Weather forecast for Zardab

Zərdabdan xəbərlər:2008-ci ildə nələr olub

Xəbərlərdə yaşanan tarix: Zərdab-2008

zerdab_əkinçi
   
  Yerli mətbuatı təmsil edən  “Əkinçi” qəzetində çap olunan Zərdab xəbərləri zərdablılara və qonaqlara rayonun yaxın keçmişinə nəzər salmağa imkan verir. Rayonumuzn "Əkinçi" qəzeti haqqında buradan məlumat ala bilərsiz. 2007-ci ilin qısa xülasəsinə isə buradan keçə bilərsiniz.  

   "Hər yazı bir tarixdir" prinispini əldə rəhbər tutaraq 2008-ci ildə Zərdabın  "Əkinçi" qəzetindən seçilmiş xəbərləri nəzərinizə çatdırırıq.       
    9 yanvar 2008-ci il. "Əkinçi" qəzeti. Dekabrın 29-da bayram tədbitləri çərçivəsində rayon icra hakimiyyətində Azərbaycan Milli Akademiyasının akademiki Fuad Qasımzadənin rayon ziyalıları ilə görüşü oldu. Görüşü rayon icra hakimiyyətinin başçısı L.Babayev açaraq hörmətli akademiki və onun ömür-gün yoldaşı, filologiya elimləri namizədi Mələk xanımı salamladı. Sonra akademikə söz verildi. Akademik F.Qasımzadə Zərdaba ilk səfərindən çox sevindiklərini dedi. Bildirdi ki, atası, görkəmli alim Feyzulla Qasımzadənin və elə özünün də tədqiqat obyekti olan, xalqımızın görkəmli şəxsiyyəti Həsən bəy Zərdabinin doğulub boya-başa çatdığı Zərdaba gəlmək onun çoxdankı arzusu idi. Çox şaddır ki, bu arzu rayon icra hakimiyyətinin başçısı, hörmətli Lütvəli Babayevin təşəbbüsü ilə reallaşdı.
Görüşdə Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin nəvəsi - atası Həmdulla bəy sürgündə yaşadığı dövrdə Daşkənddə doğulan Sara xanım və başqaları çıxış edərək maraqlı söhbətlərinə görə akademikə və onun ömür-gün yoldaşına təşəkkür etdilər.
   11 fevral 2008-ci il. "Əkinçi" qəzeti.  2 fevral Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev "Muğam-2007" müsabiqəsinin diplomantı Sevda Nurəliyevaya rayonumuzu layiqincə təmsil etdiyi üçün təşəkkürünü bildirdi. Eyni zamanda L.Babayev şahmat üzrə Azərbaycan çempionu Fərid Zeynalovu da təbrik etdi, Azərbaycan şahmat federasiyasının dəvəti ilə İrandakı beynəlxalq turnirdə respublikamızın bayragını yüksəkliklərə qaldırmağı arzuladı. Hər iki gəncə rayon icra hakimiyyətinin Fəxri fərmanı və pul mükafatı təqdim edildi.
  12 aprel 2008-ci il. "Əkinçi" qəzeti. 12-14 yaşlı qızlar arasında Bakıda keçirilən şahmat üzrə Azərbaycan çempionatından sevindirici xəbər almışıq. 1 saylı şəhər orta məktəbin şagirdi İzzət Rəhimli 12-14 yaşlı qızlar arasında keçirilən ölkə çempionatında inamla yarışaraq güclü rəqiblərini məğlub etmiş, çempionatın gümüş medalını, eyni zamanda Avropa çempionatına vəsiqə qazanmışdır. Gənc və istedadlı şahmatçımızı bu gözəl qələbə münasibəti ilə təbrik edir, yeni qələbələrini, Avropa çempionatından xoş soragını gözləyirik.
  22 may 2008-ci il. "Əkinçi" qəzeti. Xəbər verildiyi kimi Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev 29 mart 2008-ci il sərəncamıla "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubleyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq etmişdir. Təntənəli yubiley günlərində rayonumuzun rəhbərliyi, qonaqlar, ictimayyət nümayəndələri, məktəbli-gənclər, ağsaqqal və veteranlar Heydər Əliyev parkını və muzeyini ziyarət etdilər, ulu öndərin əzəmətli abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoydular, başdan-başa yenidən qurulan Heydər Əliyev prospektində oldular. Heydər Əliyev kitabxanasının bünövrəsi qoyuldu. "Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən elmi-nəzəri konfransda ölkəmizin görkəmli akademikləri, məşhur alim və ziyalılar iştirak və çıxış etdilər.
   14 iyun 2008-ci il. "Əkinçi" qəzeti. Zərdabda abadlıq işləri davam edir. Şəhərimizin Qumlu adlanan yaşayış massivində yolların bərbadlığını nəzərə alaraq bu əraziyə yol çəkilir. Bundan əvvəl isə rayonun mərkəzi küçələrindən biri olan Azərbaycan küçəsinin də asfalt örtüyü təzələnmişdir.Həmçinin Qumlu yaşayış massivinin qaz probleminin də həlli üçün tədbirlər görülür.
 iyun 2008-ci il. "Əkinçi" qəzeti 21 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününə həsr olunmuş ümumrayon mərasimi üç "Şöhrət" ordenli Muradəli Heydərovun yaşadığı, 416-cı Azərbaycan diviziyasının bayrağını Berlinə gətirən iki "Şöhrət" ordenli Cəlal Cvadovun uyuduğu Məmmədqasımlı kəndində təşkil olundu. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı 86 yaşlı müharibə veteranı Tapdıq Davudov, 106 yaşlı müharibə veteranı Tahir əliyev də çıxışlar etmişlər. 

  01 iyul 2008-ci il. "Əkinçi" qəzeti (Zərdabda bayram tədbirləri). 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babyevin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonumuzda söhbət və mühazirələr, dəyirmi masa, diskusiya və s. təşkil edilmiş, yarışlar keçirilmişdir. Qurtuluş günü şərəfinə minlərlə həmyerlimiz Heydər Əliyev parkını və muzeyini ziyarət etmiş, ulu öndərin abidəsi önünə gül-çiçək qoymuşlar.
 06 sentyabr 2008-ci il, "Əkinçi" qəzeti . Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Həsən bəy Zərdabi adına Zərdab şəhər 1 saylı orta məktəbi 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” musabiqəsində muvəffəqiyyət qazandığına görə 10000 (on min) manat məbləğində pul mukafatı ilə mukafatlandırılmışdır. 
 Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həmyerlimiz, şəhər 2 saylı orta məktəbin biologiya muəllimi, əməkdar müəllim Çimnaz Məlik qızı Məmmədova 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” musabiqəsində muvəffəqiyyət qazandığına görə 5000  (beş min) manat məbləğində birdəfəlik pul mukafatı ilə mukafatlandırılmışdır.
 30 noyabr 2008-ci il, "Əkinçi" qəzeti. Görkəmli maarifçi-jurnalist, təbiətşünas alim H.Zərdabinin anım günü münasibəti ilə noyabrın 28-də rayonumuzda mərasimlər keçirildi. Rayonumuzun rəhbərliyi və Zərdabisevərlər dahi həmyerlimizin şəhərimizdəki heykəlini, büstünü və muzeyini ziyarət edərək abidələrin önünə gül-çiçək qoyular, Zərdabini ehtiramla yad edilər.
Zərdabdan xəbərlər:2008-ci ildə nələr olub Zərdabdan xəbərlər:2008-ci ildə nələr olub Reviewed by Camil Asad on 1.7.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.