Weather forecast for Zardab

Zərdab xəbərləri zardabcomazda: aprel 2009

ZƏRDABIn YAXIN TARIXINDƏN XƏBƏRLƏR 

zərdab xəbərləri kəndləri mətbuat


  Müəyyən dövür ərzində Zərdab, onun kəndləri, insanları haqqlnda xəbərlər rayonun “Əkinçi” qəzeti ilə yanaşı onun ilk internet saytı olan zardab.com.az-da da yerləşdirilirdi.     
  Virtual məkanda vaxtı ilə rayonumuzu təmsil etmiş bu sayt 2009-cu ilin fevral ayında öz səhifələrində MUĞAM-2008 televiziya müsabiqəsinin diplomantı olmuş həmyerlimiz Sevda Nuralıyevanın yeni uğuru,  Zərdab rayonunun “cəsurları”-nın qələbləri, zərdablı Sevil Gültənin (Nuriyeva) yeni tərcüməsi barədə xəbərləri isə  yerləşdirmişdir. Həmin xəbərlərdən bəzilərini o günlərə qısa xəyali səyahət üçün burada yerləşdirmişik. 
    Bu gün isə yaxın tariximizə bir daha nəzər salmaq üçün 2009-cu ilin aprel ayında zardab  com.az-da getmiş xəbərlərdən seçmələri  sizə təqdim edirik.

