zərdab.blogspot.com-un oxu zalı: "Böyük şahmat taxtası"
Zbiqnev Bjezinski 1928-ci il martın 28-də Varşavada diplomat ailəsində dünyaya gəlib. 1958-ci ildə Amerika vətəndaşlığını qazanıb. 1960-cı ilin əvvəllərində Bjezinski həm iqtisadi, həm də beynəlxalq siyasi məsələlər üzrə ekspert kimi ABŞ-ı dünya arenasında aktiv rol oynamağa çağırmağa başlayıb. Onun fikirlərinə görə Amerika dünyanın inkişaf etmiş kapitalist ölkələri ilə siyasi həmrəylik yaratmalı idi. O zaman çoxları onun irəli sürdüyü konsepsiyaların doğru olduğunun fərqinə vardı.
1976-cı ildə ABŞ prezidenti seçilən C. Karterin dövründə Bjezinski milli təhlükəsizlik məsələləri üzrə köməkçi postuna (1977-1981) təyin edilir.
O bir sıra sanballı kitablar yazır. Onun "Böyük iflas", "Hakimiyyət və prinsip", "Böyük şahmat taxtası", "Seçim: qlobal hakimiyyət, yaxud qlobal liderlik" və bu kimi əsərləri indi də öz əhəmiyyətini qoruyub saxlayır. Rusiyanın siyasətini həmişə tənqid edən Bjezinski 1991-ci ildə SSRİ-nin süqutundan sonra bu ölkəni "Avrasiyanın düz mərkəzində yerləşən qara dəlik" adlandırıb.
"Böyük şahmat taxtası" kitab;nda ABŞ-ın Avrasiyadakı xarici siyasətini bölgə-bölgə analiz edən Brzezinski Rusya üçün Azərbaycanın və Ukraynanın ən önəmli ölkələr olduğunu deyir. Azərbaycanın adı bir neçə dəfə çəkilir. Z.Bjezinski məhz Rusiyaya müqavimət göstərmək baxımından Ukrayna ilə yanaşı Azərbaycana mühüm rol verir: “Əgər Azərbaycan Moskvanın nəzarətinə tabe edilsə, onda Azərbaycan özünün əhəmiyyətli neft ehtiyyatları da Rusiyanın nəzarətinə keçə bilər. Müstəqil Azərbaycan Mərkəzi Asiyanın da enerji resurslarının Rusiya ərazisinin xaricindən keçməklə Qərbə çatdırılması üçün böyük magistraldır”- deyə Z.Bjezinski dövlətin geostrateji əhəmiyyətinə vurğu edir.
Bjezinski ABŞ-ı dünya hegemoniyası hesab edir və bu rolun yaxın 10-25 il ərzində başqa ölkəyə verilməsini mümkün hesab etmir. O, SSR-i, ya da Rusiyanı İkinci Dünya müharibəsi illərində olduğu kimi Almaniya, Yaponiya ilə bərabər ABŞ-ın rəqibi hesab edir və onun zərərsizləşdirilməsini daim çıxışlarında xatırladır.
Rusiyanın siyasətini həmişə tənqid edən Bjezinski 1991-ci ildə SSRİ-nin süqutundan sonra bu ölkəni "Avrasiyanın düz mərkəzində yerləşən qara dəlik" adlandırıb.
Bjezinskiyə görə:
“Əgər ruslar imperiyalarını yenidən bərpa etmək kimi bir axmaqlığa cəhd etsələr, özlərini elə münaqişələrə salacaqlar ki, Çeçenistan və Əfqanıstan onun yanında piknik istirahəti kimi gələcək”.
“Biz Sovet İttifaqını dağıtdıq, Rusiyanı da dağıdacağıq. Başqa şansımız yoxdur”.
“Rusiya ümumiyyətlə, artıq ölkədir”.
“Rusiya kimi böyük miqyaslı, on saat qurşağını tutan bir ölkə əslində uğurla inkişaf edə bilər. Lakin bunun üçün o mərkəzləşdirilməməli, illərlə eyni vəzifəni tutan, get-gedə daha çox parazitləşən elita tərəfində idarə olunmamalıdır”.
“Rusiyanı Avropa hissəsi, Sibir Respublikası və Uzaq şərq Respublikası kimi üç müstəqil konfederasiyaya bölsəydilər Avropa və Mərkəzi Asiyanın yeni yaranmış dövlətləri, həmçinin şərq dövlətləri ilə sıx iqtisadi münasibətlər qurub, bununla Rusiyanın inkişafını sürətləndirə bilərdilər”.
“Yeni Dünya Düzəni Rusiyaya qarşı, Rusiyanın xarabalıqları üzərində və Rusiyanın hesabına qurulacaq”.
“Rusiyanın neçə çemodan nüvə silahı olursa olsun, ancaq neçə ki rus elitasının 500 milyard dollar pulu bizim banklarda yatır, onda bu elitanın kimə məxsus olduğunu müəyyən etmək lazımdır. Sizinmi, yoxsa artıq bizim?”
Kitabı oxumaqla daha çox məlumat əıdə edə bilərsizniz.
Kitabı oxumaqla daha çox məlumat əıdə edə bilərsizniz.
Zbiqnev Bjezinski Azərbaycan haqqında
Reviewed by Camil Asad
on
4.8.17
Rating:
Hiç yorum yok: