nağdəliyevin iştirakı ilə rayonumuzun icra hakimiyyətinin başçısı Lütvəli Babəli öğlu Babayevin təqdimat mərasimi oldu. Mərasimdə diqqətə çatdırıldı ki, Lütvəli Babayev 1959-cu ildə Zərdabın Qaravəlli kəndində anadan olub. 2 ali məktəb bitirib, iqtisad elimləri namizədidir. 1993-cü ildən icra hakimiyyəti orqanlarında çalışır. Bundan əvvəl Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 
  Təqdimat mərasimində L.Babayev çıxış edərək demişdir: "Mən çox sevinirəm və cənab prezidentə ürəkdən minnətdaram ki, məni doğulduğum və çox sevdiyim rayonumuza icra hakimiyyətinin başçısı təyin edib. Bu etimadı doğrultmaq, regionların sosial-iqtisadi inkişafı Dövlət Prpqramında müəyyənləşdirilən vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə, doğma Zərdabımızın Azərbaycanımızın ən gözəl rayonlarından birinə çevrilməsinə nail olmaq üçün bütün qüvvə və bacarığımı sərf edəcəyəm."
Zərdab xəbərləri: "Əkinçi" qəzeti-2007-ci il Zərdab xəbərləri: "Əkinçi" qəzeti-2007-ci il Reviewed by Camil Asad on 28.6.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.