2009-cu ilin aprel ayı

Zərdabda "Erkən nikaha və qadın zorakılığına yox deyək!" adlı tədbir keçiriləcək 

    Son illər erkən nikah və qadın zorakılığı əsas problemlərdən birinə çevrilib. İndi ölkəmizdə boşanmaların əsas səbəbi kimi də məhz bu iki amil qeyd olunur. Eskpertlər isə hesab edirlər ki, bu kimi çatışmazlıqların aradan qaldırılması üçün ilk növbədə insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Erkən nikah və qadın zorakılığı Zərdabda kütləvi hal almasa da İcra Hakimiyyətinin dəstəyi ilə rayonda bu mövzuda mütəmadi maarifləndirmə xarakterli tədbirlər keçirilir. Növbəti belə tədbir aprelin 29-u Şəhər Mədəniyyət evində baş tutacaq. Gənc qızların iştirakı ilə gerçəkləşəcək tədbirdə ekspert məruzələri dinləniləcək.
Redaktorumuz Nicat İntiqam dəhşətli terror hadisəsindən vieoları təqdim edir
   Hörmətli, www.zardab.com.az izləyiciləri. Redaktorumuz Nicat İntiqam ötən gün Bakıda baş vermiş dəhşətli terror olayı ilə bağlı görüntüləri əldə edib. Hazırda həmin görüntülər dünyanın ən böyük saytlarından olan www.youtube.com-da yayılmaq üzrədir. Əminik ki, həmin dəhşətli anlar sizin üçün də maraqlıdır. Həmin videolara baxmaq üçün aşağıdakı linkə daxil olmağınız kifayətdir.
        http://www.youtube.com/watch?v=Bn7fueOkbAY 
www.zardab.com.az kollektivi olaraq bizdə həmin dəhşətli terror hadisəsi ilə bağlı xalqımıza, həlak olanların yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin! 
Həmyerlimiz İzzət Rəhimlidən növbəti möhtəşəm qələbə 
 Zərdab şahmat məktəbinin yetirməsi İzzət Rəhimli Yunanıstanın Soloniki şəhərində keçirilən şahmat üzrə V Dünya Çempionatında növbəti möhtəşəm qələbəsini qazanıb. www.zardab.com.az-ın məlumatına görə, İzzət Rəhimli indiyədək keçirdiyi oyunlardan mümkün 5 xaldan 3,5 xal toplayıb. O hazırda IV yerdədir. Bu gün isə o , İndoneziya təmsilçisi Dewi Aa Citra ilə gücünü sınayacaq. Qeyd edək ki, İndoneziya təmsilçisi çox güclü rəqibdir və 4 xalla çempionatda II yerdədir. 
Zərdab "Cəsurlar"ı respublika birincisi oldular! 
 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilən "Cəsurlar" hərbi-idman və turizm oyunlarının final mərhələsində Zərdab rayonunu təmsil edən Gəlmə kənd orta məktəbinin komandası birinci yeri tutaraq yarışların qalibi olub. www.zardab.com.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda yarışların final mərhələsinin Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirildiyi bildirilir. Final mərhələsinin ilk günü komandalar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Yarışmanın final mərhələsinə ümumilikdə Azərbaycanın 19 rayonundan 150-ə yaxın məktəbli qatılıb. Qaliblərə diplom və mükafatlar təqdim olunub. Məlumat üçün bildirək ki, "Cəsurlar" hərbi-idman və turizm oyunları hər il respublikanın şəhər və rayonlarında yaşayan məktəb şagirdləri arasında Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi Kollegiyalarının birgə qərarına əsasən keçirilir. Tədbirin keçirilməsində məqsəd məktəblilərin fiziki hazırlığını və vətənpərvərlik tərbiyəsinin səviyyəsini yüksəltməkdir. Bu gün, aprelin 29-da rayonda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. Zərdab rayon İcra Hakimiyyətinin Heydər Əliyev parkında keçirəcəyi tədbirdə "Cəsurlar" hərbi-idman və turizm oyunlarında birinci yerin qalibi olmuş Gəlmə kənd orta məktəbinin komandası və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunmuş idmanın karate növü üzrə Prezident kuboku uğrunda Beynəlxalq turnirdə mükafata layiq görülmüş idmançılarla rayon rəhbərliyinin görüşü olacaq. 
İzzət Rəhimli Rusiyalı rəqibini də məğlum etdi
 Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin şahmat üzrə V Dünya Çempionatında həmyerlimiz İzzət Rəhimli dünən, aprelin 29-da növbəti qələbəsini rus şahmatçısı İmeeva Aisa üzərində qazanıb. Məşqçilər qrupunun üzvü Xalid Mehrəlinin www.zardab.com.az-a verdiyi eksklüziv xəbərə görə İzzət rəqibini 51-ci gedişdə məğlub edib. Çempionat davam edir.
Həmyerlimiz İzzət Rəhimli Yunanıstanda ilk qələbəsini qazandı
 Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin şahmat üzrə V Dünya Çempionatında həmyerlimiz İzzət Rəhimli artıq ilk qələbəsini qazanıb. Bu barədə www.zardab.com.az-a hazırda Yunanıstanda olan Zərdab şahmat məktəbinin direktoru, məşqçilər qrupunun üzvü Xalid Mehrəli məlumat verib. Xalid Mehrəli deyib ki, çempionatın ilk günündə İsrail təmsilçisi Bass Leenoy ilə qarşılaşan İzzət Rəhimli 47-ci gedişdə rəqibinə qalib gəlib. Bu gün isə həmyerlimiz Unapkashvili Nani ilə mübarizə aparacaq. Qeyd edək ki, şahmat üzrə V Dünya Çempionatında dünyanın müxtəlif ölkələrindən qatılmış 320 şahmatçı iştirak edir. 
Həmyerlilərimiz V Dünya Şahmat çempionatında 
 Xəbər verildiyi kimi, 24 aprel-5 may tarixlərində Yunanıstanın Soloniki şəhərində məktəblilərin şahmat üzrə V Dünya Çempionatı keçiriləcək. Çempionatda Azərbaycanı təmsil edən komandanın tərkibində iki həmyerlimiz də var. Bunlar Şahmat üzrə Azərbaycan çempionu İzzət Rəhimli və məşqiçilər qrupunun üzvü, Zərdab şahmat məktəbinin direktoru Xalid Mehrəlidir. Yığma komandamızın bütün üzvlərinə, o cümlədən həmyerlimiz İzzət Rəhimliyə bu çempionatda uğurlar arzulayırıq.
