Weather forecast for Zardab

Faxri Ağayevin kitabları

"Fəxri yol” , "SAXLA ZAMANI, GƏLƏR ZAMANI"

Fəxri müəllimlə şəxsi tanışlığım yoxdur. Qiyabi tanışlığım isə təxminən biril öncəyə təsadüf edir. Rus dilli şəbəkədə motivasiya, zamanın idarə edilməsi və sair bu kimi məlumatlar axtarırdım.

Faxri Agayev kitablari


 Əmin idim ki, azərbaycan dilində axtardığımı tapmayacağam. Amma axtarış sisteminin mənə təqdim etdiyi siyahıda azərbaycanlı adını gördükdə sözün həqiqi mənasında təəccübləndim. Əvvəl bir təsadüf olduğunu fikirləşdim. Keçidi açdım və qürurlandım. Məni qürurlandıran öz döğma dilimizdə olan Fəxri Ağayevin bloqu idi. Və həmin dövrdən Fəxri müəllimin qiyabi izləyicisinə çevrildim.

   Bundan az bir az sonra Fəxri müəllimlə bir canlı görüşün təsürratı düzgün qürürlündığımı bir daha mənə sübut etdi. Canlı görüşün iştirakçısı iqtisadiyyat universitetə yenicə qəbul olunmuş oğlum idi: universitetdə Fəxrii müəllimin çıxışı, sonradan Fəxri müəllimin təşkil etdiyi çay süfrəsi arxasında görüş oğlumda güclü təssürat buraxmışdı. 
   Fəxri müəllimin kitabları çap olunduqdan sonra əsl azərbaycanlı xarakteri ilə “bugün-sabah əldə edirəm” deyərək ertələyirdim. Düzü, regionda yaşamağımda buna bir səbəb idi. Bu yaxınlarda Bakıda olarkən kitabları əldə etmək üçün sumqaytlı Aydın bəylə əlaqə saxladım. Və yenə də əsl azərbaycanlı kimi kitabların qiymətinin baha olduğunu qeyd etdikdən sonra kitabların hər ikisini aldım.
  Kitabları oxudum və oxuduqca da əmin oldum ki, qiymət həqiqətən bahalıdır – amma kitabın üstündə yazılan qiymət yox, kitabın içindəki məlumatların qiyməti. Çünki onların hər birində Fəxri müəllimin ömrünün bir səhifəsi hiss olunur, yaşadığı anların möhrü duyulurdu. 
  Kitablar həm dilinə , həm də yazılış üslubuna görə dəyərlİdir. Fəxri müəllim sankii kitabdan auditoriya ilə danışır, (mən ğzum şəxsən onun nitqini eşitməmişəm, amma nitqi də yəqin ki, yazısı kimi axıcıdır), dinləyicini öz arxası ilə aparır, yorulmağa qoymur. Elə faydalı kitablar olur ki, sonacan oxuya bilmirsən, uslub, yazı tərzi yorur adamı, bu kitablarda da isə belə deyil. “Saxla zamanı, gələr zamanı” təqdim etdiyi məlumatlara görə dəyərlidir.
 Düzünü deyim ki, kitabdakı məlumatların bəzilərinin ümümu ruhu mənə rus dilli ədəbiyyatdan tanışdır. Bu da təbiidir. Hər birimiz başqalarından öyrənə - öyrənə inkişaf edirik . “Velosiped varsa onu təzədən icad etməyə dəyərmi?”. Amma velosipedi təkmilləşdirmək olar, mühütə uyğunlaşdırmaq olar və lazımdır. Ən vacibi isə odur ki, bu təkmilləşmə, bu uyğunlaşma və tətbiq olunma öz doğma dilimizdədir və bir mənbədə toplanıb.
  Kitab reallığına görə dəyərlidir. Yəni buradakı hadisələri hansısa Con, yaxud San Saniç təqdim etmir. Bu məlumatları bunları bizmlə birgə eyni havanı udan, bildiklərini öz həyatında sınaqdan keçirmiş bir insan təqdim edir.
 Kitabdan nələr öyrəndim? Biz çox vaxt valideyn kimi öz övladlarımızdan ağıllı, məlumatlı olduğumuzu düşünürük. Amma belə deyil. Bu günkü informasiya bolluğuna, bu informasiyanın təqdim edən texnologiyaların inkişaf tempinə onlar daha cəld reaksiya verirlər, nəinki biz. Biz təcrübəli ola bilərik. İnsanların xarakteri barədə daha çox məlumatlı ola bilərik. Amma bu bizə övladlarımıza hökm etməyə, onları nəyəsə məcbur etməyə hüquq vermir. Onlarla söhbət etmək istəyiriksə “Mən sizlərdən birinizəm – daimi tələbəyəm” deməyi bacarmaq lazımdır.
 Nə kimi qərarlar aldım? Şəxsi inkişafı, Allah ömür versə, nəinki 40-50, 60 yaşında da davam elətdirmək lazım. “İşlənməyən dəmiri pas atar” . Pas atmamaq üçün beynini, düşüncəni, bədənini daim işlətməli və inkişaf elətdirmək lazı gəlir. Şəxsən mənə fiziki inkişaf etdirmək hava və su kimi lazımdır.
 Ən çox xoşuma gələn bölüm. “Müvəffəqiyyət” və “Məsləhətlərim” ən çox xoşuma gələnlərdir.
  Ən çox xoşuma gələn 3 cümlə
    1. Uğursuzluq müvəffəqiyyətin vacib tərkib hissəsidir.Yaralar bizim bəzəyimizdir. Yaralar bizim səhvlərimizdir.
    2. Bu gün bizim əlimizdə dəqiq olan yeganə gündür. Bu gününüzü yeni həyatın başlandığı günə çevirin.
   3. Ətrafınızda böyümək istəyən insanlar olmadıqda siz böyüyə bilməzsiniz.
   Bu kitab niyə oxunmalıdır? Bunu yeniyetmələr oxumalıdır – Allahın bizə ən böyük payı olan zamanı dəyərləndirmək üçün. Ötən dəqiqə, gün geri qayıtmaycaq. Sizin beyniniz bu günki qədər “informasiya” aclığı keçirməyəcək, bu günkü qədər təmiz, məlumtlar üçün açıq olmayacaq. Zamanı , bu günü qiymətləndirin, bu “ac” beyini dəyərli məlumtlarla “yemləməyi” öyrənin.
 Bunu tələbələr oxumalıdır – gələcəkdə diplomlu işsizə çevrilməmək üçün. Həyatda daimi tələbəliyin nə olduğunu anlamaq üçün.
 Bunu mütəxəsislər oxumalıdır – bu gün əldə edilən bilik sabah artıq köhnəlmiş olacaq, zamanı dəyrələndirin, zamanı idarə edin.
 Bunu “ikinci gəncliyinə” qədəm qoyanlar – 40 yaşı adlayanlar oxumalıdır. Səhhəti qorumaq, sağlam həyat tərzini bərpa etmək üçün 40 yaş elə də gec deyil . Heç 50-də gec deyil. Dəyər almaq istəyirsən, dəyər verməyi öyrən , ətrafına, həyatına, peşənə və özünə dəyər verməyi öyrənin - Fəxri müəllimlə birgə !

Cəmil Əsədov. 


Faxri Ağayevin kitabları Faxri Ağayevin kitabları Reviewed by Camil Asad on 2.7.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.