Weather forecast for Zardab

Zərdab xəbərləri zardabcomaz-da: fevral 2009

Zərdabı yaxın tarixindən xəbərlər

zərdablılar kəndləru tarixi mətbuat
Zərdabın ilk saytı zardab.com.az
  Yadınızdadırsa, ötən yazılarımızda “Hər yazı bir tarixidr” prinsipini rəhbər tutaraq rayonun yerli qəzetində müxtəlif dövrlərdə çap edilmiş Zərdabın kəndləri, zərdablılar haqqında  xəbərləri sizinlə bölüşmüşdük.
  XX əsrin 30-40-cı illərində  “Zərdab staxanovçusu” qəzetindən  seçmələrlə buradan tanış ola bilərsiz.  "2007-ci ildə Zərdabda nə olub?" sualına cavab almaq istəyənlər buraya daxil ola bilərlər. 2008-ci ildə baş vermiş hadisələrlə buradan tanış olmaq olar.
  Bu gündən başlayaraq isə sizi Zərdabın ilk internet resursu olan  zardab.com.az-ın arxivindən seçdiyimiz xəbərlərlə tanış edəcəyik. İlk seçimimiz 2009-cu ilin fevralıdır.   
 2009-ci ilin fevral ayında sayt oxucularına MUĞAM- 2008 televiziya müsabiqəsinin diplomantı olmuş Sevda Nuralıyevanın yeni uğuru,  Zərdab rayonunu   təmsil edən Gəlmə kənd orta məktəbinin  “cəsurları”-nın qəqləbləri ,  Sevil Gültənin (Nuriyeva) yeni tərcüməsi barədə xəbərlər yerləşdirib.
  2009-cu ilin fevral ayına aid xəbərlərin  bəzilərini, o günlərə qısa xəyali səyahət üçün, bir daha burada yerləşdiririk. 
2009-cu il, fevral
 Əhməd Bağırov: "Zərdab əhalinin siyahıya alınmasına hazırdır" Zərdab rayonunda əhalinin siyahıya alınması üçün lazım olan bütün tədbirlər görülüb. Bu barədə Zərdab rayon Statistika idarəsinin rəisi Əhməd Bağırov məlumat verdi. Əhməd Bağırovun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına əsasən respublikamızın hər yerində olduğu kimi, Zərdabda da əhalinin növbəti siyahıya alınmasına hazırlıq görülüb: "Bununla bağlı rayon əhalisi arasında ətraflı izahat işləri aparılıb. Yerli "Əkinçi" qəzetində materiallar dərc olunub, müşavirə və seminarlar keçirilib. İlk öncə, rayondakı ev və mənzillərin uçotu dəqiqləşdirilib, inzibati ərazilərin, şəhər və qəsəbələrin ünvan və göstəriciləri qaydaya salınıb, xəritə və sxematik planları tərtib olunub, müəyyən olunmuş sayda siyahıyaalma kadrlarının seçilib yerləşdirilməsi, lazımi materiallarla təmin edilməsi diqqət mərkəzində saxlanılıb". Əhməd Bağırov dedi ki, siyahıya alınmanın keçirilməsi üçün rayonda 4 siyahıyaalma, 23 təlimatçı, 117 sayıcı məntəqə yaradılıb: "Ucqar ərazilərdə işin təşkili üçün avtomaşınlar ayrılıb. Respublika Dövlət Statistika Komitəsi və Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən siyahıya alınmanın təşkili və başa çatdırılması ilə əlaqədar lazımi qayğı və köməklik göstərilib".
 Zərdabda iki ay yarımlıq körpə yol qəzasında öldü. Zərdab rayonunun "Dördyol" adlanan ərazisində ağır yol qəzası baş verib. Zərdab rayon sakini Qocayev Əhməd Yasin oğlunun idarə etdiyi 10 DO 749 dövlət nömrə nişanlı "21 011" markalı maşınla Bakı şəhər sakini Q.Ə. Mirzəyevin idarə etdiyi "KamAZ" toqquşub. Nəticədə Ə. Qocayevin sərnişinləri, Zərdab rayon sakinləri, S.R.Məmmədova və onun oğlu, 2002-ci il təvəllüdlü M.Ə.Köçəliyev Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriiliblər. S. Məmmədovanın qızı, 2009-cu il 15 yanvar təvəllüdlü N.Ə.Köçəriyeva yerindəcə ölüb. Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır. /Lent.az/