Zərdabda “Uşaq ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir 
  HB Aparatinın baş məsləhətçisi Xədicə Bayramlının saytımıza verdiyi məlumatda Zərdabda “Uşaq ili”-nə həsr olunmuş silsilə tədbirlər keçirildiyi bildirilir. Belə ki, şəhər mədəniyyət evində 2009-cu ilin aprel ayının 14-də məktəblilər arasında “Şən hazırcavablar klubu” komandalarının yarışlarına başlanmışdır. Yarışda 1 saylı litseyin və 3 saylı orta məktəbin komandaları öz fəallıqları ilı seçilirlər.
   Şəhər mədəniyyət evində 18 aprel 2009-cu il tarixdə keçirilən ikinci tədbir “Tap-tapmaca” əyləncəli idman yarışı olmuşdur. 
  Digər tədbir isə 20 aprel 2009-cu il tarixdə start götürən “İstedadlar sorağında - 2009” baxış müsabiqəsidir. Müsabiqənin məqsədi rayonun mərkəzində və kəndlərdə yaşayan istedadlı uşaqların üzə çıxarılmasıdır. 
  21 aprel 2009-cu il tarixdə keçirilmiş çağırışçı gənclərlə çağırışaqədər yaşlı gənclərin görüşünun gənclərimizdə vətənə, orduya hörmət və sevgi hisslərini aşılamqada əhəmiyyətli rol oynayacağı şəksizdir.
Zərdabda telefon rabitəsi müasir standartlara uyğunlaşdırılır
    Zərdab rayonunda elektron ATS-lər şəbəkəsi günbəgün genişlənir, kəndlərdə telefon rabitəsinin müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Artıq rayonun mərkəzində bu tip ATS-lərin quraşdırılması prosesi tam başa çatdırılıb. Aprel ayında isə rayonun Qərəvəlli və Pərvanlı kəndlərinin hər birində 256 nömrə olan ELTA-R markalı elektron ATS-lər inşa olunub. Hazırda xətt təsərrüfatının tikintisi və genişləndirilməsi işləri aparılır. Məlumat üçün bildirək ki, son bir neçə ildə Zərdab rayonunda poçtamtın inzibati binasında və mərkəzi poçt şöbəsində təmir və yenidənqurma işləri aparılıb. Zərdab Telekommunikasiya Qovşağı istər şəhər, istərsə də kəndlərdə telefon rabitəsinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ötən il rayon mərkəzindən 10 və 22 kilometr məsafədə yerləşən Hüseynxanlı və Şəftəxal kəndlərində hər birinin tutumu 256 nömrə olan yeni ELTA-R markalı elektron ATS-lər tikilib istifadəyə verilib. Bu ATS-lər vasitəsilə, Xanməmmədli və Salehli, Aşağı Seyidlər kəndlərinin sakinlərinə də yüksək səviyyədə telefon rabitəsi xidmətləri göstərilir. 
Həsən bəy Zərdabi irsinə layiqli töhfə 
   "Xalq qəzeti" bu yaxınlarda milli mətbuat tariximizə dair gərəkli mənbə sayılan "Əkinçi" toplusunu yeni əlifba ilə oxuculara çatdırmışdı. Nəşrin redaktoru "Xalq qəzetinin" baş redaktoru, əməkdar jurnalist Həsən Həsənov, ərəb əlifbasından transliterasiya edən filologiya elmləri namizədi Elmira Qasımovadır.
Zərdabda konfrans keçirilmişdir 
    09 aprel 2009-cu il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin iclas zalında 150 nəfərin iştirakı ilə konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 6 mart 2000-ci il tarixli fərmanının icrası ilə əlaqədar rayonda görülən işlərin vəziyyətinə həsr olunmuşdur. 
Zərdabda dini problemlərə həsr olunmuş seminar-treninq 
   İHB Aparatinın baş məsləhətçisi Xədicə Bayramlının saytımız verdiyi məlumatda 16 aprel 2009-cu il tarixdə 130 nəfərin iştirakı ilə Zərdab şəhər icra nümayəndəliyinin iclas zalında seminar-treninq keçirildiyi bildirilir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda keçirilən seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ şöbəsinin müdiri Əlizadə Nəcəfov iştirak etmişlər.
Zərdab www.nepogoda.ru və www.rp5.ru saytlarında
   Təxminən bir il əvvəl, saytımızın yeni dizyanını hazırlayarkən Zərdabda hava haqqında məlumatları əks etdirən infomeri sayta yerləşdirmək istədik. Amma bu xidməti təklif edən saytlarda Zərdabın adını tapa bilmədik. Bu saytlardan ikisinə, www.nepogoda.ru və www.rp5.ru saytlarına məktub yazdıq. Şadıq ki, onlar buna diqqətlə yanaşdılar. Öz saytlarına Zərdab rayonunun adının əlavə etdilər. İndi istənulən şəxs www.nepogoda.ru/asia/azerbaijan/zardab/ və rp5.ru/informer120x60x1.php?id=9938 ünvanlarına müraciət etməklə Zərdabda hava məlumatlarını əks etdirən müxtəlif infomerləri seçə, Zərdabda gündəlik və 5 günlük hava proqnozları ilə tanış ola bilər. Bizim saytın sag sütununda yerləşdirdiyimiz gündəlik və növbəti gün üçün hava haqqında mılumatlar www.nepogoda.ru saytı tərəfindən avtomatik yenilənir.
İzzət Azərbaycan çempionudur!
   Həmyerlimiz İzzət Rəhimli Rauf qızı 22 mart – 02 aprel 2009 –cu il tarixdə Bakı şəhərində kecirilən şahmat üzrə Azərbaycan çempionatında iştirak edərək, 14 yaşlı qızlar arasında sahmat üzrə Azərbaycan çempionu olmuşdur.                                                                       
Zərdab xəbərləri zardabcomazda: aprel 2009 Zərdab xəbərləri zardabcomazda: aprel 2009 Reviewed by Camil Asad on 11.8.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.