Weather forecast for Zardab

90 dəqiqəlik sevinc və kədər

Futbol tək tamaşa deyil, o həm də bir həyatdır .

Zərdab kəndlərində futbol
Futbol - bir tamaşadır
 Bir müddət öncə Zərdab futbolu barədə iki kiçik yazı dərc elədik. Bu yazıların biri ilə buradan və digəri isə buradan tanış ola bilərsiz.    
  Zərdab futboluna həsr olunmuş yazılara oxucularımızın münasibəti məni 80-ci illərə qaytardı - orta məktəbin son illəri və tələbə olduğum illərə. Mən də futbol oynamışam, özü də deyilənlərə görə pis oynamamışam. Tələbəliyin ilk aylarında isə futbol mənim üçün bir ünsiyyət dili olub. 
    Zərdabdan uzaq Xarkova tələbə kimi yollanığım dövrün ilk günlərində rus dilində “da” və “net”-dən başqa çox az soz bilirdim. Bu zaman futbol köməyimə çatdı, məhz futbol meydançasında qurduğum ünsiyyət hesabına dost-tanışlarımın sayını artlrdım. Hətta mənə ləqəb də vermişdilər-Qazzayev. O dövrün məşhur futbolçusu kimi lopa bığım vardı. Oyunum da pis alınmırdı. 
   O dövrün xatirələrinin təsəri altında düşündüm – futbol nədir?

  •    Bəziləri deyəcək ki, bu hobbidir, bəziləri maraqlı oyun növü adlandıracaqlar. 
  •    Bəziləri futboilla sərbəst vaxtları olduqda məşğul olduğunu  deyəcək.
  •   Bəziləri üçün isə futbol sadacə bir oyun deyil – futbol həyatdır, doxsan dəqiqəlik bir həyat.  
  Məncə də futbol bir həyatdır - fərqi yoxdur, istər oyunçu ol, istərsə də azarkeş, doxsan dəqiqəlik bu həyatda hər şey unudulur – bir sən olursan, bir də futbol adlı bir oyun. 
   Bəlkə də bu gendən gəlir – kişinin döyüşçü genindən. Qədimlərdə kişilər döyüşməyi seviblər.    Sonralar tamşalar qurulub, insanın insanla döyüşü, insanın heyvanla döyüşü və qana susamış kütlə... 
   Və yaxşı ki, futbol icad olunub. Bəlkə də, tamaşa və döyuşu sevən insan toplumu üçün futbol, insanı vəhşiləşməkdən uzaqlaşdıran bir ixtiradır. 
   Futbolda bir soz də var – QOL. Maraqli sözdür. Planetin müxtəlif güşələrində yaşayan bir-birinin dilini anlamayan çoxlu sayda insana bircə bu söz bəs edir ki, eyni vaxtda KƏDƏRLƏNSİN VƏ SEVİNSİN.
Zərdabda, onun kəndlərində futbol
Futbol - həyatdır
     Bu şəkillərə baxın. Bu şəkillər danışır və deyir ki....    

  •  Futbol   yalnız idman deyil - o, idmandan daha üstündür. 
  •  Futbol   bir ehtirasdır. Azarkeşlərə baxın, buna əmin olacaqsınız.
  •  Futbol  incəsənətdir.  Pele və Maradonanı xatırlayın, Messi və Ronaldoya bir daha tamaşa edin. Demək artıqdır - onların ifaları möhtəşəmdir.
  •  Futbolun öz dili var! Bu elə bir dildir ki, yer üzündə müxtəlif millətə məxsus insanları birləşdirə bilir.
  •   Futbol muharibədir! Bu müharibə döyüşən tərəflər və azarkeşlər üçün bayram, qaliblər üçün isə xoşbəxt analrdır.  
zərdab futbolçuları
Zərdab futbolçuları
  Bu şəkilıərdə isə bizimkilərdir - zərdab futbolçuları. Yuxarıdakı şəkillərdən sonra bu şəkillər sizdə yəqin ki,  ironya doğuracaq , ən azından qəribə gələcək.
  Fikirləşəcəksiniz ki, Pele,  Maradonna , Banişevski, Yaşin və daha kimlərdənsə danışıb, sonra zərdab futbolçularından yazmaq, şəkillərini dərc etmək gülməlidir. Amma məncə belə deyil. Bu futbolçuların hər birnin ürəyində dəfn elediyi Pelesi, Maradonnası var. Və bəlkə də başqa məkanda , başqa zamanda dunyaya gəlsəydilər tanınmış futbolçulardan biri olardılar - ən azından futbola sevgilərinə görə buna haqq edirdilər. Ancaq nə etməli, doğum yerini və məkanını biz seçmirik. 
  Onu da deyim ki, onların da öz fanatları, öz azarkeşləri olub. Sizə bir xatirə  danışım. 8-ci sinifdə oxuyurdum. Böyüklər arasında keçirilən Zərdab rayon çemionatında iştirak edəcək hər komandaya öz tərkibinə 2 azyaşlı oyunçu daxil etməyə icazə verilmişdir. Mən də təhsil şöbəsinin komandasında müdadfiəçi kimi oyuna çıxmışdım. Oyunun bir epizodunda rəqib komandada oynayan Rəhim Ağayev sağ cinahdan topla qapıya döğru qaçırdı. Bizim hamımız isə meydanın mərkəzində toplaşmışdıq. Bir azdan o qapıçı ilə təkbətək çıxacaqdı. Mən öz-özlüyümdə fikirləşdim :  “görəsən ona çata bilərəmmi?” (Ağayev rayonun sürətli öyunçularından biri hesab olunurdu). Çatdım və topu meydançadan çıxartdım. Əslində o anlarda mən qapımıza vurula biləcək qol haqqında fikirləşmirdim. Məqsədmim sonradan tay-tuşlar arasında rayonun ən sürətli oyunçularından birinə çatmaqla qürrələnmək idi –  axı o azarkeşlərin ən sevimli oyunçularından idi. 
  Bu şəkildəkilərə baxın – onalrın hər biri futbolumuzun Rəşad Sadıqovu, Bədavisi, Kamran Ağayevi ola bilərdi. Amma unutmayaq ki, futbol bi teatrdır. Burada tamaşaçı və oyunçularla yanaşı rejisora, menecerə , təşkilatçıya bir ehtiyac var. Tamaşaçısı, oyunçusu olan zərdab futbolunda  bir təşkilatçı, sponsor boşluğu var . Arzulyaq....
 Futbol – bir həyatdır. O həyatın televiziya ekranından zərdabın real həyatına addımlayacağı günü gözləyək.  

 Cəmil Əsədov
 asadovcamil@gmail.com

90 dəqiqəlik sevinc və kədər 90 dəqiqəlik sevinc və kədər Reviewed by Camil Asad on 2.7.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.