Weather forecast for Zardab

Robin Şarma

“Ferrarisini satmış rahib”

Ferrarisini satmış rahib   “Ferrarisini satmış rahib” ilk olaraq 1997-ci ildə çap edilib. 70-dən çox dilə tərcümə olunan kitab 50-dən çox ölkədə nəşr olunmuş kitabın 2013-cü ilədək bütün dünyada üç milyondan çox nüsxəsi satılmışdır. “Ferrarisini satmış rahib” kitabının uğurları müəllifi digər bir özünü inkişaf kitabı olan “Qırmızı ferrarisini satan rahibin gizli məktubları” əsərini yazmağa həvəslədirmişdir.
    Əsərin qəhrəmanı Culian uğurlu hüquqşünasdır. O ,  dəbdəbəli həyata, villaya və qırmızı “Ferrari”yə sahib olan az insanlardan biridir. Cülan bütün gününü işdə keçirir, özünü işinə sərf edir. Məhkəmələrin birində qəfldən infarkt keçirir. Bu infark onun həyatını dəyişir. Sağaldıqdan sonra hər şeyini, hətta sevimli”Ferrari” sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur. Bu tanışlıqdan sonra bu müdriklərdən aldığı dərslər sayəsində o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda onu tanımır.  
Əsərin sujet xətti Culian Mentl və Con arasında keçən söhbət, Culianın mənəvi inkişaf zamanı öyrəndiklərini dostlu Conla danışması şəklində davam edir.
 Kitabın insanın mənəvi dünyansını irəli sürdüyü qaydalrı 7 əsas istiqamətdə qpuplaşdırmaq olar. 

1. Ağlına sahib ol - həyatda öz sevdiyin işini tap və bütün enerjini buna yönəlt. Əgər bütün fikrini və enerjini yönəldə bilsən bütün arzuların gerçəkləşəcək.‎

2. Məqsədinin ardınca get - Fikrini həyatın mənasına yönəlt və yaşa. Qalan hər şey üçün narahat olma, fikirlərinin axarını nizmlamaq üçün kainat hərəkətə keçəcək.‎ 

‎3. Cəsarətli və qoçaq ol. Kainat onlara arxa çıxır. Sən öz həyatın haqda qəti qərar qəbul et , əmin ol , Kainat sənə hərtərəfli ‎kömək edəcək.‎

‎4. Daxili intizam - şüurda olan mənfi fikirləri  yox et, onları daha səmərəli, sevincli fikirlərlə əvəz etmək bacarığını inkişaf edir. ‎

5. Vaxtını qiymətləndir – o bizə verilmiş ən qiymətli kapitaldır. Məqsədinə çatmaq üçün zamanı idarə etməyi bacar, vaxtı qiymətləndir.‎

‎6. Təmənasız ol – bizlərə yaşam üçün verilənələr bir hədiyyədir.  Bəs biz nədən başqalarına təmənnasız xidmət etməyək. Özünü məqsədin üzərində toparla.

‎7. Bu günü, bu gün kimi qəbul et. Qərarları indi qəbul et. Keçmişin əsiri olmaqdan qurtar. Gələcəyinin memarı özün ol!

  Bu qaydalrda onun sevimlisi Paulo Koeylonun təsiri də hiss olunur. Bu kitabdakı fikirlər hardasa  başqa formada olsa da Paulo Koeylonun “Kimyagər”-ini xatırladır. Eyni zamanda Yaradan haqqında düşüncələri haradasa Eynşteynin fikirləri ilə uzalaşır ( Ümumu Ruh, Kainatın fövqəladə qüvvəsi və sair)
   
   Ümumiyyətlə oxumağa dəyər. Oxuyun, araşdırın , qərarlarınızı özünüz verin
Robin Şarma Robin Şarma Reviewed by Camil Asad on 2.7.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.