 Sevil Gültənin (Nuriyeva) yeni tərcüməsi. Saytımızın yaradıcı qrupunun üzvü, həmyerlimiz Sevil Gültənin (Nuriyeva) ingilis dilinə tərcümə etdiyi Mirkazım Seyidovun "Zamanın nəbzi" poeması Novosibirskdə, "H.Əliyev adına Beynəlxalq Azərbaycan Formunun" dəstəyi ilə çap edilmişdir. Gözəl tərtibatı ilə seçilən, 399 səhifədən ibarət olan bu kitab Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin ön sözü ilə başlayır. Görkəmli dövlət xadimi H.Əliyevin obrazını tamamlayan bu kitabda prezident İ.Əliyevin çoxsahəli fəaliyyəti ümumiləşdirilmiş şəkildə təqdim edilir.
  Həmyerlimiz festifalın qalibidir! "Respublika Gənclər və İdman Nazirliyinin 28-29 mart 2009 cu il tarixdə R.Behbutov adına Azərbaycan Dövlət Mahnı Teatrında kecirdiyi “HÜNƏR” IV Vətənpərvərlik Mahnıları Festifalında həmyerlimiz , gənc müğənni, MUĞAM- 2008 televiziya müsabiqəsinin diplomantı olmuş Sevda Nuralıyeva qalib olmuşdur". Bu məlumatı saytımız Zərdab rayon Gənclər və İdman idarəsinin baş məslənətcisi Eldar Xəlilov vermişdir. Bütün zərdablılar adından 70 rayondan hər birində bir nəfər olmaqla kecirilən bu Festifalda tutbuğu I yerə görə Sevda Nuralıyevanı təbrik edir ,ona uğurlar arzulayırıq.
  Zona birinciliyində birinci! Zərdab rayon Gənclər və İdman idarəsinin baş məslənətcisi Eldar Xəlilovun verdiyi digər məlumata görə Gənclərin hərbi - vətənpərvərlik tərbiyəsində müstəsna rolu olan , Respublika Gənclər və İdman Nazirliyi tərəfindən kecirilən “Cəsurlar” hərbi-idman və turizm oyununun 10 mart 2009 cu il tarixdə Ağsu şəhərində kecirilən zona birinciliyində Zərdab rayon komandası I yer tutaraq finala vəsiqəni təmin etmişdir. E.Xəlilov bildirmişdir ki, Zərdab rayon komandasını təmsil edən Gəlmə kənd orta məktəbin “cəsurları” kecən il kecirilən “Cəsurlar” hərbi-idman və turizm oyununun zona birinciliyində də I yeri və finalda isə II yeri tutmuşlar.
  Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair məlumatlar ilk dəfə çap edilib. Azərbaycan Milli Elmlär Akademiyasının (AMEA) Älyazmalar İnstitutunda saxlanan Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair 200-ə yaxın məlumat ilk dəfə çap edilib. İnstitutun direktor müavini Paşa Əlioğlunun verdiyi məlumata görə, bu sənədlər filologiya elmləri doktoru Cənnət Nağıyevanın "Həsən bəy Zərdabinin arxivinin təsviri" kitabında əks olunub. Kitabda oxuculara Həsən bəy Zərdabinin məktubları, fotoşəkilləri, "Əkinçi" qəzetinin nəşrinə dair sənədlər haqqında ilk dəfə yetkin məlumat verilib.
  Azərbaycan, Bakı, 03 mart / Trend News. Azərbaycanın Zərdab rayonunun Məlikli, Gödəkqobu və Yuxarı Seyidlər kəndlərində çərşənbə axşamı "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğular istifadəyə verilib. "Gün ərzində 30 m3 su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Məlikli kəndinin 1805 nəfər əhalisi 15 bulaq, 20 m3 gücünə malik sutəmizləyici qurğunun fəaliyyəti nəticəsində Gödəkqobu kəndinin 1345 nəfər əhalisi 10 bulaq, Yuxarı Seyidlər kəndinin 760 nəfər əhalisi 8 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edə biləcək" - sutəmizləyici qurğuların açılış mərasimində iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Zərdab xəbərləri zardabcomaz-da: fevral 2009 Zərdab xəbərləri zardabcomaz-da:  fevral 2009 Reviewed by Camil Asad on 14.7.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.